Tolstoya görə uşaqların tərbiyə olunmasına çox
ciddi yanaşmaynanda tanınıb, onun tərəfindən tərbiyyədə 10 qayda
istifadə töfsiyyəsini sizə təqdim edirik.
Tolstoy Lev tarixə nəinki dünya ədəbiyyatının klassiki, eləcə də, pedaqoq kimi daxil olmuşdur.
31 ci ildə o, Yasnaya
Polyanada öz məktəbini açmış, və bu məktəbdə kəndli uşaqlarına öz metodikasına
əsasən dərs demişdir. Onun tərbiyə və təhsil prinsipləri XIX əsr üçün yenilikçi
prinsiplər olduğu halda, bu gün biz həmin prinsiplər haqqında nə deyə bilərik?
1 - Tərbiyə etmək ərköyünləşdirmək demək deyil
Tolstoy deyirdi: uşaq yaşı — valideyinlərin korladıqları və məhv etdikləri ahəngin ibtidai obrazıdır.
Klassikin fikrincə, istənilən tərbiyə — uşağı çərçivəyə salmaq, valideyinlərin
və böyüklərin dünyasının qanun və qaydalarına tabe etmək cəhdidir. Məqsədyönlü
tərbiyədən imtina etmək daha yaxşıdır. Bu heç də, uşaqlar ilə məşğul olmağın
gərəksiz olması, onlarda olan cəhərləri inkişaf etdirməyin və “ibtidai
gözəlliyi” qiymətləndirməyin vacib olması demək deyildir. «Hər bir
insan öz fərdi xüsusiyyətlərini ifadə etmək üçün yaşayır. Tərbiyə isə buna
imkan vermir», — deyə Tolstoy yazırdı.
“Biz o qədər özümüzə əminik ki, mükəməlliyin yanlış ideyasına
xəyalpərəstlik ilə o qədər sadiqik ki, “...” uşağın təbii gözəlliyini daha az
anlayır və qiymətləndiririk ki, gözümüzə sataşan uşağın səhv addımlarını şişirdir,
düzəldir, və uşağı tərbiyə edirik. Bizim idealımız qabaqda getmir, arxada
qalır. Tərbiyə insanları düzəltmir, daha da korlayır”
Lev Tolstoyun “Kim kimdən yazmağı öyrənməlidir: biz kəndli uşaqlarından,
yoxsa kəndli uşaqları bizdən öyrənməlidirlər?” adlı məqaləsindən
2 - Cəzalandırmaq olmaz
Tolstoy təcüvüzün əleyhinə idi: o qəti olaraq bəyan edirdi ki, məktəbdə
uşaqları çubuqla döymək, və dərsi öyrənmədiyinə görə şagirdi cəzalandırmaq
olmaz. Yasnaya polyana məktəbində istənilən cəzaların ləğv olunması XIX əsr
üçün yenilik olmuşdur. Bu cür metodikanın effektiv olmasına müasirlər şübhə ilə
yanaşırdılar və soruşurdular: «Bütün bunlar çox ədalətlidir, lakin razı
olun ki, uşağı çubuqla vurmadan da mümkün deyil və bəzən uşağı dərsi
əzbərləməyə məvbur etmək lazımdır».
“Cəzanın qanuniliyi haqqında təlim nəinki uşaqların
daha yaxşı tərbiyə olunmasına yardım etmir, eləcə də, yalnız qəbir evində
cəzalandırılacağına inanan bütün insanların mənəviyyatının təkmilləşməsinə və
cəmiyyətin quruculuğunun mükəmməl olmasına yardım etmir, və yalnız saysız –
hesabsız faciələrə səbəb olur: o uşaqları daha da qəddarlaşdırır, cəmiyyətdə
insanların əlaqəsini zəiflədir və insanın şərəf və ləyaqətinə xələl vuraraq,
yalnız Cəhənnəm vədi ilə insanlaın mənəviyyatını pozur”
Lev Tolstoy “Həyatın yolu” adlı kitabından
3 - Öz qüsurlarını gizlətmə
Klassik əmin idi ki: uşaqlar valideyinlərdən fərqli olaraq daha
bəsirətlidirlər – və valideyinlərə əvvəlcə öz zəif tərəflərini aşkara çıxarmağı
tövsiyyə edirdi. Əks halda uşaqlar valideynlərinin riyakar simasını ifşa edəcək
və valideyinlərin fikrini önəmli hesab etməyəcəklər.
