Tibb

Vaksinlərin kəşfindən əvvəl və sonra dünya

Vaksinlərin kəşfindən əvvəl və sonra dünya

Vaksinlərin kəşfindən əvvəlki və sonrakı dövrlərdən danışaq.


Vaksinasiya haqqında xüsusi layihənin birinci məqaləsi xəstəliklərin təbiəti və onlar ilə mübarizə üsulları haqqında təsəvvürlərin necə bir təkamül keçmələri haqqında bəhs etmişdir. Bu layihənin ikinci məqaləsində biz konkret nümunələr əsasında vaksinlərin kəşf olunmasına qədər infeksiyalara nəzarət olunmasının nə cür səylər tələb etməsini və kütləvi vaksinasiya kompaniyası nəticəsində xəstəliyin necə azalması nəzərdən keçirilmişdir. Əgər kütləvi vaksinasiyanı sona kimi həyata keçirməsək, o zaman nə baş verəcəyi haqqında bəhs edəcək və müasir dünyada bunu etməyin nə üçün çətin olduğunu müzakirə edəcəyik.

Din Kornuellin şəklində  Vaksinasiya erasinda evvel viruslu infeksiyalar ilə mübarizənin tarixində ən dramatik məqamlardan biri təsvir olunmuşdur. Hadisə 1900 cu ilin avqist ayında Kubada baş vermişdir. Şəklin mərkəzində iki amerikalı hərbi həkim dayanmışdır: Cess Lazer balaca sınaq şüşəsini Ceyms Kerollun əlinə söykəyir. Bu sınaq şüşəsində sarı qızdırma xəstəsini bir neçə gün bundan əvvəl dişləmiş ağcaqanad vardır. Uolter Ridin başçılığı altında komissiyanın tərkibinə daxil olan bir neçə həkim və Lezir bu cür prosedura məruz qalmışdır  (qara bığları ilə mərkəzdə). Bu komissiyanın əsas vəzifəsi sarı qızdırmanın ötürülməsi üsulunu və bu xəstəliyi törədən mikrobu aşkar etməkdən ibarətdir. Eyni zamanda hakim olan fikrə görə bu xəstəlik bilavasitə hava – damcı yolu ilə bu xəstəliyə yoluxmuş insanla bilavasitə təmas zamanı keçir. Kuba həkimi Karlos Finley (soldan ağ bakenbardlar ilə) belə bir fərziyyə irəli sürmüşdür ki, sarı qızdırma agcaqanadlar vasitəsilə ötürülür və komissiya üzvləri bu fərziyyəni öz üzərində yoxlamağı qərara almışdırlar.

Bütün könüllülər hansı addımı atdıqlarını bilirdilər. Rid Komissiyası ilk dəfə olaraq yazılı informasiya razılığını istifadə etmiş və o da bir neçə il bundan əvvəl tibbi tədqiqatlarda standart olmuşdur: hər bir könüllü sənədi imzalamışdır və burada eksperimentin riskləri, xəstəlik zamanı kompensasiyanın məbləği və ən yaxşı tibbi yardımla bağlı zəmanətlər ətraflı şəkildə şərh olunmuşdur.

 



Şəkil 1. «Qızdırmanın qalibləri». Din Kornuel, 1939 ci il, kətan, yağlı boya.

 

Bir neçə gündən sonra Ceyms Keroll ağır xəstələnmiş, və Finley fərziyyəsi təsdiq olunmuşdur.

Rid Komissiyası təcrübələrinin ilkin nəticələrini 1900 cu ildə kiçik məqalədə dərc olunmuşdursarı qızdırmanın daşıyıcıları ağcaqanadlardır və onların törədici mikrobları əvvəllər olduğu kimi bakteriya deyildir. Cessi Lezirin adı sitatla qeyd olunmuşdur — yazışmaya görə məsul müəllifin əlaqə məlumatlarını bu məlumatın altında yerləşdirirlər. Lakin, burada sitatda başqa məlumatı oxuyuruq: Cessi Leziar həmin ildə sarı qızdırma virusu ilə eksperimental şəkildə yoluxma nəticəsində vədat etmişdir.

Ceyms Keroll sağala bildi, lakin xəstəlik ürəkdə fəsadlar yaratmışdır və o beş ildən sonra vəfat etmişdir. Komissiyanın rəhbəri Uolter Rid, bir ildən sonra peritonitdən vəfat etmişdir: ilk antibiotikləri yalnız otuz ildən sonra kəşf etmişdirlər.

Beləliklə, Ridin komissiyası konüllü – tibb işçilərinin həyatı və sağlamlığının hesabına xəstəliyin daşıyıcılarını müəyyən edə bilmişdir. Din Kornuell heç də təsadüfi deyil ki, öz şəklini “Sarı qızdırmanın qalibləri” adlandırılmışdır. Eyni zamanda, Havanda Uilyam Krauford Qorqas sanitar həkimi işıəmişdir. O, gənc yaşlarında sarı qızdırmaya yoluxmuş, ömürlük immunitet qazanmış və xəstəliklə mübarizə aparmaq üçün Kubaya ezam olunmuşdur. O komissiyanın nəticələrindən xəbər tutaraq Havanda ağcaqanadlar ilə irimiqyaslı mübarizəyə başlamışdır. Ağcaqanadları məhv etmək üçün binalara kükürd tüstüsünü  və ya qafur yağı ilə karbol turşusu qarışığını vururlar.  Maraqlısı budur ki, hər iki tərkibi tütün fabriklərində istifadə etmək olmaz (güclü qoxu məşhur havan siqaretlərini korlamışdır) və onların əvəzinə orada qatı tütün tüstüsünü istifadə edirdilər: onların ağcaqanadları effektiv surətdə öldürdüyü aşkar olunmuşdur.

Bütün açıq su mənbələrini mütəmadi olaraq yağla təmizləyir və sulayırdılar: nazik yağ qatı qurdların böyüməsinə mane olurdu. Sarı qızdırmaya yoluxmuş xəstələri ilk əlamətlərin aşkar olunmasından dərhal sonra ağcaqanad torlarının köməyi ilə ağcaqanadlradan izolyasiya olunmuşdur. Rid komissiyasının kəşfindən və ağcaqanadlar ilə mübarizənin başlanmasından bir il sonra Havanda sarı qızdırmadan ölüm halları əhəmiyyətli şəkildə azalmışdır: 1896 cı ildə bu xəstəlikdən  1296 insan, 1901 ci ildə isə — cəmi 18 nəfər vəfat etmişdir. Həmçinin ağcaqanadlar ilə ötürülən malyariya xəstəliyinin sayı paralel surətdə azalmışdır.

Havanda əldə olunan uğurdan sonra Qorqası ambisiyalı tapşırığın həll olunması üçün Panamaya keçirdirlər: o, Panama kanalının tikintisində sanitar həkim işləməli idi.

Bundan iyirmi il əvvəl fransızlar kanalın yaradılması ilə bağlı uğursuz cəhd göstəmişdilər. Tikintiyə Ferdinand de Lesseps rəhbərlik etmiş  (o Suveş kanalının tikintisi ilə bağlı uğurlu təcrübəyə malik idi), məşhur Aleksandr Qustav Eyfel layihəçi – mühəndislərdən biri olmuşdur. Lakin Panamada fransız inşaatçılarını tropik xəstəliklərin epidemiyası gözləyirdi: Qorqasın qiymətinə əsasən təxminən 2000 fəhlə sarı qızdırmadan və o qədər də insan malyariyadan həlak oldu. Panama şirkətinin rəhbərliyində mövcud olan korrupsiya və total oğurluq halları ilə əlaqədar olaraq bu layihənin təmamilə süquta uğramasına gətirib çıxarmışdır.

Qorqas tərəfindən təşkil olunmuş ağcaqanadlar ilə mübarizə amerikalıların işə başlamaları zamanı epidemiyadan qaçmağa icazə vermişdir və 1920 ci ildə Panama kanalının tikintisi başa çatmışdır.  Sonitation in Panama kitabında bu cür irimiqyaslı layihə haqqında daha ətraflı olaraq oxumaq mümkündür.

Lakin sarı qızdırma üzərində əsl qələbəyə hələ çox vardı. Cənubi və Mərkəzi Amerikadan savayı, sarı qızdırma Afrikada geniş yayılmışdır. 1927 ci ildə Laqosda (indi isə bu Nigeriya ərazisidir) professor Edrian Stoksun rəhbərliyi altında fəaliyyət göstərən qrup  makakanı sarı qızdırma virusuna yoluxdurmağa müvəffəq olmuşdur; makakanı yoluxdurmaq üçün Asibi adlı xəstə afrikalının qanı istifadə olunmuşdur. Tezliklə bundan sonra Stoks sarı qızdırmaya yoluxdu və vəfat etdi. İlk dəfə olaraq tədqiqatçılarda xəstəliyin laborator modeli meydana çıxmışdır və bu model olmadan infeksiyanı öyrənmək və vaksini işləyib hazırlamaq mümkün deyildir.

 



Şəkil 3. Maks Teyler  — sarı qızdırma vaksininin işlənib hazırlanmasına görə 1951 ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı olmuşdur





Şəkil 6. Albert Sebin və Conas Sobak  — poliomielit əleyhinə canlı və inaktivasiyalı vaksinlərin layihəçiləri

Bu iş zamanı o özü sarı qızdırmaya yoluxdu, lakin xəstəlik kifayət qədər yüngül keçdi. 176 bu cür əkmədən sonra Maks Teyler sarı qızdırmanın virusu ilə siçanları infeksiyadan müdafiə edən variantı ala bildi, lakin bu zaman o xəstəliyin heç bir görünən əlamətlərini doğurmadı. Bir vaxtlar afrikalı Asibidən alınan virus laboratoriyada uzunmüddətli təkamül nəticəsində insanlar üçün zərərsiz oldu — indiyə qədər tətbiq etdiyimiz uğurlu və təhlükəsiz vaksinlərdən biridir. Sarı qızdırma virusundan orqanizmi ömürlük müdafiə etmək üçün bir peyvənd kifayət edir, yan təsirlər isə çox nadir hallarda meydana çıxır. 1951 ci ildə Maks Teylor sarı qızdırma üzərindəki qələbəsinə görə fiziologiya və tibb üzrə Nobel mükafatı aldı.

Tarix təsvir edir ki, infeksiyanın əlamətləri və onun ötürülməsi yolları haqqında biliklər xəstəliyin yayılmasına nəzarət etməyə iaczə verir, lakin vaksinasiya bir çox xəstəliklərin profilaktikasının ən effektiv vasitəsi olaraq qalmaqda davam edir.

Nə üçün vaksinasiya sona çatdırılmalıdır

Məlum olduğu kimi, xəstəliklərin sayı onun əleyhinə kütləvi vaksinasiyanın başlanmasından bir neçə il sonra kəskin şəkildə azalmışdır. Belə ki,  1952 ci ildə ABŞ – da poliomielitin  57 879 halı qeydiyyata alınmışdır. 1955 ci ildə Solkun inaktivasiyalı vaksini,  1961 ci ildə isə Sebin vaksini qəbul olunmuşdur. Nəticədə, 1962 ci ildə belə halların sayı 910, 1972 ci ildə isə — artıq cəmi 31 təşkil etmişdir. Əgər infeksiyaların təbii ocağı mövcud deyildirsə və populyasiyanın böyük hissəsinin vaksinini peyvənd etmək mümkündürsə, o zaman xəstəliyin kökünü təmamilə kəsmək mümkündür. Lakin, bütün Yer kürəsinin miqyasları daxilində kütləvi vaksinasiyanı sona qədər həyata keçirmək vacibdir, belə ki, əks halda xəstəliyin gətirilməsi halları baş verəcəkdir ki, xəstəliyə yoluxmuş bir insanın meydana çıxması zamanı minlərlə insan bu xətəliyə yoluxa bilər.



Ən qorxulu hadisələrdən biri yarım əsr bundan əvvəl Yeni il ərəfəsində Moskvada baş vermişdir. Məşhur sovet rəssamı – plakat müəllifi Alkesey Kokerin  1959 cu ildə Hindistana səfər etmişdir. O qayıdandan sonra ikinci gün halsızlıq hiss etmiş, Botkin adına xəstəxanaya yerləşdirilmiş, və orada da vəfat etmişdir. Diaqnozu dərhal qoya bilmədilər: Hindistanda rəssam təbii çiçək xəstəliyinə yoluxdu və 1936 cı ildə kütləvi vaksinasiya sayəsində onun kökü SSRİ – də kəsildi.  Təəccüblü deyil ki, həkimlər bu xəstəliyin əlamətlərinin necə olduğunu unutdular. Xüsusi xidmətlər  mərhumun bütün potensial kontaktlarını aydınlaşdırdılar: onların sayı təxminən 9 min təşkil edirdi. Ən böyük yoluxma riski ilə onlardan min nəfəri və praktik olaraq Botkin adına bütün xəstəxananı sürətlə təcrid etdilər və praktik olaraq Moskvanın bütün əhalisini (həmin anda 6 187 690 insan) təcili surətdə vaksinasiya etdilər. Epidemiyanı 19 gün ərzində lokalizasiya etmək mümkün olmuş, cəmi 46 insan xəstələnmiş və onlardan üçü vəfat etmişdir. Maraqlısı budur ki, bütün xəstələrə uşaq yaşında çiçək xəstəliyi əleyhinə peyvənd vurulmuşdu.

Bəs nə üçün vaksin xəstəlikdən xilas edə bilmədi? ÜST məlumatlarına əsasən təbii çiçək xəstəliyi əleyhinə vaksinin effektivliyi mütləq deyildir və o, təxminən 90% təşkil edir və buna müvafiq olaraq mütəmadi təkrar vaksinasiya zəruridir. Qeyd etmək lazımdır ki, təxminən doqquz min insan xəstəliyə yoluxa bilər və biz peyvəndin onlardan neçə nəfəri müdafiə etdiyini bilmirik.

Külli miqdarda insanlar çiçək xəstəliyi əleyhinə peyvənd olunmasaydı, o zaman nə baş verəcəyini təsəvvür etmək qorxuludur. Əgər təbiətdə təbii çiçək xəstəliyi rast gəlinmirsə, o zaman bu cür epidemiya təhlükəsi hələ də qalmaqda davam edir. İndiyə qədər təbii çiçək xəstəliyi virusu iki yerdə qalmışdır: ABŞ – da xəstəliklərin profilaksikası və nəzarəti üzrə Mərkəzlərdə və «Vektor» Mərkəzində (Kolsovo, Novosibirskaya vilayəti).

Bütün bunlardan savayı, virusun periodik nümunələrini təsadüfən və digər yerlərdə tapırlar. Sonuncu hallardan biri  2014 cü ildə baş vermişdir, və o zaman  çiçək virusunun olduğu bir neçə sınaq şüşəsini ABŞ – nın Merilend ştatının Betesda şəhərində FDA (Foodand Drug Administration) tədqiqat mərkəzində laboratoriyalardan birinin atılmış anbarında aşkar olunmuşdur. Bundan savayı, təbiətdə meymunların çiçək xəstəliyinin virusu dövr etməyə davam edir və o da nadir hallarda insanlara keçir. Bu virusa yoluxmaq hallarının daha da çox olması şübhəsi mövcuddur: çox güman ki, təbii çiçək xəstəliyi əleyhinə vaksin meymunların çiçək xəstəliyindən də müdafiə edir. İnsanlar üçün daha münasib variantın sonuncu dəfə mutasiya etmədəyinə inanmaq istəyirsən.

Beləliklə, əhalinin adambaşı vaksinasiyası xəstəliyi azalda bilər, bəzi hallarda isə çiçək xəstəliyi ilə olduğu kimi infeksiyanı təmamilə məhv edə bilər. Lakin, hələ də bu xəstəliyə Yer kürəsinin bütün nöqtələrində məğlub olmamışdır və bu zaman epidemiyaların sürətlə inkişafı və xəstəliyin dətirilməsi təhlükəsi hələ də qalmaqda davam edir. Aydın olduğu kimi, Yer kürəsinin əhalisinin əksər hissəsinin vaksinasiyası — mürəkkəb və ambisiyalı tapşırıqdır: vaksinlərin milyardlarla dozasını istehsal etmək, tibbi personalı maaarifləndirmək, onu ən ucqar rayonlara tədarük etmək zəruridir. Lakin bu texniki məsələlər həll olunur və  bunu çiçək xəstəliyinin kökünün kəsilməsi üzrə qlobal kompaniya sübut etmişdir. Kütləvi vaksinasiyanın sosial aspektləri sosial əhəmiyyətli xəstəliklərin tezliyinin azalmasını tormozlayan vacib problemdir.

Peyvəndlər əleyhinə fəaliyyət

Peyvənd əleyhinə fəaliyyət vaksinasiyanın mövud olacağı qədər mövcud olur: o hələ Edvard Cennerin vaxtında meydana çıxmışdır  (bu barədə biz vaksinasiyanın tarixinə həsr olunmuş xüsusi layihənin birinci məqaləsi haqqında bəhs etmişik). Peyvəndlərə qarşı etimadsızlığı və qorxunu anlamaq mümkündür: vaksinin işlənib hazırlanması tarixində faciəli səhvlər baş vermişdir.

 «Vaskinasiyanın tarixi» məqaləsində Güren və Kalmett tərəfindən alınmış vərəm əleyhinə canlı vaksin xatırlanmışdır (BSJ). 1929 cu ildə Lyubek şəhərinin (Almaniyanın) əsas hospitalında  251 nəfər yenidoğulmuş uşaq bu vaksinlə peyvənd olunmuşdur. Vaksini istehsal edən laboratoriya böyük səhvə yol vermişdir: canlı vaksinin dozasının bir hissəsi mikrobakteriyaların digər ştammı ilə çirklənmiş, və o zəifləməmiş və vərəm yarada bilərdi. 228 uşaq (91%) xəstələnmiş, 72 uşaq peyvənddən sonrakı bir il ərzində vərəmdən vəfat etmişdir. Bu hadisəni Lyubeks faciəsi adlandırırlar.

İyirmi beş ildən sonra tarix praktiki olaraq təkrarlandı. 1955 ci ilin aprel ayında  ABŞ – da  200 000 mindən artıq uşağı poliomielit əleyhinə Conas Solkun inaktivasiyalı vaksini ilə peyvənd etmişdirlər.  Lakin, fabriklərdən birində vaksinin istehsal olunması zamanı virusun formaaldehid ilə inaktivasiyasının texniki prosesi pozulmuş və vaksinin tərkibində canlı virus olaraq  40 000 uşaq vaksinasiyadan sonra poliomiletə  yoluxmuş, 2400 uşaq isə müxtəlif ağırlıq dərəcəli iflic olmuş, 10 uşaq isə vəfat etmişdir. Bu, poliomielit əleyhinə vaksinasiyanın kütləvi proqramı üzrə ən güclü zərbə olub, Conas Solkun inaktivasiyalı vaksinindən Albert Sebinin canlı zəif vaksininə keçmişdir . İlk növbədə, canlı vaksinin nadir, lakin çox qorxulu fəsadı – vaksin assosiativ poliomieliti olmuşdur. Zəif vaksin ştammı çox nadir hallarda (bir milyon vaksinasiyası üçün bir dəfə) reversiya olunur və bu poliomielit yarada bilər. Bu problem bu cür vaksin assosiasiyalı poliomielitin iflicə gətirib çıxarmasından ibarətdir. 

Bu cür yan təsirlərin və vaksinin istehsalı zamanı səhv imkanının qorxu yaratması aydındırBurada biz maraqlı psixoloji effektlər ilə qarşılaşırıq. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman Amos Tverski ilə birlikdə aşkar etmişdirlər ki, insanlara nadir hadisələrin şüuraltı olaraq təkrar qiymətləndirilməsinin xas olduğunu və bunun onların həll edilməsinə güclü şəkildə təsir göstərdiyini aşkar etmişdirlər (bax. D. Kaneman «Tələsmədən düşün və sürətlə həll elə»). Sadə məişət nümunəsini göstərmək mümkündür: təyarrədə uçmaqdan qorxan və buna görə hər gün maşın sürən insanlar var. KİV hər bir avia qəza, lakin az sayda YNH  haqqında məlumat verir və maşının təyyarədən fərqli olaraq təhlükəsiz olması haqqında yanlış təəssürat yarana bilər.

Vaksinlər bağlı vəziyyətə də buna oxşardır. Pol Offitin «Təhlükəli ölümcül seçim. Peyvəndlər ilə mübarizənin bizim üçün hansı təhlükəni yaradır» («Biomolekulada» bu kitaba dair resenziya dərc olunmuşdur) kitabında televiziya və mətbuatın kütləvi çaxnaşmanı necə yaratması ilə bağlı ətraflı təhlil mövcuddur. Bu mexanizm həddən artıq sadədir. Peyvəndlərin “qurbanlarının” bir neçə şəxsi tarixçələri haqqında tamaşaçıya ətraflı şəkildə bəhs edirlərvalideynlər uşaqlarını vaksinasiya almağa aparırlar, və bir müddətdən sonra o ağır xəstələnir, və valideynlər buna görə vaksini günahlandırırlarBu çox inandırıcı görünür, lakin zamana görə hadisələrin ardıcıllığı xüsusilə tək – tək hallarda onlar arasındakı səbəb – nəticə əlaqəsini sübuta yetirmirBu əlaqəni nəinki vaksinasiyadan sonrakı təxmini fəsadların tezliyini, eləcə də, peyvənd olunmamış insanlarda bu fəsadın inkişafı tezliyini nəzərə alan irimiqyaslı mürəkkəb tədqiqat vasitəsilə müəyyən etmək mümkündürPeyvənd əleyhinə fəaliyyətin fəal iştirakçılarından biri olan Barbar Lo Fişerin ifadə etdiyi kimi«həyat təcrübəsi elm və tibbin qurduğu inkar divarı ilə qarşılaşır»və burada onunla razılaşmamaq mümkün deyildirHəqiqətən dəelm əslində nə baş verdiyini, əksər hallarda isə “həyat təcrübəsinin” və ayrı – ayrı insanların fikrinin tam əksinə olaraq əslində nə baş verdiyini araşdıran vasitələr təqdim edir.

Maraqlısı budur ki, peyvənd əleyhinə fikirlər siyasi fikirlər ilə korelyasiya edir: konservatorlar daha çox peyvəndlərdən imtina etməyə meyllidirlər. Lakin,  cəmiyyətdə şəxsiyyətin maksimal azadlığı fəlsəfəsi – libertarianlıq ilə peyvəndlərdən imtina ilə bağlı bir o qədər də aydın olmayan korrelyasiya mövcuddur. Burada maraqlı etik məsələ mövcuddur. Vaksinasiyanı könüllü etmək mümkündürmü və əgər mümkün deyildirsə, o zaman immunizasiyadan imtina etmək üçün hansı üzürlü səbəblər mövcuddur? İş burasındadır ki, yüksək immunizasiya səviyyəli cəmiyyətdə peyvənd olunmaq sərfəli deyildir. Əgər onun ətrafında heç kim xəstələnmirsə və özünü yoluxdura bilmirsə, o zaman nə üçün risk etmək nadir olsa da, bu bütünlüklə ciddi yan effektlər yarada bilər?  Bu cür seçim etməyə azadlıq vermək lazımdırmı və hər kəsin bu cür seçimdən istifadə etməsi zamanı nə baş verə bilər? Unutmaq olmaz ki, immun sistemin bzi patologiyaları zamanı vaksinasiya əks göstərişə malikdir və ya qeyri – effektivdir (məsələn, immun çatışmazlığı zamanı, bax. parçaya). Bu cür insanların sağlamlığı bu insanları əhatə edən digər insanların peyvənd olunmasınadn və kollektiv immunitetdən asılıdır. Bu məsələlər Pol Offitin artıq xatırlanmış kitabında müzakirə olunur və onlara sadə cavab yoxdur.

Hansı hallarda vaksinasiya qadağan olunur?

Əks göstərişlər inaktivasiyalı vaksinlər (əsasən bu preparata və ya onun ayrı – ayrı komponentlərinə qarşı güclü reaksiyalardır) və canlı vaksinlər üçün fərqlənir. Sonuncu əks göstərişlər immune çatışmazlıq vəziyyətində olur (həm anadangəlməhəm də, immunsupressiv müalicə, kimyəvi terapiya və ya QİÇS-infeksiyası nəticəsində inkişaf etmiş), çünki, zəif immunitetin hətta vaksin ştammının öhdəsindən gəlməməsi təhlükəsi mövcuddur.

Bundan savayımüvəqqəti əks göstərişlərə kəskin xəstəliklər (infeksiya və adivə ya xroniki xəstəliklərin fəsadları aiddirBelə olan halda sağalmadan sonra və ya remissiya  dövründə vaksinasiyanı həyata keçirirlər. Hər bir vaksin preparatına dair təlimatlarda bu vaksinin vurulması üçün əks göstəriş yaradan vəziyyətlər sadalanmışdırlakin bu zaman 1 saylı cədvəldə təqdim olunan ümumi yanaşma metodları da mövcuddur.

 

Vaksin

Əks göstərişlər

Bütün vaksinlər

Güclü reaksiya (>40 qradus temperatur, güclü şişkinlik və 8 sm – dən artıq yeridilməsi zamanı qızarma)

Əvvəlki vaksindən fərqli olaraq vaksinadan sonrakı fəsadlar  (məsələn, anafilaktik şok)

Bütün canlı vaksinlər, o cümlədən də, oral canlı poliomielit vaksin (OPV)

İlkin immunodefisit  

İmmunosupressiv terapiya, limfoid sistemin bədxassəli yeni törəməsi

Hamiləlik

BSJ

Doğulan zamanı uşağın 2000 q az çəkisi

Keleoidli çapıq, o cümlədən də, əvvəlki dozadan sonra  

AKDS

Sinir sisteminin inkişaf etmiş xəstəlikləri

Anamnezdə afebril tutma halları

Canlı qızılca vaksini (CQV), canlı parotit vaksini (CPV), məxmərək, eləcə də, kombinə olunmuş di – və üç vaksinlər  (qızılca—parotit, qızılca—məxmərək—parotit)

Aminoqlikozidlərə qarşı allergiya reaksiyalarının ağır fəsadları

Yumurta zülalına qarşı anafilaktik reaksiyalar (məxmərək vaksinindən savayı)

Hepatit В əleyhinə vaksin

Çörəkxana mayalarına qarşı ağır allergiya reaksiyası

ADS, ADS-М, AD-М vaksinləri

Cədvəlin yuxarı sətirində xatırlanan göstərişlərdən savayı, daimi əks göstərişlər mövcud deyildir



Açmaq



Peyvəndlərdən imtina sui – qəsd nəzəriyyəsində inamla güclü şəkildə korelyasiya edir. Bu cür nəzəriyyələr külli miqdarda olsa da, onlardan biri ondan ibarətdir ki, kütləvi vaksinasiya – məhv gəlir əldə etmək məqsədilə farmakoloji şirkətin sui – qəsd əməlidir. Bu nəzəriyyəni inkar etmək üçün iqtisadi qiymətlərə nəzər salmaq lazımdır: kütləvi vaksinasiya kompaniyası bütün xəstələrin müalicəsindən fərqli olaraq 10 dəfə ucuzdur (Economic Evaluation of the routine childhood immunization program in the United States, 2009 məqaləsində verilən dəqiq qiymət. Məsələn, qızılca üçün vaksinin vurulması ilə birlikdə dəyəri 7 dollar təşkil edir; xəstəxanaya yerləşdirilmə zamanı müalicənin dəyəri 3500 dollar, xəstəxanaya yerləşdirilmədən isə — 80 dollar təşki edir (hər iki qiymətlər xəstəliyin daha əlverişli gedişatı, yəni xəstəliyin fəsadsız keçməsi üçün verilmişdir). Bu məbləğə antihistamin, qızdırmanı salan, bəlgəm çıxaran pretatarları daxil edirlər, çünki onların təsiri xəstəliklərin əlamətlərinə yönəlmişdir. Ona görə də, belə olan vəziyyətdə farmakoloji şirkətlər üçün nəyin sərfəli olub – olmadığını anlamaq olmur.

Sui – qəsd nəzəriyyəsinin tərəfdarları diqqətlərini fəal şəkildə reklam olunan (vaksinlərdən fərqli olaraq) bioloji fəal əlavələrə, geniş təsir spekterinə malik olan virus əleyhinə preparatlara, immunomodulyatorlara və digərlərinə yönəltməlidirlər. Vaksinlərdən fərqli olaraq bu “dərmanlarda” bir qayda olaraq, heç bir yan təsir yoxdur, lakin onların sübuta yetirilmiş effektivliyi də yoxdur. Bu cür vasitələrin bir hissəsi ümumiyyətlə gizlin homeopatiyaya aiddir, yəni, onlarda təsirli maddənin miqdarı daha azdır. Bu cür vasitələrin natamam siyahısını  elmi tədqiqatların saxtalaşdırılması və yalançı elmlə mübarizə üzrə REA komissiyasının “Homeopatiyanın yalançı elmiliyi haqqında” 2 saylı memorandumunun 1 saylı əlavəsində tapmaq mümkündür – orada həddən artıq tanış adlar mövcuddur.

Dini mühitdə vaksinasiyadan kütləvi şəkildə imtinanı ayrıca olaraq qeyd etmək lazımdır. Məlum nümunələrdən biri — Niderlandın “İncil kəmərinin” konservativ protestantlarıdır. Onların birliyi alimlər tərəfindən xəstəliklərin epidemiyalarının tədqiq olunması üçün model kimi fəal şəkildə istifadə olunur  və vaksinasiyanın yayılması nəticəsində onları müasir dünyada öyrənmək çox çətindir. Belə ki, 1999–2000 cı illərdə qızılca epidemiyası zamanı Niderlandda  3292 nəfər xəstə qeydə alınmışdır ki, onlardan da 3092 (94%) nəfəri vaksinasiya olunmamışdır və bu da vaksinin effektivliyi haqqında bəhs edir, vaksinasiya olunmuş xəstələrin böyük əksəriyyəti — 84% isə — dini mülahizələrə əsasən peyvənddən imtina etmişdirlər.

Daha az inkişaf etmiş ölkələrdə vaksinasiyadan imtina etməyin məsələn, inkişaf etmiş ölkələrin istənilən təşəbbüslərinə qarşı ümumi inamsızlıq kimi siyasi səbəbləri də mövcuddur. Belə ki, poliomielitin kökü dini fundamelistlərin çoxluq təşkil etdikləri Əfqanıstanın və Pakistanın regionlarında indiyə kimi kəsilməmişdir: onlar praktiki olaraq öz ərazilərində vaksinasiyanı qadağan edirlər. Bu inamsızlığın da öz əsasları mövcuddur: 2011 ci ildə MTİ Usama Ben Ladenin qohumlarını və onun  özünü tapmaq üçün DNT nümunələrinin toplanması məqsədilə hepatit B – nin vaksinasiyası ilə bağlı saxta kompaniyanı təşkil etmişdir. Heç də təəəccüblü deyil ki, bu zaman vaksinasiyaya qarşı inam məhv oldu. Poliomielitin kökünün kəsilməsi üçün bütün yer kütəsinin miqyasında vaksinasiya zəruridir və beynəlxalq kooperasiya və etimad olmadan bu qeyri – mümkündür. Belə ki, müasir dünyada vaksinasiya təkcə elmi və tibbi problem deyildir, o həmçinin də siyasi problemdir.

Sanki, elm vaksinlərin effektivliyinin və yan təsirlərinin qiymətləndirilməsinin əsas vasitəsi olmalı idi, lakin bu da asan deyildir. Əsas problem ondan ibarətdir ki, həyat haqqında müasir elmlər həddən artıq mürəkkəbdir. Konkret elmi nəticəsinin etimada layiq olub – olmadığını bilmək üçün mütəxəssis olmaq lazımdır (əksər hallarda konkret sahənin mütəxəssisi). Bu zaman cəmiyyətin elmi məqalələrə qarşı etimadı jurnalistlər tərəfindən danışılıb interpretasiya olunsa da, bu özünü doğrultmamışdır.

Vaksinlər və autizm

1998 ci ildə ingilis həkimi Endrü Veykfild  Lancet  adlı nüfuzlu tibbi jurnalda məqaləni dərc etdirmiş, və bu məqalədə qızılca, məxmərək və parotit əleyhinə kombinə olunmuş peyvəndlərdən sonra autizmin yanaşı əlamətləri ilə bağırsağın zədələnməsi hallarının inkişafı ilə bağlı bir neçə hallar təsvir olunmuşdur. Məqalədə müəllif qeyd etmişdir ki, məhz valideynlərin və / və ya müalicə edən həkimin fikrincə, məhz vaksinasiya autizmin inkişafının triqteri olmuşdur və o vaksinasiya nəticəsində beynin zədələnməsinin fərz olunan mexanizmini təklif etmişdir. Bu məqalə elmi birliyi məhv etmişdir  (eyni jurnalda onunla bağlı külli miqdarda qəzəbli şərhlərin oxunması həddən artıq maraqlıdır) və bu demək olar ki, ani olaraq valideynlərin öz övladlarını vaksinasiya etməkdən kütləvi surətdə imtina etmələrinə gətirib çıxarmışdır.

Bir neçə sonrakı tədqiqatlar bu vaksinasiya ilə autizm arasında heç bir əlaqəni aşkar etməmişdir. Bununla da Veykfild haqqında maraqlı təffərrüatlara aydınlıq gətirilirdi: o müəyyən vaxt ərzində qızılca, məxmərək və parotit əleyhinə öz vaksini üçün patent təqdim etdi. Bundan savayı, o öz pasiyentlərinin vəkillərindən külli miqdarda pul aldı: elmi məqalənin nəticələri məhkəmədə çox inandırıcı arqument oldu və vaksinin istehsalçılarından külli miqdarda kompensasiya almağa icazə verdi.

Maraqların münaqişəsi haqqında bənd oxucunun müəlliflərin qeyri – obyektivliyindən xəbər tutmaları üçün hər bir elmi məqalənin nəşri zamanı mütləq qaydada doldurulur. Burada maraqların iki ciddi münaqişəsi mövcud idi və Veykfild onları heç cürə işarə etmədi. Lancet  jurnalı 2010 cu ildə bunları nəzərə alaraq məqaləni dərc etdirmədi, Veykfildi ilə tibbi lisenziyadan məhrum etdilər. Belə vəziyyətdə Endrü Veykfild özünü vicdansız apardı və yalnız şəxsi mənfəətini güdürdü. Nəhayət, o ifşa olundu və kombinə olunmuş vaksin bazarda qaldı. Lakin  «alimlər sübut etdilər — vaksinlər autizm yaradır» tezisi ictimai şüurda kök saldı və iki mininci illərdə vaksinasiyadan kütləvi imtina halları artıq qızılcanın irimiqyaslı epidemiyalarına səbəb oldu.

Belə epidemiyalardan biri 2017 ci ildə Minneapolisdə (Minnesota, ABŞ) Somalidən olan qaçqınların birliyində baş qaldırdı. 2008 ci ildə Minnesotda somali qaçqınlarının uşaqlarında autizmin xüsusilə tez – tez rast gəlinməsi haqqında məlumat yayıldı. Daha ətraflı təhlil bu şübhəni təsdiq etmədi, lakin peybəndin əleyhinə olanlar valideynlərin narajatlığından siu – istifadə etdilər: Endrü Veykfild 2010 – 2011 ci illərdə şəxsən bir neçə dəfə Minneapolisə səfər etdi və öz ardıcılları ilə görüşlər keçirdi. Peyvəndlər əleyhinə təbliğat ona gətirib çıxardı ki, Minneapolisin somali qaçqınlarının birliyində qızılcadan vaksinasiya olunanların payı 2004 cü ildə 92% - dən  2014 cü ildə 42%  - ə qədər düşdü. Həmin dövrdə bu birlikdən kənarda vaksinasiya olunanların payı isə dəyişilmədi. 79 nəfər 2017 ci ildə Minnesotada qızılcaya yoluxdu,   və onlardan 65 nəfəri somali qaçqını idi (müqayisə üçün cəmi ABŞ - da 2017 ci ildə qızılca ilə bağlı 118 hadisə qeydə alınmışdır).

Laym xəstəliyi əleyhinə vaksin artrit yaradırmı?

Konkret zalımın olmadığı, vaksinin isə istehsaldan çıxarıldığı digər, daha az məlum olan vəziyyət də mövcuddur. 1998 ci ildə borrelioz və ya gənələr vasitəsilə ötürülən həddən artıq xoşagəlməz xəstəlik olan Laym xəstəliyinə  qarşı  vaksini işləyib hazırladılar. İrimiqyaslı klinik sınaqlar nəticəsində könüllülər bütün yan effektlər haqqında məlumat verməli idilər. Peyvənddən dərhal sonra bir neçə insanda artrit inkişaf etdi, sonra isə hər şey tanış mexanizm əsasında baş verdi: KİV böyük həzzlə zərərçəkmişlərin başına gələnlər haqqında danışırdılar.

Paralel olaraq kütləvi isteriya hallarının inkişafı ilə alimlər Laym xəstəliyinin fəsadlarının inkişafı mexanizmlərini öyrəndilər; onların arasında autoimmun artrit də mövcud idi. Artrit prinsip etibarilə Laym xəstəliyinin adi əlamətlərindən biridir: bakteriya oynağa düşür, və bu zaman iltihab inkişaf edərək, o da insanın infeksiyadan müalicə olunması zamanı keçir. Lakin xəstələrin əksəriyyətində bu cür sağalma baş vermir: oynaqda infeksiya artıq çoxdan yoxdur, lakin iltihab hələ də davam edir.

Bu artıq autoimmun vəziyyət olub, bu zaman orqanizm bakteriya əvəzinə özümə hücum etməyə başlayır. Alimlər bu xəstəliyin mexanizmini araşdırmağa müvəffəq oldular. Belə məlum oldu ki, bakteriyaların zülallarından biri,  OspA, oynaqlarda daha çox rast gəlinən LFA-1 insan zülalı ilə oxşar sahəyə malikdir. Məhz bu sahə immun sistem kimi tanınır və infeksiya üzərində qələbədən sonra  öz oynağına hüsum etməyə başlayır. Autoimmun xəstəliklərin bu cür inkişafı mexanizmini molekulyar mimikroya adlandırırlar. Bu zaman aydın olmuşdur ki, Laym xəstəliyi zamanı bu əsas histouyğunluq kompleksinin  II (МНС II) zəncirini kodlaşdıran müəyyən genin daşıyıcılarından yaranır. Vaksində OspA bakteriya zülalı olsa da, belə güman olunur ki, orada eyni mexanizm işə düşmüşdür: bu isə KİV – in diqqətini cəlb edən artritin inkişafını izah etmişdir. Lakin bu fərziyyəni hələ sübut etmək lazımdır: aydın məsələdir ki, orqanizm vaksinasiyaya və infeksiyaya qarşı müxtəlif cür reaksiya verir.

FDA komissiyası statistik məlumatları öyrənmiş və Laym xəstəliyi əleyhinə vaksinasiya ilə artrit arasında heç bir əlaqəni aşkar etməmişdir: artrit halları vaksinasiya olunmuş şəxslərdə olduğu kimi vaksinasiya olunmamış şəxslərdə də eyni tezliklə rast gəlinmiş və çox güman ki, təsadüfi olmuşdurlar. Lakin vaksin  artıq özü haqqında pis fikir formalaşdırmışdı. Bundan savayı, o peyvəndlərin milli təvqiminə daxil olmurdu – vaksinasiya könüllü idi. Satış güclü şəkildə azalmış, və istehsalçı artrit ilə əlaqədar dəlil – sübutların yoxluğuna baxmayaraq, vaksinin istehsalını dayandırmışdır. Vaksinin kəşf olunmasından 20 il sonra da indiyə qədər Laym xəstəliyindən vaksinasiya olunmaq mümkün deyildir.

Laym xəstəliyi əleyhinə vaksinlə bağlı nümunə göstərir ki, effektiv vaksini istehsal etmək kifayət etmir, cəmiyyəti onun təhlükəsizliyinə inandırmaq lazımdır. Bu isə çox çətin məsələdir: elm ictimai fikrə dolayısı ilə jurnalistlərin, məhkəmələrin və siyasətçilərin vasitəsilə təsir göstərir və bu sahələr başqa qanunlar  əsasında mövcuddur.

Nəticə

Vaksinasiya müasir dünyanı güclü şəkildə dəyişdi, lakin müasir dünya da vaksinasiyaya güclü təsir göstərir. İnfeksiyalar üzərində qələbə üçün elmi və tibbi tapşırıqların həlli kifayət deyildir, burada jurnalistlər, siyasətçilər və hətta dini liderlər üçün də kifayət qədər iş vardır.  Bu cür müxtəlif əqidəli insanlar ümumi iş naminə öz səylərini səfərbər edə biləcəklərmi? Vaksinasiyanın nailiyyətləri sayəsində bizdə bunu görmək, hətta hiss etmək şansı vardır.

Vaksinasiyaya həsr olunmuş xüsusi layihənin digər məqalələrində biz vaksinlərin işlənib hazırlanması mərhələlərini araşdıracaq, eləcə də, vaksinasiyası milli təqvimə daxil edilən xəstəliklər və onlar əleyhinə vaksinlərin müxtəlif növləri ilə tanış olacağıq.


Axırıncı

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarlar

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

moda

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

Leonardo da Viçi

Leonardo da Viçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,

Steve Jobs

Steve Jobs haqqında bilmədiyiniz 10 şey

Apple şirkətinin sədri və baş icraçı direktoru, Steve Wozniak və Ronald Wayne ilə birlikdə şirkəti quran amerikalı sahibkar, marketoloq və

Diş həkimliyin tarixi

Diş həkimliyin tarixi

Diş həkiminə getmək, təsəvvür etdiyinizdən daha uzun bir tarixə malikdir. Tədqiqatçılar bu yaxınlarda aşkar edilmiş

Qandi

Qandinin özünü dərk etmə sirləri

Mohandus K. Qandi Hindistanın azadlığı üçün mübarizə aparmışdır. O, mərhəmətli və zorakılığa qarşı olanlardan biri idi.

'Google' adı necə yaranıb?

'Google' adı necə yaranıb?

Larry Page və Sergey Brin Stanford Universitetində Ph.D. tələbələri ikən hal-hazırda internetlə əlaqəli xidmətlər və