İnsanların əksəriyyəti
güllələrin hər hansı bir metaldan hazırlanmasına vərdiş etmişdirlər. Lakin
rezin və hətta taxta güllələr də mövcuddur. Yəqin ki, çoxlarına odlu silah üçün
bu cür döyüş sursatlarının nəyə lazım olması maraqlı olacaqdır. Ən maraqlı hal
budur ki, bu cür güllələrin insana təsiri müdhiş olur.
Taxta güllələr
İlk taxta güllələr Almaniyada təqribən ötən əsrin ortalarında meydana çıxmıdşır. Onların yaradılması səbəbi aydın deyildir. Mövcud versiyalardan birinə görə taxta güllələr təsadüfən meydana çıxmamışdır və onlar döyüş sursatları ilə bir cəsarətli eksperimentin nəticəsi olmuşdur. Bu cür güllələri hazırlamaq çətin deyildi. Onları bir neçə saniyə ərzində dəzgahlarda yonurdular.
Taxta döyüş
sursatının əsas problemi ondan ibarət idi ki, “standart” barıtlı güllələrin əksəriyyəti
atəş zamanı pulkanı partladaraq onu faktiki olaraq faydasız şəklə salıdrı. Bu
zaman barıtın miqdarını azaltmaq da mümkün deyildi, çünki o zaman silahın özü
faydasız olurdu.
İkinci dəfə
taxta güllələri silah ustaları XX və XXI əsrin astanasında xatırladılar. Qırma
tüfənglər üçün döyüş sursatları hazırlayan ustalar bu sahədə daha böyük aniliyyət
əldə etdilər. Mahir mütəxəssislər taxta güllələrin normal barıt gülləsi ilə
atəşdən salamat çıxmasına nail olsalar da, adi qurğuşun güllələrdən fərqli
olaraq onların effektivliyi aha cüzi oldu (ilk növbədə, zədələyici effekti). Buna
görə də, taxta güllələr geniş yayılmadı.
Rezin güllələr
Silah işinin tarixində rezin güllələr ilə bağlı təcrübə – döyüş sursatlarının yaradılması üçün ağacı istifadə etməklə bağlı bütün cəhdlərin tam əksidir. Bu gün rezin güllələrin ölümə səbəb olmayan, travmatik silah kimi güc strukturları tərəfindən geniş şəkildə istifadə olunmasını söyləmək kifayətdir. Xəayl qurmaq lazım detyil, çünki rezin güllə də insanın ürək, baş və ya digər orqanların yerləşdikləri nahiyəyə düşməklə insanı öldürməyə qadirdir. Bütün bunlardan savayı, rezin güllələr ağır travma vurur və hətta sümüyü də sındırmağa qadirdilər.
Rezin güllələr
bir neçə növdə olur. Birincisi bu karteçdir. Bu cür döyüş sursatı
yaxın məsafədən döyüş aparmaq üçün demək olar ki, idealdır. O ciddi travmalar
vurur, lakin uğursuz atəş zamanı ölümə daha az hallarda səbəb olma əmsalına
malikdir. Bütün bunlardan savayı, rezin karteç 10 hallardan 9 – da qurbanı
sıradan çıxarır və bu, insan kütləsinin dağıdılması və ya cinayətkarların
saxlanılmas zamanı xüsusilə faydalıdır.
İkincisi, tökmə rezin güllələr mövcuddur. Onları
polivinilxloriddən, plastikdən və bərk rezindən hazırlayırlar. Bu cür güllə
insanı öldürə bilər, lakin uğursuz atəş zamanı ölüm əmsalı rezin karteçdən fərqli
olaraq daha aşağıdır. Bu cür rezin güllənin ən zəif travma vurması da əhəmiyyətlidir.
Bu zaman tökmə güllələrin bir qorxulu mənfi cəhəti vardır – onlar sərt səthə
düşən zaman rikoşet yaradırlar, yəni səkdirirlər.
Üçüncüsü, bərk
uclu rezin güllələr də mövcuddur. Belə rezin güllələrə (içinə) ballistik
xassələrin yaxşılaşdırılması üçün metal nüvə əlavə olunmuşdur. Aydın səbəblərdən
onları ən təhlükəli güllələr hesab etmək mümkündür.
Taxta və rezin güllələr haqqında daha ətraflı bu videoda baxa bilərsiz