“Mən tərbiyə üçün iki qaydanı müəyyən edərdim: insan
nəinki yaxşı yaşamalı, eləcə də, öz üzərində çalışmalı, daima təkmilləşməli və
öz həyatı ilə bağlı həqiqətləri uşaqlardan gizlətməməlidir. Uşaqların öz
valideyinlərinin zəif tərəflərindən xəbərdar olmaları yaxşıdır, çünki bu,
valideynlərin öz həyatları ilə bağlı həqiqətləri sirr saxlamalarından və
görüntü yaratmalarından daha yaxşıdır. Tərbiyə ilə bağlı çətinliklər ondan
ibarətdir ki, bu zaman valideynlər öz nöqsanlarını düzəltmədən və hətta bu
nöqsanları nöqsan hesab etmədən özlərinə bəraət qazandırır, lakin bu nöqsanları
öz övladlarında görmək istəmirlər “...” Valideyinlərin öz həyatları ilə bağlı
həqiqətləri uşaqlara açmaqdan ehtiyat etməmələri üçün elə etmək lazımdır
ki, həyat əxlaqlı və qüsursuz olsun”
Lev Tolstoy “F.A. Jeltova məktublardan” 18 dekabr 1895
ci il
4 - Faydalı işi öyrətmək
Tolstoy XIX əsrdə Rusiyada təşkil olunan dərs prosesinə həddən artıq
tənqidi yanaşırdı. Şagirdlərin attestat almaları üçün gələcəkdə öz peşəsində
istifadə etməyəcəyi nəzəriyyəni məcburən əzbərləmələrinə hiddətlənərdi. Latın
dili, fəlsəfə, dini elmləri yazıçı üçün köhnəliyin qalığı idi. Onun
fikrincə, yalnız həyatda faydalı ola biləcək biliklər vacibdir və şagirdlər
onları sərbəst şəkildə seçmək, öyrənmək hüququna malikdirlər.
“Məktəb nə
bir elmi, nə də elmlər
külliyyatını zəruri hesab etməli deyil, yalnız sahib olduğu bilikləri tədris
edərək, şagirdlərə bu bilikləri qavramaq və ya qavramamaq hüququnu verməlidir.
Məktəb və məktəb proqramı nəzəri dünyagörüşünə, elmlərin zəruriliyi əqidəsinə
deyil, yalnız yeganə imkana, yəni müəllimlərin biliklərinə əsaslanmalıdır”
Lev Tolstoy
“Tərbiyə və təhsil” adlı məqaləsindən
5 - Sərbəstliyin tərbiyə olunması
Tolstoy deyirdi ki, xalqın arasından çıxmış insanlar — gimnaziyalarda
və universitetlərdə təhsil almayan insan olsalar da — «və tərbiyəli,
əxlaqlı insanlardan fərqli olaraq daha təravətli, güclü, sərbədt, ədalətli,
insanpərvər insanlardır ». Məhz buna görə də, onun Yasnaya Polyanadakı
məktəbində tədrisin əsas qayəsindən biri də: uşaqları sərt qaydalara tabe
olmağa məcbur etməməkdən, azad ruhda tərbiyə etməkdən və sərbəstliyə öyrətməkdən
ibarətdir.
“Əgər məktəbdə şagird şəxsən nəyi isə yaratmağı
öyrənməyəcəksə, o zaman o, gələcək həyatında da, təqlid edəcək,
təkrarlayacaqdır, çünki, təkrarlamağı öyrənənlər arasında bu cür məlumatlara
sərbəst şəkildə əlavə məlumatları daxil etməyi bacaranlar azdır”
Lev Tolstoy.
Tolstoy tərəfindən dərc olunan “Yasnaya Polyana” adlı pedaqoji jurnalından
6 - Narazılığın həlli
Yasnaya
Polyanadakı məktəbdə, dərslərdən savayı, tez – tez söhbətlər aparılırdı. Bi cür
görüşlərdə müəllimlər və şagirdlər vacib hesab etdikləri bütün məsələləri: elmi
məsələləri, xəbərləri, dərs prosesini müzakirə edirdilər. Şagirdlər öz nöqteyi
– nəzərini ifadı edə bilər və hətta müəllimləri belə tənqid edə bilərdilər.
Tolstoyun mədh etdiyi azad tərbiyə, dürüst və açıq söhbəti nəzərdə tuturdu.
“Təhsil alan şəxs öz narazılığını ifadə etməklə bağlı
tam hakimiyyətə malik olmalı və ya ən azı onu razı salmayan təhsildən
yayınmalıdır, çünki pedaqogikanın bir meyarı vadır ki, o da - azadlıqdır”
Lev Tolstoy “Xalq təhsili haqqında” adlı məqalədən
7 - Təxəyyülü inkişaf etdirmək
Tərbiyə və təhsil — yalnız dərsliklərin öyrənilməsi
demək deyildir. Yazıçı qeyd edirdi ki, uşağı əhatə edən hər şey uşağı
şəxsiyyətinin formalaşmasına təsir göstərir: «uşaq oyunları, valideynlərin əzabı, cəzası, iş,
təzavüzkar və azad təlim, incəsənət, elm, həyat —
bunların hamısı maarifləndirir». Uşaq
dünyanı dərk edərək, təxəyyülünü və yaradıcı bacarıqlarını inkişaf etdirir.
Uşağı rəngarəng aləmin öyrənilməsinə yönəltməyin əvəzinə dəqiq metodika
əsasında təhsili Tolstoy böyük səhv hesab edirdi.
