Elm

Vaksinasiya. Vaksinasiyanın tarixi. 3 hissə

Vaksinasiya_ixtira

Vaksinasiya. Vaksinasiyanın tarixi. 3 hissəni sizə təqdim edirik - Böyük ixtiralar

Müsbət cəhətlərinin olmasına baxmayaraq, variolyasiya təhlükəli prosedur idi. Çiçək peyvəndini alan insanların arasında ölüm səviyyəsi təxminən 2% təşkil edirdi. Bu şübhəsiz olaraq, çiçək xəstəliyinin nəticəsində baş verən tələfatdan qat – qat azdır, lakin çiçək xəstəliyinə yoluxmamaq da olardı, variolyasiya isə bilavasitə təhlükə törədirdi. Ona görə də, daha effektiv, lakin bununla yanaşı, variolyasiyanın daha təhlükəsiz metodla əvəz olunması tələb olunurdu.

Fərqli fikrin mövcud olmasına baxmayaraq, Edvard Cenner, iribuynuzlu qaramal (maldarlar, jokeylər, süvarilər və sairə) ilə işləyən insanların, qalan insanlardan fərqli olaraq nadir hallarda çiçək xəstəliyinə yoluxduqlarını ilk müşahidə edən insan olmamışdır. Bunu ilk olaraq kimin kəşf etməsi haqqında məlumat artıq itirilmişdir, lakin Cennerin bu metodu ixtira etməsi zamanı bu kifayət qədər geniş yayılmış bilik olmuşdur.  Xüsusilə də, Cenner bu barədə öz dostu həkim Con Füsterdən öyrənmişdi. Həmçinin biz bilirik ki, Cenner bu elm biliklərini təcrübədə ilk olaraq tətbiq etməmişdir. Bir neçə məlum hallar arasında variolyasiya metodunu insana deyil, inəyə yoluxan çiçək xəstəliyi ilə aparmışdırlar və onların  arasında daha çox məlum olan eksperiment  ingilis fermeri Bencamin Cestinin 1774 cü ildə apardığı eksperiment olmuşdur və o bu üsulla öz həyat yoldaşını və oğullarını çiçək xəstəliyindən müdafiə etmişdir. Lakin, sonralar tarixdən dəfələrlə göründüyü kimi, bu üsulu kəşf edən deyil, bu barədə bütün dünyaya danışan şəxs vacibdir. Tədqiqatçının Cestinin təcrübəsi haqqında dəqiq məlumata malik olub – olmaması məlum deyildir, belə ki, məhz Cennerin fəaliyyəti bu vaksinasiyanı məşhur etmiş və dünyanı qorxulu xəstəlikdən – çiçək xəstəliyindən xilas etmişdir.

Müasir ölçülərə əsasən Cenner tərəfindən aparılan eksperiment etik baxımdan təmamilə qeyri – münasib olmuşdur. Dostu Con Füsterdən sağıcıların praktiki olaraq çiçək xəstəliyinə yoluxmadıqları haqqında öyrənərək, Cenner deyilənlərin doğru olduğuna əmin olmaq üçün buna bir neçə ilini sərf etdi və bundan sonra yoxlamanın aparılmasına razı oldu. Bu tarixi hadisə 1796 cı ildə baş verdi.

Cenner eksperimentdə iki insanı – sağıcı Sara Nelmsi və onun səkkiz yaşlı oğlu Ceyms Fippsi istifadə etdi.  Nelmsdə eksperimentə qədər inəkdən yoluxduğu çiçək xəstəliyi inkişaf edirdi – çünki onun sağdığı inəklərdə bu xəstəlik meydana çıxmış,  onların dərisi, əmcəyi müəyyən sayda suluqlar ilə örtülmüşdü. Sağma nəticəsində suluqların möhtəviyyatı sağıcının sürtünmüş dərisinə düşmüş və bu suluqlar sağıcının dərisində də əmələ gəlmişdir

Sonra baş verənlər külli miqdarda məqalələrdə bütün təfsilatı ilə təsvir olunmuşdur. Cenner nazik bıçaqla kəndli qadının əlindəki suluğu elə ehtiyatla kəsdi ki, bu suluğun möhtaviyyatı suluğun üzərində qaldı. Bu bıçağı həkim gənc Fippsin çiyninə bir neçə yerə batırdı. Bir neçə gündən sonra oğlanda titrəmə ilə qızdırma başladı və bıcağın batırıldığı yerdə suluqlar əmələ gəldi. Bir neçə gündən sonra əlamətlər yoxa çıxdı. İki aydan sonra Cenner yenidən oğlana başqa sağıcının suluğunun möhtaviyyatına batmş bıcağı batırdı və bir daha xəstəliyin əlamətlərini müşahidə etmədi və velə bir qənaətə gəldi ki, oğlan çiçək əleyhinə müdafiəni qazandı.

Cenner öz kəşfi haqqında Britaniya Kral Cəmiyyətinə məlumat verdi, lakin onun məqaləsini qəbul etmədilər. Nəticədə o, bir neçə oxşar eksperiment apardı və öz vəsaiti hesabına eksperimentlərin nəticələrini AnInquiryin to the Causesand Effectsof the Variolae Vaccinae, a diseasedis coveredinsome of the western counties of England, particularly Gloucesters hire and Known by the Name of Cow Pox («İnəyin çiçək xəstəliyi adı ilə məlum olan və İngiltərənin bəzi qərb vilayətlərində, xüsusilə də, Qlosterçiredə aşkar olunan Variolae Vaccinae („inəklərin çiçək xəstəliyi“, lat. müəllifdən) xəstəliyinin effektləri və meydana çıxması haqqında») adı altında broşür şəklində dərc etdirdi.

