Tibb

Vərəm peyvəndinin vena daxili inyeksiyası

Vərəm peyvəndi

Vərəm peyvəndinin vena daxili inyeksiyası onun effektivliyini kəskin şəkildə artırır

Mövzu: Vərəm peyvəndi

2 Yanvar 2020, Pittsburgh universiteti tərəfindən.

Dünyada başqa infeksiyalara nəzərən insanların çox hissəsi əksəriyyətinin peyvənd olunduğuna baxmayaraq vərəm üzündən həyatını itirir. Hazırki peyvənd üsulu istənilən qədər etibarlı deyil. Lakin, hazırki Təbiət araşdırmaları peyvənd prosesindəki kiçik bir dəyişikliyin peyvəndin qoruma effektivliyini kəskin şəkildə artırdığını aşkar edib.

Pittsburgh Tibb Universitetinin və Milli Allergiya Və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları kəşf edib ki, meymunlarda vena daxili vərəm peyvəndi minimal qoruma ilə təmin edən standart dəri inyeksiyasına nəzərən infeksiyaya qarşı yüksək dərəcədə qoruyucudur.

Pitt Centerdə Peyvənd Tədqiqatı üzrə Mikrobiologiya Və Molekulyar Genetika professoru JoAnne Flynn “ Nəticələr inanılmazdır” dedi. “Biz vaksinasiyani vena ilə inyeksiya etdikdən sonra heyvanların ağciyərlərində bakteriyaların 100000 dəfə azaldığını müşahidə etdik. 10 heyvandan 9-unda iltihab yox idi.

 

“Meymunların ağciyərinin vərəm infeksiyasından iltihabını(sarı və qırmızı) göstərən 3D PET CT skanı. Yuxarı sıra hərzamanki üsul olan dəriyə inyeksiya vasitəsi ilə peyvənd olunmuşdur. Aşağı sıra peyvəndi vena vasitəsilə qəbul etmişdir.  Etimad olunur: JoAnne Flynn, Alexander White, Pauline Maiello, Mario Roederer.

Flynn-ın komandası iribuynuzlu heyvanlarda rast gəlinən yaşayan, zəyifləmiş vərəm bakteriyasından hazırlanmış və mövcud yeganə vərəm peyvəndi olan Bacille Calmette-Guérin (BCG) – i bir neçə üsul və doza ilə test etdi.

BCG peyvəndi 100 illərdir mövcuddur və ən çox istifadə olunan peyvəndlər arasına daxildir, lakin onun effektivliyi dəyişkənlik göstərir.

Vena daxili peyvənd ideyasını MAYXİ-nin Peyvənd Tədqiqat Mərkəzindən Robert Seder, M.D., verdi. Seder insanlarda və heyvanlarda malyaria peyvəndinin venaya inyeksiya edildiyi halda daha effektiv olacağını göstərdi.

Vərəmin müalicəsində peyvəndin tətbiq olunma metodunun təsiri olub olmadığını test etmək üçün Flynn və iş yoldaşları öz meymun koloniyalarını  peyvənd olunmamış meymunlar, dəri inyeksiyası, daha böyük dozada dəri inyeksiyası, buxar, həm inyeksiya həm buxar  və son olaraq daha güclü BCG dozasının birbaşa vena daxilinə vurulması ilə peyvənd olunmuş meymunlar olaraq 6 fərqli qruplara ayırdılar.

6 ay sonra tədqiqatçılar meymunları vərəmə məruz qoydular və infeksiya əlamətlərini öyrənmək üçün müşahidə etdilər.

Meymunlar vərəmə qarşı olduqca həssasdırlar. Standart insan dozası qəbul edən bütün heyvanlar qalıcı ağciyər iltihabına yoluxdular və onların ağciyərlərindəki vərəm bakteriyasının ortalama miqdarı heç peyvənd qəbul etməmiş meymunlarınkından demək olar ki çox kiçik ölçüdə az idi. Digər inyeksiya və ya tənəffüs vasitəsilə qəbul olunmuş peyvəndlər də kifayət qədər effektiv qoruma göstərmirdilər.

Halbuki, vena daxili peyvənd demək olar ki tam qoruma ilə təmin edirdi. Bu heyvanların ağciyərlərində vərəm bakteriyası yox idi və sadəcə o qrupdakı bir meymun iltihaba yoluxdu.

Flynn izah edir ki, vena daxili üsulun bu qədər effektiv olmasına səbəb vaksinin qan dövranı boyunca ağciyərlərə, limfa düyünlərinə və dalağa tez çatması və T hüceyrələrini ölmədən bərpa etməsidir.

Flynn-ın komandası bütün vena daxili üsul ilə peyvənd olunmuş heyvanların ağciyərlərində BCG və aktiv olunmuş T hüceyrələrinə rast gəldi. Digər qruplarda isə ağciyər toxumalarında BCG aşkar edilə bilmirdi və T hüceyrələrinin reaksiyası da uyğun olaraq yetərsiz idi.

Növbəti mərhələdə tədqiqatçılar daha az dozada vena daxili BCG-in yan təsirləri (hansı ki, daha çox keçici iltihabdan ibarətdir) olmadan eyni səviyyədə qoruma göstərib göstərməyəcəklərini yoxlamağı planlayır.

Lakin bu metod insanlar üçün tətbiq olunmamışdan qabaq tədqiqatçılar bunun yalnızca təhlükəsiz olduğundan yox, həm də praktik olduğundan əmin olmalıdırlar. Peyvəndin vena ilə inyeksiyası  daha çox qabiliyyət tələb edir və daha yüksək infeksiya riski daşıyır.

Flynn “ biz hələ bu fəaliyyətin reallaşdırılmasına çox uzağıq, lakin nəticədə insanlar üzərində test etmək üçün ümidliyik” dedi.

 

 

 

Axırıncı

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarlar

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

moda

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

Leonardo da Viçi

Leonardo da Viçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,

Steve Jobs

Steve Jobs haqqında bilmədiyiniz 10 şey

Apple şirkətinin sədri və baş icraçı direktoru, Steve Wozniak və Ronald Wayne ilə birlikdə şirkəti quran amerikalı sahibkar, marketoloq və

Diş həkimliyin tarixi

Diş həkimliyin tarixi

Diş həkiminə getmək, təsəvvür etdiyinizdən daha uzun bir tarixə malikdir. Tədqiqatçılar bu yaxınlarda aşkar edilmiş

Qandi

Qandinin özünü dərk etmə sirləri

Mohandus K. Qandi Hindistanın azadlığı üçün mübarizə aparmışdır. O, mərhəmətli və zorakılığa qarşı olanlardan biri idi.

'Google' adı necə yaranıb?

'Google' adı necə yaranıb?

Larry Page və Sergey Brin Stanford Universitetində Ph.D. tələbələri ikən hal-hazırda internetlə əlaqəli xidmətlər və