1
- Canlı vaksinlər
Həm
bakteriayalar, həm də viruslar vaksinlərdə “canlı” ola bilər. Bu cür
preparatların işlənib hazırlanmasında əsas problem vaksinasiyada
istifadə olunan patogenin zərərsizləşdirilməsindən ibarət olub, əks halda biz
sadəcə olaraq insanı eyni xəstəliyə yoluxduracağıq. Vaksinasiyanın tarixi məqaləsində
biz 1935 ci ildə professor Kolmerin təqdim etdiyi poliomielit əleyhinə canlı vaksinlə
bağlı hadisədən bəhs etmişik: virus xəstəliyi törətmək bacarığını qoruyub
saxlamış və bu da vaksinasiya olunmuş bəzi insanlarda özünü doğrultmayan güclü
yan effektlərə səbəb olmuşdur. Bu hadisə 20 ilə yaxın hamının istifadə edə biləcəyi
vaksinin meydana çıxmasını təxirə salmışdır.
Bu zaman hələ
Edvard Cenner tərəfindən düşünülmüş çiçək əleyhinə ən ilk vaksin məhz inəklərin
çiçək xəstəliyinin “canlı” virusu olmuşdur. Biz vaksinasiyanı ilk olaraq icad
etmiş dahi alimə nəinki bu proseduranın həyata keçirilməsi ideyasına, eləcə də,
indiyə qədər istifadə olunan patogenlərin zəifləməsi prinsiplərinə görə də minnətdarıq.
Bir qayda
olaraq, zəifləmiş vaksinləri virusların əleyhinə yaradırlar, belə ki onlar daha
geniş immun cavabı inkişaf etdirməyə icazə verir. Lakin bakteriyaların zəifləməsi
ilə bağlı nümunələr də mövcuddur – məsələn, vərəm əleyhinə BSJ vaksinasiyası.
Bu vaksinə ayrıca məqalə həsr olunacaqdır, buna görə də, hələ ki biz onun işlənib
hazırlanması ilə bağlı bütün təfsilatları
açıqlayacağıq. Poliomielitdən, mövsümi qripdən, sarı qızdırma ilə
titrəmədən,qızılcadan, yolxucu parotitdən, məxmərəkdən, suçiçəyindən və bir neçə
digər xəstəliklərdən müdafiə olunmaq üçün vaksinləri bu cür alırlar. Bu vaksinlərin
böyük hissəsi Milli peyvəndlər təqviminə daxildir və buna görə də, onların
yaradılmasının bütün təfsilatları xüsusi layihənin gələcək məqalələrində
araşdırılacaqdır.
Virusun zəiflədilməsi üçün istifadə olunan əsas
metodika – hüceyrələrin və ya toyuq və bildirçin embrionlarının
yoluxdurulmasından ibarətdir. Norma daxilində virus öz sahibinə daha dəqiq
adaptasiya olunur və dogər növ hüceyrlərin yoluxdurulması ya çətin olacaq, ya
da qeyri – mümkün olacaqdır. Lakin əgər bu cür yoluxma daha az halda mümkündürsə,
o zaman virus bir neçə nəsillər ərzində yeni sahibinə uyğunlaşır və insan üçün
təhlükəsiz olur. Viruslu genomda mutasiyaların tezliyi adətən sürətli
uyğunlaşmanı təmin etmək üçün kifayət qədər böyükdür. Bu zaman tam immun cavabı
yaratmaq və ilkin virusa cavab vermək üçün dəyişməz sahələrin kifayət qədər
sauı orada qalmaqda davam edir.
Problem isə məhz
bundan ibarətdir.
Bəzi canlı zəif
viruslu vaksinlər peyvənd olunmuş insanın orqanizmində uzun müddət dövran etməsi
zamanı öz xassələrini qismən qaytara bilər və digər insanları da yoluxdura bilər.
Hələ ki bu poliomielitli vaksin virusları üçün yaxşı məlumdur. Bunun qarşısını
almaq üçün əvvəlcə uşaqlara ölmüş vaksini (Rusiyada bu iki dəfə həyata
keçirilir), daha sonra isə canlı vaksini vurmaq tövsiyyə olunur. Bir çox ölkələrdə
yalnız ölmüş poliovaksin tətbiq edilir. Digər canlı viruslu vaksinlər üçün
virulentliyin qaytarılması fenomeni təsvir olunmamış, ölmüş preparatlar şəklində
alternativlər isə bir qayda olaraq yoxdur.
Bəs canlı
vaksinlərin üstünlüyü nədən ibarətdir?
Nə üçün ölmüş
vaksinlər ilə kifayətlənmək olmaz? Əsas səbəb — daha güclü immun
vacabdır. İş burasındadır ki, canlı vaksinin vurulması zamanı orqanizm nəinki
antigenlər, eləcə də, zəifləmiş xəstəlik ilə qarşılaşır və yalnız spesefik
müdafiə mexanizmlərini seçə bilər. Bu cür immun cavab nəinki güclüdür, eləcə də,
əksər hallarda davamlıdır.
