Zamanla bolşeviklərin qalib partiyasının əsasını
qoymuş Simbiriya gimnizasiyasının tələbəsi əlbəttə ki, dini xadim deyildir. Lakin 1917 ci ildə onun bütün bəşəriyyətə ötürdüyü
dağıdıcı enerji indiyə kimi tükənməmiş və şübhəsiz olaraq dini xarakter
daşımışdır. Bu gün əzab içində yaşamağa və ya ölməyə vadar edən
işıqlı gələcəyə kommunist etiqadı milyonlarla insanlar üçün xristianlığı,
islamı və bir çox digər dinləri əvəz etdi.
Leninin adını Yer kürəsinin müxtəlif yerlərində
onilliklər ərzində müqəddəsin adını çəkən kimi çəkirdilər. Onun adı indi də
çəkilir. Bəs Vladimir Lenin kommunizmin naməlum qara, sarı, qırmızı, ağ
ardcılları üçün nə deməkdir? Dünyanın təşkilində hansı qorxulu yalanı aşkar
etmişdi və ya hansı sözlər ilə o, bütün qitələrdə insanların onu eşitməsinə və
başa düşmələrinə nail oldu?
O, "Allah yoxdur, deməli, qadağa yoxdur"?,
"sosializm bütünlüklə haqlıdır" – mı demişdi? Və ya “sovet
hakimiyyəti üstəgəl bütün ölkənin elektrikləşdirilməsi” kimi kommunizmin gülüş
predmeti olan və ya parodiyalı düsturunda bütpərəst mantrasında olduğu kimi
qorxulu ezackar qüvvə mövcud idimi?
Stalin dövrünün yalançıları və cəlladları tərəfindən
yaradılmış “dahi və müdrik” Leninin obrazı dini əsatirdimi?
Rusiya inqilabının tapmacası bir daha tapılmışdır.
Onun sirrini açan bir kitab yazılmamışdır. İndiyə qədər bəşəriyyətin Leninə qarşı durduğu ehtiraslı nifrət və
fanatic sevgi hələ də Leninin şəxsiyyətinə obyektiv, qərəzsiz nəzər salmağa
imkan vermir.
Yalnız bir fakt açıq - aşkardır. Lenin - total şəkildə realizə olunan nigilizmdə həddən artıq
mistik fiqur olub, onun şəxsiyyətinin öyrənilməsindən kənarda bəşəriyyətin dini
tarixinin anlaşılması sadəcə olaraq qeyri – mümkündür.