Həkimlər bir
neçə yüz il ərzində çiçək xəstəliyi ilə mübarizə aparırdılar
və artıq XX əsrin ortalarında bu cür qorxulu xəstəlik üzərində tez
bir zamanda qələbə çalacaqlarına əmin olmuşdurlar. 70-ci illərin
sonunda inkişaf etmiş ölkələrdə bu xəstəliyi artıq bir neçə onillik ərzində görmədilər.
Uşaqlar və yetkin yaşlı insanlar demək olar ki, yerli – yerində peyvənd
olundular, çiçək xəstəliyinin virusu isə yalnız Afrikanın və Asiyanın ən
ucqar bölgələrində cövlan edirdi. Belə şəraitdə rahat olmaq və nəzarəti
bir qədər zəiflətmək acınacaqlı nəticələrə gətirib çıxara bilərdi. Həmin
dövrdə Böyük Britaniyada Birminqemsk Universitetinin tib fakültəsində professor
Henri Bedsonun rəhbərliyi altında çiçək xəstəliyinin virusunu öyrənmişdir. Universitetin ştat fotoqrafı Canet Parkerin
işlədiyi otaq laboratoruyanın üstündə yerləşirdi . Bütün həmyaşıdları kimi
o da öz vaxtında çiçək xəstəliyinə qarşı peyvənd olunmuşdu.
11 avqust 1978 ci ildə qadın halsızlıq və əzələlərində ağrı şikayəti
ilə klinikaya müraciət etmişdir, lakin həkimlər heç nədən şübhələnmədilər.
Onun dərisində yaranan suluqları adi səpgi hesab etdilər. Lakin,
tezliklə dabanın və ovucun dərisini daxil etməklə bu suluqlar
onun bütün bədənini örtdü. Həkimlər — Variolamajor (təbii çiçək
xəstəliyi virusu) kimi qorxulu diaqnoz qoyaraq əl – ayağa düşdülər.
Bununla da
virus ovu və Vaksinasiya dövrü başladı. Son həftə ərzində Canetin
təmasda olduğunu və Canelə təmasda olan (cəmi təxminən 260 insan) hər
kəsi karantinə yerləşdirdilər. Həmkarlardan biri epidemiyanın
qızışmasından əvvəl ABŞ – na səfər etdi və orada onu yerli
xidmətləri axtarırdılar və eləcə də, təcrid edirdilər. Amerikalılarda
vəlvələ üçün əsas yox idi: ABŞ – da artıq
altı il ərzində südəmər körpələri peyvənd etmirdilər, belə ki,
ölkənin ərazisində çiçək xəstəliyinin kökü kəsilmiş hesab
olunurdu.
Canetin
diaqnozun təsdiq etmək üçün xəstəlik ilə bağlı yerli mütəxəssisi – həmin
professor Henri Bedsonu dəvət etdilər. O, suluğun möhtaviyyatını təhlil
aparmaq üçün götürdü və bu xəstəliyin həqiqətən də çiçək xəstəiyi
olduğu təsdiq olundu. O haradan götürülə bilərdi? Yalnız bir cavab əldə olundu
— o naməlum şəkildə Bedson laboratoriyasının saxlanc yerindən
çıxmış və ventilyasiyaya daxil olmuşdur. Bu hadisə ictimaiyyətin
narahatlığına səbəb oldu və beləliklə də, Böyük Britaniyada və digər
ölkələrdə təhlükəli infeksiya agentləri ilə yeni iş qaydalarının
işlənib hazırlanmasına gətirib çıxaran bir sıra tədqiqatlar həyata keçirildi.
Xəstəxanaya
müraciət etməsindən bir ay sonra 11 sentyabr 1978 ci ildə, Canet Parker çiçək xəstəliyindən
vəfat edərək bu gün üçün bu xəstəliyin sonuncu
qurbanı oldu. Çox təəssüfflər olsun ki, bu zaman vaksin kömək
etmədi — gah uzun illər ərzində immunitetin gərginliyi azaldı, gah
da, Canet tərəfindən alınan virusun dozası həddən artıq böyük idi (çox təəssüfflər
olsun ki, bununla bağlı informasiya həddən artıq az idi). Karantinə yerləşdirilmiş bütün
insanlar arasında yalnız onun anası xəstələndi, lakin o da, xəstəliyin öhdəsindən
gələ bildi. Lakin bu hadisə təkcə fotoqraf – qızın həyatına son
qoymadı. Canetin ölümündən bir neçə gün əvvəl 5 sentyabr
tarixində həyat yoldaşı ilə birlikdə karantində olan
Canetin qoca atası ürək tutmasından vəfat etdi. Bir qədər əvvəl, 1
sentyabrda, professor Bedsonu öz evinin bağında boğazı kəsilmiş şəkildə tapdılar.
Bir neçə gündən sonra o ayılmadan vəfat etdi. Alim ölümqabağı məktubunda
məlumat verərək bildirki ki, “o həmkarlarının və dostlarının
etimadını doğrultmağı üçün” həyatı tərk etməyi qərara aldı.