Adətən, cəmiyyət yeni ideyanı dərhal qəbul etmirdi: broşürün dərc edilməsi hiss olunmadı. Lakin Cenner məğlub olmadı. 1798 ci ildə o, Londona köçdü və burada vaksinasiyanın aparılması üçün könüllüləri axtarmağa başladı – belə ki, o yeni proseduru istifadə olunmuş  Variolae Vaccinae xəstəliyinin şərəfinə adlandırdı. Beləliklə, «vaksinasiya» latın sözünü «inəkləşmə» kimi tərcümə etmək daha düzgün olardı. İl ərzində o “inəkləşmək” istəyən heç kimi tapmadı.  Lakin 1799 ci ildə uğur Cennerin  üzünə güldü — o bir neçə həkimi icad etdiyi prosedurun effektivliyinə inandıra bildi və onlar dəyişməz uğurla bu proseduru öz pasiyentləri üzərində təcrübədən keçirməyə başladılar.

Vaksinasiya ilk öncə Britaniyanın, daha sonra isə Avropanın və Yeni Dünyanın tibb aləmində böyük dönüş yaratdı.  1800 ci ildə o ABŞ – na ayaq açdı və burada prezident Tomas Cefferson  dərhal vaksinasiya üzrə milli proqramı təşkil etdi. Avropa total olaraq inəyin çiçək infeksiyası ilə peyvənd olundu. Yüni təcrübəyə qarşı müqavimət mövcud idi, lakin bu müqavimət cəmiyyətin zəid təhsil almış və mövhumatçı təbəqəsi arasında müşahidə olunurdu. Meşşan «inəkləşməkdən» qorxurdu.

Lakin hakim dairələr üçün, vaksinasiyanın üstünlüyü heç bir şübhə doğurmurdu.  Cennerin elmi əsərləri bütün avropa dillərində dərc olunurdu.  Artıq  1803 cü ildə dövrün broşürünün dərc olunmasından beş  il sonra ispan kralı IV Karl «filantropik ekspedisiyanı» təşkil etdi və onun iştirakçıları vaksini Cənubi Amerika müstəmləkələrinə çatdırmalı idilər. Hindlular ilə müharibə dövrü çoxdan bitmişdi və avropalılar tərəfindən gətirilmiş çiçək xəstəliyi milyonlarla insan həyatına son qoyurdu. IV Karl üçün bu şəxsi məsələ idi  — 1794 cü ildə çiçək xəstəliyi  nəticəsində onun qızı  infanta  Mariya Tereza vəfat etdi.

Lakin vaksini uzağa necə çatdırmaq olardı? O dövdə hələ ki, soyuducuları ixtira etməmişdilər və xəstələrin suluqlarının möhtaviyyatı öz effektini uzun müddət qoruyub saxlaya bilmirdi. O zaman bu ekspedisiyaya uğur gətirən və müasir insan üçün dəhşətli və dahi sxem kəşf olundu. Kral həkiminin məsləhətinə əsasən ekspedisiyanın rəhbəri Fransisk Javyer de Balmi ispan sığınacağından 22 yetim oğlan uşaqlarını və tibbi heyəti özü ilə ekspedisiyaya apardı. Uşaqlar ilə birlikdə ekspedisiyaya La – Korunya şəhərinin monastırının sığınacağının rəhbəri olan qadın yollandı və o yardımını əsirgəmədi və buna görə də, de balmi tərəfindən onun qeydlərində tez – tez xatırlandı.

Hələ İspaniyada iki oğlana inək çiçək xəstəliyinin virusu ilə peyvənd etmişdilər. Karavellanın yola düşməsi ilə de Balmi canlı zənciri təşkil etdi – əgər vaksini almış oğlan uşağında suluqlar partlamazsa, o zaman vaksinin itib – batmaması üçün çiçək xəstəliyinin virusu xəstə oğlanlardan sağlam oğlanlara cüt – cüt ötürülürdü. Ekspedisiya Amerikaya uğurla çatdı və adalarda, sahilyanı ərazilərdə və qitənin dərinliyində çoxsaylı şəhərlərə baş çəkdi. İlk növbədə, insanları deyil, inəkləri peyvənd edirdilər – bu, sonralar yerli katolik monastırlar və missiyalar ilə dəstəklənən vaksinin pulunu yaratmağa icazə vermişdir. De Balmi  vaksini atlantik sahillərdən cəngəllik vasitəsilə Sakit Okeanının sahilinə şəxsən yolladı, daha sonra isə dünya səyahətini başa çatdıraraq vaksini Okeaniyanın adlarına və Cənub – Şərqi Asiyanın sahillərinə çatdırdı.

Vaksinasiya yer kürəsinə daha sürətlə yayılmışdır. O dəyişgən uğurla bütün dünya ölkərində çiçək epidemiyasının qarşısını almağı bacarmış, daha sonra isə xəstəliyi təmamilə məhv etmişdir. Çiçək xəstəliyinin sonuncu dəfə aşkar olunması faktı  1978 ci ildə qeydə alınmış, 1980 cı ildə isə bu xəstəliyin kökünün kəsilməsi haqqında bəyanat səslənmişdir.

 

 

Vaksinasiya. Vaksinasiyanın tarixi. 1 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 2 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 4 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 5 hissə

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo