Elm

Vaksinasiya. Vaksinasiyanın tarixi. 2 hissə

Vaksinasiya

Vaksinasiyanın tarixi məqalənin 2 hissəsini sizə təqdim edirik - Xəstəlik vasitəsilə müdafiə

Hələ qədim dövrdə insanlar bəzi xəstəliklər üçün birdəfəlik gedişatın xas olduğunu hiss etməyə başladılar: bir dəfə bu cür xəstəliyə yoluxan insan bir daha ona yoluxmazdı. İndi bu cür xəstəliklərə məxmərək və su çiçəyi hesab olunur, əvvəllər isə bu cür xəstəliklərə çiçək xəstəliyini aid edirdilər.

Bu xəstəlik antik dövrdən daha çox məlumdur. Xəstəlik dərini zədələyir, və zədələnən yerdə xarakterik suluqlar əmələ gəlirdi. Çiçək xətstəliyi nəticəsində ölüm halları yüksək, yəni 40% qədər olmuşdur. Ölüm, bir qayda olaraq, orqanizmin zəhərlənməsinin nəticəsi olmuşdur. Bu xəstəlikdən sonra sağ qalmağı bacarmış xəstələr bütün dərini örtmüş çiçək çapıqları nəticəsində ömürlük eybəcər hala düşürdülər.

Hələ qədim dövrlərdə insanlar hiss etdilər ki, bir dəfə çiçək xəstəliyinə yoluxmuş insanlar ikinci dəfə çiçək xəstəliyinə yoluxmamışdırlar. Bu tibbi məqsədlər üçün çox rahat olmuşdur – epidemiya zamanı bu cür insanlar kiçik tibbi personal qismində lazaretlərdə istifadə olunmuş və onlar yoluxan şəxslərə qorxmadan kömək edə bilirdilər.

Qərbdə Orta əsrlərdə çiçək xəstəliyi o qədər geniş yayılmışdı ki, bəzi tədqiqatçılar belə güman edirdilər ki, hər bir insan heç olmasa bir dəfə xəstələnməyə məhkumdur. Çiçək xəstəliyinin çapıqları adi kəndlidən kral ailəsinin üzvlərinə qədər bütün sosial zümrədən olan insanların bədənlərini örtürdü. Şərqdə isə cəmiyyəti çiçək xəstəliyindən müdafiə yollarının axtarışına sövq edən əlavə məqam mövcud idi. Əgər Qərbdə çiçək xəstəliyinin çapıqlarının mövcud olması və ya olmaması insannın iqtisadi durumuna az təsir göstərirdisə, o zaman ərəb ölkələrində hərəmxanalar və qul ticarəti çiçəklənirdi. Çopuru olan qul və ya hərəmxana üçün nəzərdə tutulmuş çopurlu qız şübhəsiz olaraq öz dəyərini itirir və öz ailəsinə və ya sahibinə maddi ziyan vururdu. Buna görə də, heç də təəccüblü deyil ki, məhz çiçək xəstəliyindən müdafiəyə yönəlmiş ilk tibbi prosedurlar məhz Şərqdən gəlmişdir.

Variolyasiyanı — nazik bıçaq vasitəsilə çiçək suluğunun tərkibindəki möhtaviyyatın dəri altına yeridilməsi yolu ilə sağlam insanın bilərəkdən çiçək xəstəliyinə yoluxdurulması metodunun ilk dəfə olaraq harada ixtira olunduğu məlum deyildir. Avropaya o məktublar vasitəsilə gəlmiş, daha sonra isə şərq ölkələrinə səfət etmiş və bu proseduru  1715 ci ildə İstanbulda aşkar etmiş ledi Montakın şəxsi təşəbbüsünə əsasən daxil olmuşdur. Orada o, beş yaşlı oğlunu variolyasiya etdirdi, İngiltərəyə qayıdan zaman isə öz dörd yaşlı qızına da çiçəyi peyvənd etməyi hər kəsi inandırdı. Nəticədə o, Avropa ölkələrində variolyasiyanın aparılmasını fəal şəkildə təbliğ etdi və onun səyləri bu metodun yerli – yerində tətbiq olunmasına gətirib çıxardı.

Şübhəsiz olaraq, türklər bu cür yanaşma üsulunu fəal şəkildə tətbiq etsələr də, bu cür yanaşma üsulunu özləri ixtira etməmişdilər.  Variolyasiya artıq çoxdan Hindistanda və Çində məlum idi, onu Qafqazda və gözəlliyin ən gəlirli mal olduğu  hər yerdə tətbiq edirdilər. Avropada və Amerikada bu prosedur ən varlı təbəqənin maddi dəstəyini aldı. Rusiyada ülya – həzrət Ikinci Yekaterina və onun ailəsi və sarayı bu prosedurdan keçdi. ABŞ – nın İngiltərə ilə apardığı müstəqillik uğrunda müharibəsinin gedişatında Corc Vaşinqton Britanıyanın variolyasiya olunmuş ordusundan fərqli olaraq çiçək xəstəliyindən necə əziyyət çəkməsinin şahidi oldu.  Beləliklə, qışlaq dövründə o çiçək vaksinlərin bütün əsgərlərinə vurdurdu və bununla da, ordusunu bu xəstəlikdən müdafiə etdi.


Vaksinasiya. Vaksinasiyanın tarixi. 1 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 3 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 4 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 5 hissə

Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo