Elm

Vaksinasiya. Vaksinasiyanın tarixi.

Vaksinasiya. Vaksinasiyanın tarixi.

Vaksinasiyanın tarixi göstərdiki, vaksinasiya və vaksinlərin ixtira olunması bəşəriyyətin həyatını kardinal surətdə dəyişdi.

Minlərlə, milyonlarla insan həyatına son qoymuş bir çox xəstəliklərə indi praktik olaraq rast gəlinmir. Bu xüsusi layihədə biz nəinki vaksinlərin meydana çıxmasının tarixi, onların işlənib hazırlanmasının ümumi prinsipləri və müasir səhiyyədə vaksin profilaktikasının rolu haqqında bəhs edir (bu mövzuya üç məqalə həsr olunmuşdur), eləcə də, peyvəndlərin Milli təqviminə daxil edilmiş hər bir vaksin, eləcə də, qrip və insan papilloması virusu əleyhinə vaksinlər haqqında bəhs edirik. Xəstəliklərin hər bir törədicisinin nə kəsb etdiyini, vaksinlərin hansı variantının mövcud olduğunu və onların bir – birilərindən nə ilə fərqləndiklərini öyənəcəksiziniz və biz vaksinadan sonrakı fəsadlar və vaksinlərin effektivliyi mövzusuna toxunacağıq.

Vaksinasiyanın tarixi

Vaksinasiya — həkimlərin və pasiyentlərin mübahisəsinsə ən qaynar mövzulardan biridir. Anlaşılmazlıq, dedi – qodu, əsatirlər – insanları bu prosedurdan qorxmağa vadar edir və bu da əksər hallarda acınacaqlı nəticələrə gətirib çıxarır. “Biomolekula” məqaləsi ilə vaksinasiya və biomolekulanın köməyi ilə gizli şəkildə fəaliyyət göstərməyə məcbur olan düşmənlər ilə bağlı xüsusi layihəyə start verilmişdir.  Müasir vaksin profilaktikasının təşəkkül tapması istiqamətində rast gəlinən ilk qələbədən və acı məğlubiyyətdən bəhs edən tarixə nəzər salaq.


Vaksinasiya


Vaksinlərin ixtira olunması  bəşəriyyətin həyatını kardinal surətdə dəyişdiMinlərlə, milyonlarla insan həyatına son qoymuş bir çox xəstəliklərə (hətda bu gün vərəmə də qarşı peyvəndən söhbət gedir) indi praktik olaraq rast gəlinmir. Bu xüsusi layihədə biz nəinki vaksinlərin meydana çıxmasının tarixi, onların işlənib hazırlanmasının ümumi prinsipləri və müasir səhiyyədə vaksin profilaktikasının rolu haqqında bəhs edir (bu mövzuya üç məqalə həsr olunmuşdur), eləcə də, peyvəndlərin Milli təqviminə daxil edilmiş hər bir vaksin, eləcə də, qrip və insan papilloması virusu əleyhinə vaksinlər haqqında bəhs edirik. Xəstəliklərin hər bir törədicisinin nə kəsb etdiyini, vaksinlərin hansı variantının mövcud olduğunu və onların bir – birilərindən nə ilə fərqləndiklərini öyənəcəksiziniz və biz vaksinadan sonrakı fəsadlar və vaksinlərin effektivliyi mövzusuna toxunacağıq.


Sizcə, bəşəriyyətin tarixində hansı qüvvə daha məhvedici və dəfedilməz  olmuşdur? Sizcə, hansı təbiət hadisəsi şəhərləri və ölkələri xaraba qoymağa, sivilizasiyaları məhv etməyə qadir idi?

Bu cür qüvvə onun təzyiqi altında sağ qalmağı bacarmış folklirda və dini mətnlərdə öz izini qoymaya bilməzdi. Əgər bu dünyada tarixin gedişatına təsir göstərə bilən qüvvə mövcud idisə, o zaman qədim insanlar məntiqlə güman edə bilərdilər ki, məhz bu qüvvə gec və ya tez Tanrının bir vaxtlar xəlq etdiyi dünyanı məhv etməyi üçün gərəkli olan silaha çevriləcəkdir.


Xristianlığın dini ənənələrində bütün bu qüvvələrin qısa və həcmli qaydada “Apokalipsis” adlandırdıqları mətn mövcuddur. Həqiqətən də, Atlıların obrazında insanı gözlənilmədən yaxalayan və onu və onu əhatə edən aləmi məhv etməyə qadir olan hadisələr öz əskini tapmışdır. Dörd Atlı mövcuddur: bu Aclıq, Müharibə, Xəstəlik və Ölümdür.


Təcavüzdən və aclıqdan yaranan ölüm — bəşəriyyət üçün çoxdan mövcud olan təhlükələrdən biridir. İnsan növünün inkişafı ilə, biz daha çox birliklıər yaratmışıq və bu təhlükədən qaçmaq üçün şəhərlər inşa etmiş və bu şəhərlərdə məskunlaşmağa başlamışıq. Bu vəhşi heyvanlardan və qonşulardan müdafiə olunmaq imkanı vermiş, eləcə də, aclıqdan müdafiə edən effektiv iqtisadiyyatı qurmağa icazə vermişdir.


Lakin, əhalisi daha sıx olan və gigiyenik problemlərin çox olduğu şəhərlərdə bizi üçüncü Atlı gözləyirdi. Xəstəlik böyük dağıdıcıdır. Epidemiya dünyanın siyasi təsvirini dəfələrlə dəyişmişdir. Roma imperiyasının da daxil etməklə hər bir imperiya əvvəllər uğurla dəf etdiyi, lakin sonradan taun xəstəliyinə yoluxmuş düşmənlərin basqını ilə süquta uğramışdır. Avropada daha geniş yayılmış çiçək xəstəliyi Amerikada məlum deyildi, lakin ispanların Amerikaya gəlişi ilə inklərin və asteklərin tayfalarının tabe edilməsi işində konkistadorların müttəfiqinə çevrilmişdir. Bu müttəfiq qılıncdan və xaçdan fərqli olaraq daha etibalı və qəddardır. Onu ümumiyyətlə, Avropada silah kimi istifadə etməyi sevir və mühasirəyə alınmış qalalara katapultanın vasitəsilə bu xəstəlikdən həlak olmuş qurbanların meyitlərini tullayır, eləcə də, Amerikada itaət etmək istəməyən köklü əhaliyə xeyriyyəçilik pərdəsi altında əvvəllər xəstələrin istifadə etdikləri bəttaniyyələri paylayırdılar.  Vəba da mühasirəyə alınmış şəhərləri və böyük orduları məhv edərək bir çox siyası proseslərin gedişatında öz düzəlişini etdi.


Lakin, bu gün, insanlar artıq – hər gün minlərlə insanların tələf olduğu, möcüzə nəticəsində xəstəliyə yoluxmamış insanların arxalarına baxmadan şəhəri tərk etdikləri, soyğunçuların isə sahibi qaçmış və ya ölmüş boş evləri talan etdikləri taun xəstəliyinə yoluxmuş şəhərdə yaşamağın nə olduğunu unudublar. Bizim əcdadlarımıza nə qədər qorxulu görünsə də, artıq xəstəlik praktiki olaraq müasir dünyadan sürgün olunmuşdur. Beş il ərzində 2010 cu ildən 2015 ci ilə qədər dünyada  3000 nəfərdən artıq insan taun xəstəliyinə yoluxmuş, çiçək xəstəliyindən sonuncu ölüm hadisəsi isə  1978 ci ildə qeydə alınmışdır.


Elmi ixtiralar sayəsində bu mümkün olmuşdur və vaksinasiya bu ixtiraların vacib nəticələrindən biridir. Yeddi il bundan əvvəl “Biomolekula” – da “Suallar və cavablarda vaksinlər” məqaləsi dərc olundu və həmin gündən etibarən o saytın daha çox oxunaqlı materiallarının top – 10 – onluğuna başçılıq edir.  Lakin indi biz, təqdim olunan informasiyanı nəinki yeniləmək lazım olduğunu, eləcə də, onun genişləndirməyin vaxtı çatdığını qərara aldıq və buna görə də, vaksinasiyaya həsr olunmuş xüsusi layihəni həyata keçirməyə başlayırıq. Bu – giriş məqaləsində qaliblərin öz düşmənlərinə düşmənlərinin silahı ilə necə qalib gəldiklərini ardıcıl şəkildə nəzərdən keçirəcəyik.


