Elm

Vaksinasiya. Vaksinasiyanın tarixi. 5 hissə

 Vaksinasiyanın tarixi

Vaksinasiya. Vaksinasiyanın tarixi. 5 hissə - Kox fərziyyəsi və vərəm

Çiçək xəstəliyi vaksinasiya nöqteyi – nəzərindən həddən artıq rahat xəstəlik idi. Xəstə sanki xəstəliyi törədən virusun təbii ehtiyatı ilə əhatə olunmuşdu – götür və vaksinasiya olun. Lakin, digər xəstəliklər: vəba, taun, poliomielit ilə necə davranmaq olar? Heç kim xəstəliklərin həqiqi səbəbi haqqında heç nə bilmirdi. Yalnız 1676 cı ildə dünya ən mükəmməl optik mikroskopların ixtiraçısı, holland dükançısı və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü Entoni Van Lavenqukun elmi işlərindən mikroorqanizmlərin mövcud olması haqqında öyrəndi. O cəsarətli fərziyyə irəli sürərək, qeyd etdi ki, onun kəşf etdiyi canlı mikroorqanizm xəstəlik törədə bilər, lakin onu dinləmədilər.

XIX əsrin görkəmli alimləri - Lui Paster və Robert Kox işə başladıqları zaman hər şey dəyişdi. Paster həyatın özbaşına yaranması fikrinin yoxluğunu sübut edə bildi və buna paralel olaraq məhlulların zərərsizləşdirilməsinin üsullarından birini  - pasterizasiyanı kəşf etdi və üsulu indiyə qədər tətbiq edirik. Bundan savayı, o, əsas infeksiya xəstəliklərini öyrəndi və belə bir qənaətə gəldi ki, onların törədiciləri məhz mikroorqanizmlərdir.  Sibir xorası və onun törədici mikrobu Bacillusanthracis onun xüsusi marağının mövzusu olmuşdur.

Pasterin müasiri Robert Kox mikrobiologiyada bir dəfə deyil, dəfələrlə əsl inqilab yaratmışdır. Misal üçün o, bərk mühitdə bücərilmə üsulunu düşünüb tapmışdır. Buna qədər bakteriyaları məhlullarda becərmişdirlər və  bu rahat olmamışdır və əksər hallarda lazımi nəticələr verməmişdir. Kox əsas kimi jelatini və ya jeleni istifadə etməyi təklif etmişdir. Metod uyğunlaşmışdır və indiyə qədər  mikrobiologiyada istifadə olunur. Onun vacib üstünlüklərindən biri də ştammların – bir hüceyrənin qrupundan ibarət olan mikroorqanizmlər birliyinin alınmasından ibarətdir.

Yeni metodologiya Koxa infeksiyaların mikrobioloji nəzəriyyəsini dəqiqləşdirməyə icazə vermişdir. O, xolera vibrionununu, sibir xorasının basillasını və bir çox digər mikroorqanizmlərini inkişaf etdirməyi bacarmışdır. 1905 ci ildə onun xidmətləri “vərəmin törədici mikrobunun ixtira olunmasına görə” – fiziologiya və təbabət üzrə təsis olunmum Nobel müakfatına qədər qeyd etmişdirlər.

Kox infeksiyalarının təbiəti ilə bağlı fikirlərini indiyə qədər həkimlər tərəfindən istifadə olunan dörd postulatlarda ifadə olunmuşdur. 

Əgər fəaliyyətin və şərtlərin növbəti ardıcıllığı yerinə yetirilirsə, o zaman Koxa görə mikroorqanizm  xəstəliyin səbəbidir:

1.   mikroorqanizmə xəstələr arasında daima rast gəlinir və sağlam insanlarda yoxluq təşkil edir;

2.   mikroorqanizmi ayırd edir və təmiz mikroorqanizmi alırlar;

3.  təmiz mikroorqanizmin sağlam insana yeridilməsi zamanı o xəstələnir;

4.  üçüncü addımdan sonra alınan xəstədə eyni mikroorqanizm ayırd edilir.