Həmçinin
canlı vaksinlərin müsbət cəhətlərinə daha rahat tətbiqi aid etmək lazımdır. Bu
poliomielit əleyhinə vaksindən daha aydın görünür. Ölmüş vaksini əsasən ağrılı
inyeksiyaların köməyi ilə vurmaq lazımdır və bu zaman canlı poliovaksinlər
ağıza damızdırılır.
Mənfi cəhərlərə
isə şübhəsiz olaraq, qorumağa və istifadə etməyə məcbur olduğumuz xəstəlik törədən
canlı agentlərə xas olan problemlər aiddir. Bu saxlanmaya və daşınmaya qarşı irəli
sürülən ciddi tələblər, eləcə də, immun çatışmazlığından əziyyət çəkən
pasiyentlərdə onun maksimal olaraq ehtiyatlı şəkilədə tətbiq olunmasıdır.
2
- İnaktivasiyalı vaksinlər
Canlı
infeksiyalı agentlərin istifadə olunması patogendən müdafiənin formalaşması
işində həkimlərə unikal imkanlar təqdim etsə də, daha çox ölmüş patogenlər və
ya onların hissələri ilə immunizasiya aparmaq lazım gəlir.
İndiki dövrdə
yalnız üç üsuldan biri ilə patogeni inaktivasiya etmək mümkündür. Onu
qızdırmaqla bə ya ionlaşdırıcı qaydada şüalandırmaqla kimyəvi baxımdan öldürmək
olar (məsələn, formaaldehidlə emal etmək). Emaldan sonra patogen təhlükəli
olmur, lakin müəyyən dərəcəyə qədər öz xarici və daxili strukturunu qoruyub
saxlayır. İndi isə beləliklə, poliomielit, hepatit A, qrip, qarın yatalağı, vəba,
taun, göy ösgürək əleyhinə vaksinləri alırlar. Bu cür vaksinlər canlı vaksinlər
ilə müqayisədə daha təhlükəsiz olsalar da, daha uzun cavabı təmin edirlər.
3
- Subvahid vaksinlər və anatoksinlər
Bütöv canlı və
ölmüş patogenlərdən savayı, vaksinasiya üçün ayrı – ayrı zülalları və ya
onların fraqmentlərini, eləcə də, patogenləri digər komponentlərini istifadə
edirlər. Onları patogenlərdən və ya biotexnoloji qaydada almaq – məsələn,
mayada lazımi antigenləri sintez etmək mümkündür. Hal – hazırda immun cavabın
gücləndirilməsinə yönəlmiş bu antigenlərin kombinasiya olunması və
çatdırılmasının müxtəlif yeni üsullarını yoxlayırlar.
Bu cür
preparatlara hepatit B, qrip, insan papolloması virusu əleyhibə vaksinlər
aiddir. Əgər bakteriyalı xəstəliklərdən söhbət gedirsə, o zaman taun və vərəm əleyhinə
subvahid vaksinlərin işlənib hazırlanması həyata keçirilir.
Vaksinlərin
köməyi ilə patogenlərə qarşı deyil, onların toksinlərinə - yoluxma zamanı daha
güclü əlamətlər doğuran molekulalarına qarşı immun cavabı hasil etmək lazımdır.
Belə olan halda pasiyentin yoluxması zamanı bakteriyaların toksinləri onlara
ziyan vura bilməzlər, çünki onlar anticisimlər ilə əlaqələndiriləcək və
bloklanacaqlar. Toksindən müdafiə üçün vaksini ümdə tapşırığa çevirmək üçün
onun zərərsizləşdirmək, yəni anatoksinə çevirmək lazımdır. Bunun üçün toksini məsələn,
formaaldehidlə emal etmək olar. Daha sonra vaksinin zəhərli olmamasına əmin
olmaq və yalnız bundan sonra onu pasiyentə vurmaq lazımdır. Bu cür vaksinlərin əsas
hədəfləri – difteriya və yatalaq xəstəliklərini törədən toksinlərdir.
4
- Vaksinlərin digər tipləri
Patogenə və
ya onun komponentlərinə qarşı spesefik anticisimlərin hasilatının
stimullaşdırılması vaskinin əsas iş mexanizmi olduğu üçün tədqiqatçılar
zülalların kifayət qədər effektiv hədəf olub – olmaması ilə bağlı sualla qarşılaşmışdırlar.
Axı bakteriyalar zülallardan daha çox, şəkər və yağlaq ilə örtülmüş, zülalların
əksəriyyəti isə hüceyərnin daxilində olub, anticisimlər üçün əlçatmazdır.
Buna görə də,
vaksinlərin yeni qrupu – məhz patogenlərin qılaflarına qarşı anticismin
effektiv cavabının hasil olunmasına yardım edən – polisaxaridli və polisaxarid
– konyuqantlı vaksinləri fəal şəkildəişləyib hazırlamağa başladılar. Lakin, bu
cür vaksinlərin hazırlanması nəticəsində onların yerli – yerində istifadə
olunmasına mane olan müəyyən problemlər meydana çıxdı. Birincisi, vaksinlərin tərkibində
bütün polisaxarid antigenləri uşaq immuniteti tərəfindən effektiv şəkildə
tanına bilməz və buna görə də, onların körpələrin vaksinasiyası üçün tətbiqi məhdudlaşdırılmışdır.