“Bütün yüksək bacarıqlar – təxəyyül, yaradıcılıq,
təfəkkür olub, öz yerini yarımheyvani digər bacarıqlara – təxəyyüldən asılı
olmayaraq səsləri tələffüz etməyə, 1, 2, 3, 4, 5 ədədlərini dərhal saymağa və
təxəyyülə hər hansı bir obtazları canlandırmaq imkanı verməyərək sözləri
qavramaq; bir sözlə, yalnız məktəbə uyğun olan inkişaf üçün lazım olan ən ali
bacarıqları susdurmaq bacarığına verir”
Lev Tolstoy “Xalq təhsili haqqında” adlı məqalədən
8 - Aydın şəkildə öyrətmək
Zor tətbiq etməklə, bəzən fiziki cəza tədbirini tətbiq
etmək qorxusu altında şagirdləri dərs öyrənməyə məcbur edən XIX əsrin gimnaziyaları və ya universitetləri
üçün azad təhsil münasib deyildi. Tolstoy məcburi təhsil olmadan dərs peosesini
qurdu və uşağın dərsdən həzz alması üçün dərs deməyə çalışdı. Müəllimlər üçün
nəzərdə tutulmuş əsas tövsiyələri yazıçı “Müəllim üçün ümumi qeydlər”
bröşüründə topladı və burada şagirdlərin ruhi və fiziki durumuna diqqətlə
nəzarət etməyi, quru terminlərin əvəzinə uşaqlara təəssüratlar bağışlamağı
tövsiyyə etdi.
“Öyrədilən materialın şagird üçün anlaşıqlı və maraqlı
olması üçün iki vəziyyətdən qaçının: şagirdə deməyin ki, o heç nəyi anlamaz və
ya bilməz və ya şagirdə nəyi isə müəllimdən yaxşı və ya pis bildiyini deməyin
“...”. Onun coğrafiyaya və ya tarixə inanması üçün onda coğrafi və ya tarixi
təəssüratlar yaradın. Şagirdə tanıdığınız ölkələr və xəbərdar olduğunuz tarixi
hadisələr haqqında bütün təfərrüatı ilə danışın”
Lev Tolstoy “Müəllim üçün ümumi qeydlər” adlı
bröşürdən
9 - İnsanpərvər olmaq
«Uşaqlar tərbiyəçiyə şüura baxan kimi deyil, insana
baxan kimi baxırlar», — deyə
Tolstoy yazırdı. Biliklər, qaydalar, elmlər — yetkin insanın uşağa öyrədə
biləcəyi ən az məlumatdır. Uşaqlar valideynlərini və müəllimlərini müşahidə
edərək, yaxşı insanın necə olması, cəmiyyətdə özünü necə aparmağın vacib olması
və hansı qanunlar ilə yaşamağın zəruri olması haqqında nəticəyə
gəlirlər. Uşaq bəsirətini nə biliklər, nə də hüquqlar ilə aldatmaq olmaz.
“Lakin uşaqları aldada bilməzsən, çünki onlar bizdən
də ağıllıdırlar. Biz onlara ağıllı oldğumuzu sübut etmək istəyirik, lakin onlar
bununla maraqlanmırlar, uşaqlar bizim nə qədər dürüst, ədalətli, mehriban,
mərhəmətli, vicdanlı olub – olmadığımızı bilmək istəyirlər və çox təəssüflər
olsun ki, bizim yalnız ağıllı görsənmək kimi cəhdlərimizin arxasında onlar heç
nə görə bilmirlər”
Lev Tolstoyun Aleksandra Tolstoya məktubundan
10 - Yaxşı yaşamaq
Tolstoya görə, uşaqlar
— doğuşdan pak və günahsızdırlar. Onlar böyüyərək dünyanı dərk edir və ilk
növbədə, valideynlərin və yaxın insanların davranışını təlqin edirlər. Buna
görə də, Tolstoy pedaqogikasının əsas qayəsi – ilki növbədə, gənc nəslin
tərbiyə olunmasının deyil, gənc nəslin özünü təkmilləşdirməsinin qayğısına
qalmaqdan ibarətdir.
“Mən belə
güman edirəm ki, tərbiyə yaxşı yaşamaq, hərəkət etmək və özünü tərbiyə etmək
üçün nəzərdə tutulmuşdur, lakin, bununla insanlar digərlərinə təsir göstərir,
onları tərbiyə edirlər. Və xüsusilə də, bağlı olduqları uşaqları tərbiyə etməyə
çalışırlar. Uşaqlar ilə dürüst və düzgün olmaq, və qəlbinizdə baş verən
təlatümləri uşaqlardan gizlətməmək – yeganə tərbiyədir”
Lev Tolstoy.
“Tərbiyə haqqında mülahizələr” adlı məqalədən (1895 – 1902 ci illərin
məktubları və gündəlikləri)
Tolstoya görə
uşaqların tərbiyə olunmasının 10 qaydası