5.  Zaman keçdikcə bu fərziyyələr bir qədər dəyişilirdi, lakin məhz onlar vaksinasiyanın sonrakı inkişafı üçün əsas olmuşdur. Paster və Kox tərəfindən yaradılan becərilmə metodları sayəsində özü – özlüyündə münasib olan çiçək xəstəliyi zamanı həmin mayenin analoqunun alınması mümkün olmuşdur. Kazarma və həbsxanaların bəlası olan vərəmə ilk zərbəni vuran BCG vaksini ilə bağlı hallarda bu nailiyyətlərin təsirini görmək daha əyanidir.

6. Vərəmin törədici mikrobu olan Mycobacteriumbovis vərəm əleyhinə vaksinlərin işlənib hazırlanması üçün istifadə edirdilər. Robert Kox onu insan vərəminin törədici mikrobu olan Mycobacteriumtuberculosis ayırdı. Yalnız yüngül halsızlıq yaradan inəyin çiçək xəstəliyinin virusundan fərqi olaraq vərəm insanlar üçün təhlükəlidir və avksinasiya üçün bakteriyaların tətbiq olunması özünü doğrultmamış risk olmuşdur. İnstitutun iki əməkdaşı Paster və Lille ağıllı qərar qəbul etdilər. Onlar kartof nişastasından və qliserinin qarışığından ibarət olan mühitə vərəmin törədici mikrobunu əkirdilər.  Bakteriya üçün bu cənnət idi. Yalnız, müasir ofis əməkdaşlarından fərqli olaraq bakteriyalar bu cür mühitdə iki həftə deyil, 13 il qaldı. 239 dəfə həkim Kalmett və baytar Qeren  bakteriyanı yeni mühitdə əkdilər və bakteriyanın əkilməsini davam etdilər. Uzunmüddətli sakit həyatdan sonra bakteriya təmamilə təbii təkamül proseslərinin gedişatında xəstəliyi törətmək bacarığını itirdi və insanlar üçün təhlükəli olmadı. Belə ki, insanlar artıq təkamülün xidmətində durur, həkimlər isə güclü silahı – vərəm əleyhinə vaksini əldə etmişdirlər. Bu gün bu bakteriya bizı BCG (bacillus Calmette—Guirine) — Kalmett – Qeren basillası (rusdilli ədəbiyyatda linqvistik prosesin nəticəsində o BSJ adlanır, cənab Qereni isə tərcüməçilər Jüren adlandırlmışdırlar) kimi məlumdur və ona biz xüsusi layihəmizin ayrıca məqaləsini həsr edəcəyik.

7.   Günəşin çıxması

8. Vaksinlər Pasterin, Koxun və onun ardıcıllarının sayəsində insanı bəzi bakteriya infeksiyalarından yaxşı müdafiə edirdi. Lakin viruslar ilə necə davranmaq olar? Viruslar çaşkalarda və şüşə butılkalarda öz – özünə inkişaf etmir və onlara qarşı Kox fərziyyəsinin tətbiq olunması (xüsusilə də, təmiz mədəniyyətin ayrılmasına aidiyyatı olarsa) mümkün deyildir. Virus əleyhinə vaksinlərin müydana çıxması tarixini poliomielitin nümunəsində əyani olaraq göstərmək mümkündür. Dramatikliyinə görə o, bir çox müasir blokbasterlərdən geri qalmır.

9.  Poliomielit — virus təbiətinə malik olan xəstəlik; onu törədən poliovirus sinir toxumasının hüceyrələri ilə yaxınlıq təşkil edir. Zədələnmiş sinirlər siqnal keçirə bilmir və bu zaman iflic meydana çıxır və bəzi hallarda isə əgər virus tənəffüsə görə cavabdeh olan beynin sahəsini zədələyirsə, o zaman ölüm baş verir. İstənilən yaşda insanlar poliomielitə xəstələnə bilər, lakin biz əksər hallarda insanların problemləri haqqında eşidirik.