Empirik biliklər

Müasir elmin meydana çıxmasına qədər epidemiya kimi qorxulu düşmən ilə mübarizə empirik xarakterə malik olmuşdur. İnsanın yüzillik inkişafı ərzində cəmiyyət xəstəliyin necə meydana çıxması və geniş yayılması haqqında külli miqdarda faktları toplamağı bacarmışdır. Əvvəlcə ayrı – ayrı faktlar  XIX əsrdə “pis hava” və ya miazmların tam elmi nəzəriyyəsi  kimi öz təsdiqini tapdı. Tədqiqatçılar antik dövrdən Yeni dövrə kimi belə güman edirdilər ki, ilkin olaraq torpaqdan və zibillikdən yaranan, nəticədə isə xəstə insan tərəfindən yayılan buxarlanmalar xəstəliklərin səbəbi olnuşdur. Bu cür buxarlanma mənbəyinin yanında dayanan istənilən insan xəstələnmək riskinə məruz qalırdı.


Hətta yanlış əsasları olan nəzəriyyə də, nəinki bu hadisəni izah etməyə, eləcə də, onunla mübarizə yollarını göstərməyə xidmət edir. Ciyərlərə daxil olan havanın sağlamlaşdırılması üçün orta əsrlərin həkimləri içi dərman otları ilə doldurulmuş xarakterik dimdikli maskalardan və xüsusi müdafiə təyinatlı paltarlardan istifad etməyə başladılar. Bu paltar kinofilmlərdə və kitablarda orta əsrlər Avropasının təsvirləri ilə qarşılaşan hər bir insana tanış olan taun həkiminin simasını formalaşdırırdı.


Miazmlar nəzəriyyəsinin digər nəticəsi ondan ibarətdir ki, xəstəlikdən həqiqətən də, qaçmaq, müdafiə olunmaq mümkündür, çünki, pis hava insanların daha çox toplandıqları yerlərdə əmələ gəlirdi. Buna görə də, insanlar xəstəlik haqqında eşidən kimi ondan qaçmağı daha tez öyrəndilər. Covanni Bokaççonun “Dekameron” əsərinin süjeti taunun cövlan etdiyi Florensiyadan qaçmış və öz vaxtlarını  söhbətlərdə keçimək istəyən gənc zədəganların bir – birilərinə danışdıqları əhvalatlar ətrafında cərəyan edir.


Və nəhayət, miazmlar nəzəriyyəsi xəstəlik ilə mübarizə etməyin daha bir üsulunu – karantini təklif etmişdir. Xəstəliyin başlandığı yer onu əhatə edən ərazidən təcrid olunurdu. Xəstəlik bitənə qədər heç kim bu ərazini tərk edə bilməzdi. Məhz taun karantini nəticəsində Veronda çapar Culyettanın məktubunu Romeoya vaxtlı – vaxtında çatdıra bilməmişdi və nəticədə bədbəxt gənc sevgilisinin öldüyünə əmin olub, zəhər içdi.


Şübhəsiz ki, infeksiya xəstəlikləri və onlar ilə bağlı olan epidemiyalar çox güclü qorxunun səbəbi olub, cəmiyyətin inkişafının vacib istiqamətləndirici qüvvəsi kimi xidmət göstərirdilər  (şəkil. 4). Həm savadlı insanların səyləri, həm də, xalqın fikri bu qədər insan həyatına son qoymuş və həm ayrı – ayrı talelərə, həm də bütöv dövlətlərə öz gözlənilməz təsirini göstərmiş infeksiyadan müdafiə yollarının axtarışına yənəlmişdir.

 

 

Vaksinasiya. Vaksinasiyanın tarixi. 2 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 3 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 4 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 5 hissə

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,