İkincisi, bu cür vaksinlərə immun cavab çox deyil – 2-3 ildən artıq davam
etmir. Bu gün polisaxaridli vaksinlər yalnız meninqokokkun bəzi ştammlarının əleyhibə
işlənib hazırlanmışdır, lakin bu sahədə sonrakı tədqiqatlar da fəal şəkildə
aparılır.
Hər bir vaksinin öz üstün və çatışmayan cəhərləri vardir, buna görə də, həkimlər və tədqiqatçılar onları nəzərə almalıdırlar. Biz onların xülasəsini cədvəldə verməyə cəhd göstərdik.
Cədvəl. Vaksinlərin müxtəlif
tiplərinin müqayisəsi | |||
Vaksinlərin tipi |
Antigenin mənbəyi |
Müsbət cəhətlər |
Mənfi cəhətlər |
Canlı vaksin |
Canlı zəif patogenlər |
Bir qayda olaraq, daha
güclü, effektiv və davamlı immun cavab |
Vaksin assosiasiyalı xəstəliklər
riski Münasib infeksiya agentlərinin
cüzi sayı |
İnaktivasiyalı vaksin |
Ölmüş bütöv patogenlər |
Praktiki olaraq istənilən
infeksiya agentləri münasibdir |
Bir qayda olaraq, более
слабый иммунный ответdaha zəif immun cavab |
Subvahid vaksin; anatoksin |
Patogenlərin fraqmentli və ayrı – ayrı zülalları, inaktivasiyalı
toksinlər |
Anticisimlərin dəqiq yönləndirilməsi
Təkcə bakteriyalardan və
viruslarda deyil, toksinlərdən də müdafiə İstehsalın miqyasının genişləndirilməsi
imkanı |
Bəzi vaksinlər mütəmadi
vurulmanı tələb edir Mürəkkəb layihə |
Gen vaksini |
Patogenin ayrı–ayrı genlərinin vurulduğu pasiyentin hüceyrələri |
İstehsalın sadəliyi Aşağı dəyər |
Etik problemlər Tədarükün çətinliyi |
Vaksinlərin
gücləndiriciləri — adyuvantlar
İstənilən
cansız vaksinlərin istifadə olunması zamanı vacib problem kifayət qədər güclü
olmayan immun cavabdır. Buna görə də, təkrar (buster) inyeksiyalarını həyata
keçirir, eləcə də, immun cavabın intensivliyini artıran maddələr – adyuvantlar
ilə vaksinləri təmin edirlər.
Yeni
adyuvantların işlənin hazırlanması — tətbiqi immunologiyanın ən perspektivli
sahəsidir. Görünür ki, nəinki immun cavabın müxtəlif qollarının davamiyyəti, eləcə
də, onların nisbi və mütləq aktivasiyası da adyuvantdan asılı ola bilər. Bir
çox müasir adyuvantlar üçün təsir mexanizmi kifayət qədər öyrənilməmişdir və bu
da tədqiqatı stimullaşdırır.
Gələcək
vaksinasiyalar
Vaksinasiya —
patogenlər ilə əsas mübarizə üsuludur. Bu, balaca insanın müdafiəsini
yaratmağın bizə məlum olan yeganə üsuludur. Kütləvi vaksinasiya nəinki
epidemiyaların qarşısının alınması, eləcə də, xəstəliyin bütünlüklə məhv edilməsi
üçün imlanlar açır. Vaksinlə profilaktikanın yeni hədəfləri arasında – QİŞS və
ZİK virusu mövcuddur.
İndi antigenlərin
orqanizmə çatdırılmasının yeni üsulları işlənib hazırlanır. Məsələn, zülalların
deyil, onları kodlaşdıran genlərin pasiyentin bədəninə vurulmasını nəzərdə
tutan DNT – vaksinlərin konsepsiyası inkişaf etdirilir. İmmun sistemin hüceyrələrinin
bir hissəsi lazımi antigenləri sərbəst şəkildə istehsal etməyə başlayır və
onlara immun cavabı fəallaşdırır.
Lakin bütün
bunlara baxmayaraq, terapevtik onkoloji vaksinasiyanın işlənib hazırlanmasına həsr
olunmuş istiqaməti fəal şəkildə inkişaf etdirir: onlar infeksiyalar ilə olduğu
kimi bədxassəli yeni törəmələr ilə də mübarizə aparmağa icazə verir. Burada tədqiqatçılar
onların sirkulyasiyaya sonradan qaytarılması ilə orqanizmdən kənarda şiş
zülalları ilə immun hüceyrələrin yüklənməsi metodlarını işləyib
hazırlamışdırlar. Belə ki, gələcəkdə biz aqressiv və gözlənilməz düşmənlər üzərində
vaksinasiyanın müxtəlif qələbəsini görə bilərik.