Poliomielit əleyhinə vaksinin işlənib hazırlanmasına bir çox tədqiqatçılar can atmışdırlar. Bu istiqamətdə atılan ilk addımlar atılmış və bu zaman toxumalarda virusların becərdilməsi metodları işlənib hazırlanmışdır (hüceyrə və toxumalar ilə iş metodu haqqında məqaləsində ətraflı şəkildə bəhs olunmuşdur). Poliomielit   həddən artıq vacib məqsəd idi və buna görə də, dərhal bir neçə qrupun vaksinin işlənib hazırlanmasına başlamaları təəccüblü deyildir.

Daha sonra demək olar ki, 20 il müddətinə effektiv vaksinin yaradılmasını geriyə atan xoşagəlməz hadisə baş vermişdir. O, 1935 ci ildə Amerika ictimai sağlamlıq assosiasoyasının illik konfransında baş vermişdir  (American Public  Health  Association). İki müxtəlif elmi institutlardan olan iki tədqiqatçı bu konfransda çıxış etdilər.

Filadelfiyadakı Templ instititundan olan yaşlı hörmətli professor Con Kolmer kafedraya birinci çıxdı. O Poliomielit əleyhinə zəif canlı vaksini ala bildi və onu 10 725 uşaq üzərində sınaqdan keçirdi. Professorun nəzarət qrupu vardı. Vaksinin yeridilməsindən dərhal sonra onlarla uşaqlarda Poliomielit  əlamətləri inkişaf edir. Onlardan beşi vəfat etdi və beş uşağın vaskin yeridilən əsas ətrafı inflic oldu. Bundan savayıbəzi məlumatlara əsasənKolmerin öz vaksinini sınaqdan keçirdiyi bəzi şəhərlərdə Poliomielitin epidemiyası başlandı. Kolmer nəticələr haqqında bəhs etdiyi zaman zalda hər kəs susdu. Kolmer məruzəsini bitirdikdən sonra zalda “Qatil!” ittihamı səsləndi və professor kafedranı tərk etdi.

Onun ardınca onun yerini Nyu – Yorkdan olan 20 yaşlı tədqiqatçı Moris Brodi tutdu. Onun poliomielit əleyhinə vaksini kolmer kimi zəif deyildi, formaaldehidlə məhv edilmişdi. Brodi onu 7500 nəfər uşağa peyvənd etdi, daha 4500 nəfər isə plasebo aldı. İl ərzində prosedurdan sonra təbii yolla alınan poliomielit  əsas qrupdan olan bir uşaqda və nəzarət qrupundan olan beş uşaqda inkişaf etdi. Bu yeni vaksin üçün heç də pis nəticə deyildi. Lakin, məruzənin taleyi həll olundu. Kolmerin məruzəsindən sonra kütlənin sönməyən qəzəbi yeni qüvvə ilə alışdı. Moris Brodi təmamilə ədalətsiz olaraq sex üzrə həmkarlarından Filadelfiyadan olan professor kimi eyni epitetləri aldı.  Onu laboratoriyadan çıxardılar, və o iş tapmayaraq bir neçə ildən sonra  özünə sui – qəsd etməklə vəfat etdi. Professor Kolmer nəinki öz postunu qoruyub saxladı, eləcə də, qalan həyatı boyu yeni fəxrli yer tutdu.

Növbəti sıçrayış yalnız 1950 ci ildə baş verdi və o iki tədqiqatçının – Conas Solkun və Albert Seybinin adı ilə bağlıdır. Həmin dövrdə poliomielit əleyhinə vaksin haqqında məsələ əsasən xəstələnmə hallarının artması nəticəsində qadağa olaraq qalmaqla davam etdi.  Solk və Seybin müxtəlif istiqamətlərdə hərəkət edirdilər: birinci Brodo metoduna əsasən formaaldehidlə məhv edilmiş vaksini işləyib hazırladı,  ikincisi isə  — canlı zəif vaksini kəşf etdi.

Solk vaksini ilk kommersiya baxımından münasib vaksin oldu. Bir çox hallarda bu, həmin anda nümunə olmayan test sayəsində baş verdi – vaksini milyon uşaq aldı və bu onun effektivliyini əminliklə sübut etməyə icazə verdi. O bu yaxınlara qədər ABŞ – da uğurla tətbiq olunurdu. Vaksinasiya nəticəsində imunitetin vaxtilə yoxa çıxması və bir neçə il ərzində təkrar inyeksiyanın tələb olunması vacib problem idi.

Seybin vaksini bazarda Solkun vaksinindən bir qədər sonra meydana çıxmışdır. O, birinsindən həm dolğunluğuna, həm də, tətbiqi üsuluna görə fərqlənmişdir – adi poliovirusun orqanizmə daxil olduğu kimi onu da ağız boşluğuna damızdırırdılar. Seybinin işinin nəticəsi nəinki Solkun vaksinindən daha effektiv oldu (immunitet daha uzunömürlü olur), lakin, Kolmer vaksinin qüsurlarının böyük hissəsindən məhrum oldu: yan effektlər əgəmiyyətli şəkildə nadir hallarda baş vermişdir.  Nəticədə bu vaksinin daha maraqlı effektini qeyd etmişdirlər: pasiyentlərin əksəriyyətində tam poliomielieti doğurmağa qadir olmayan virus canlı olaraq qalmışdır, lakin o bütün bunlara baxmayaraq, infektivliyini qoruyub saxlamışdır  — vaksin olunmuş insandan vaksin olunmamış insana ötürülə bilərdi. Bu həkimlərin iştirakı olmadan o, həkimlərin iştirakı olmadan vaksinasiyanın genişlənməsinə gətirib çıxardı. Hal – hazırda vaksinin hər iki növlərinin uyğunlaşdırılması üçün uşaqlara əvvəlcə məhv edilmiş virusu vurur, bir neçə prosedurdan sonra isə zəif vaksinə keçirlər. Bu praktiki olaraq yan təsir riski olmadan güclü müdafiəni almağa icazə vermişdir.  Xüsusi layihənin müvafiq məqaləsində poliomielit əleyhinə vaksinasiya haqqında daha ətraflı olaraq bəhs edəcəyik.

1774 cü ildə Bencamin Cesti  ilk əsl vaksini şüurlu şəkildə uşağa vurmuşdurDemək olar ki,  250 il bundan əvvəl hərəkat başladı və bunun sayəsində insanlar praktiki olaraq Apokalipsisin üçüncü atlısı olan Xəstəlik haqqında unutmuşdurlar.  Həmin dövrdən etibarən biz rəsmi olaraq çiçək xəstəliyindən xilas olduq və onun nümunələri dünyada bir neçə laboratoriyalarda qorunub saxlanmışdır.  Poliomielit məğlub olmadı, lakin illik xəstələnmə hallarının sayı yarım əsr bundan əvvəlki dövrdə olduğu kimi on minlərlə deyil, bir neçə vahidlər ilə ölçülür. Vəba, tetanus, difterit, sibir xorası — müasir dünyada demək olar ki, rast gəlinməyən keçmişin əlamətləri idi. “Xoş əlamətlər” kitabında Terri Pratçet və Nil Geyman ictimai şüurun bu cür dəyişikliyini əks etdirərək, Xəstəlik adlanan Apokalipsis atlısını ətraf mühitin çirklənməsi ilə əvəz etdilər.  Lakin bu artıq başqa mövzudur...

Bəşəriyyət xəstəliyin təbiətini alnamaq üçün uzun yol keçdi və onlardan müdafiə üsullarının işlənib hazırlanmasına kimi əhəmiyyətli itkilər verdi. Bütün bunlara baxmayaraq, biz onun öhdəsindən gəldik. Təbiət həmişə gah QİÇS, həm də, Zik qızdırması şəklində daima bizə yeni çağırışlar etmişdir. Qrip hər il mutasiya edir, herpes isə orqanizmdə gizlənərək və özünü biruzə verməyərək münasib vaxtı gözləməyi bacarır. Lakin yeni vaksinlər üzərində aparılan iş öz axarı ilə fəal surətdə davam edir və tezliklə biz cəbhələrdən yeni və köhnə düşmənlər üzərində qələbələr haqqında eşidəcəyik. Qoy Günəş daima işıq saçsın!


Vaksinasiya. Vaksinasiyanın tarixi. 1 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 2 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 3 hissə

Vaksinasiya. Vaksinasiyanın tarixi. 4 hissə


Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo