Tibb

Xərçəng xəstəliyi barədə

Xərçəng xəstəliyi barədə

Xərçəng xəstəliyi barədə bilmək istədikləriniz:

Ümumi baxış

Xərçəng, anormal hüceyrələrin sürətlə bölünərək, digər toxuma və orqanlara doğru yayılması ilə nəticələnən geniş xəstəlik qruplarına verilən ümumi bir addır. Xərçəng dünyada başlıca ölüm səbəblərindən biridir.

Xərçəngin böyüməsi və Metastaz

Trilyonlarla hüceyrənin əmələ gətirdiyi sağlam bədəndə hüceyrələr böyüyür və bölünürlər, belə ki, bədən gündəlik funksiyalarını yerinə yetirmək üçün onlara ehtiyac duyur. Sağlam hüceyrələr özlərinə məxsus həyat döngüsünə sahibdirlər, onlar hüceyrə tipinə əsasən müəyyən olunmuş tərzdə çoxalır və ölürlər. Köhnə və ya zərər görmüş hüceyrələr öldüyü zaman yeni hüceyrələr onların yerini alır. Xərçəng bu prosesi pozur və hüceyrələrdə anormal böyüməyə başçılıq edir. Bunun səbəbi DNT-dəki mutasiyalar və ya dəyişikliklərdir.

DNT hər hüceyrənin daxilində yerləşən genləri əmələ gətirir. O, hüceyrəyə hansı funksiyanı yerinə yetirməyi, necə bölünüb çoxalmağı söyləyən təlimatlara sahibdir. Mutasiyalar hüceyrədə mütəmadi olaraq əmələ gəlirlər, lakin, adətən, hüceyrələr bu səhvləri düzəldirlər. Səhv düzəldilmədiyi zaman, hüceyrə xərçəngləşə bilər.

Mutasiyalar əvəzlənməli olan hüceyrələrin ölmək əvəzinə həyatda qalmasına və ehtiyac yox ikən yeni hüceyrələrin formalaşmasına səbəb olur. Bu əlavə hüceyrələr idarəolunmaz bir formada çoxala və şiş adlanan böyümələrin formalaşmasına səbəb ola bilər. Bu şişlər bədəndəki böyümə yerlərindən asılı olaraq müxtəlif növ xəstəliklərə səbəb ola bilərlər.

Lakin, şişlərin hamısı xərçəng ola biləcək formada deyil. Xoşxassəli şişlər xərçəng olmayacaq formadadırlar və ətraflarındakı toxumalara yayılmırlar. Bəzən onlar böyüyüb genişlənə və qonşu orqan və toxumalara basqı yaratdıqları zaman problemlərə səbəb ola bilirlər. Bədxassəli şişlər xərçəng yaradacaq formadadırlar və bədənin digər bölgələrini zəbt edə bilirlər.

Həmçinin,bəzi xərçəng hüceyrələri qan dövranı və limfa sistemi vasitəsi ilə bədənin uzaq məsafədəki bölgələrinə miqrasiya edə bilərlər. Bu proses metastaz adlanır. Metastaz etmiş xərçənglər digərləri ilə müqayisədə daha inkişaf etmiş hesab olunurlar. Metastatik xərçənglər daha çətin müalicə olunurlar və daha ölümcüldürlər.

Xərçəngin növləri

Xərçənglər başladıqları bölgə ilə və təşkil olunduqları hüceyrə növləri ilə əlaqədar adlandırılırlar, hətta başqa bölgələrə yayılmış olsalar belə. Məsələn,ağciyərdə başlamış daha sonra qaraciyərə yayılmış xərçəng hələ də ağciyər xərçəngi adlanır.

Həmçinin, müəyyən ümumi xərçəng tipləri üçün istifadə olunan bir neçə tibbi termin mövcuddur:

1. Karsinoma-dəridə və ya toxumalarda başlayan və digər orqanlara doğru uzanan xərçəng növüdür.

2. Sarkoma-sümük,əzələ,qığırdaq və qan damarları kimi əlaqəli toxumaların xərçəngidir.

3. Leykemiya-qan hüceyrələrini yaradan sümük iliyinin xərçəngidir.

4. Limfoma və mieloma immun sistemi xərçəngləridir.

Risk amilləri və müalicə

Xərçəngin birbaşa səbəbi hüceyrələrinizdəki DNT ilə bağlı dəyişikliklərdir(və ya mutasiyalardır). Genetik mutasiyalar irsi ola bilərlər. Onlar həmçinin,ətraf mühitdəki qüvvələrin nəticəsi olaraq da cərəyan edə bilərlər

Bu qüvvələrdən bəziləri özündə ehtiva edir:

Kanserogenlər adlanan xərçəng yaradan kimyəvi maddələrin təsirinə məruz qalmaq

a)  Radiasiyanın təsirinə məruz qalmaq

b)  Qorunmasız şəkildə günəşin təsirinə məruz qalmaq

c)  İnsan papilloma virusu(İPV və ya HPV) kimi viruslar

d) Tütün məhsullarından istifadə etmək

e) Pəhriz tipləri və fiziki aktivlik kimi həyat tərzi seçimləri

Xərçəng riski yaş artdıqca artmağa meyillidir. İltihaba səbəb olan sağlamlıqla bağlı bəzi hallar da xərçəng riskini artıra bilər. Məsələn xoralı kolit və xroniki iltihablı bağırsaq xəstəliyi.

Xərçəngi dəstəkləyən amilləri bilmək xərçəng riskini azaldan həyat tərzi yaşamağınıza yardımçı ola bilər.

Mütəxəssislərin fikrinə əsasən,xərçəngin qarşısını alan ən yaxşı 7 üsul bunlardır:

1.  Tütün məhsullarından istifadəni dayandırın və siqaret tüstüsündən uzaq olun

2.  Sağlam və tarazlaşdırılmış pəhrizlə qidalanın:

     a)  Emal olunmuş (işlənmiş) ət ilə qidalanmağı məhdudlaşdırın.

     b)  Bitki mənşəli qidalara,yağsız zülallara və sağlam yağlara  əsaslanan “Aralıq dənizi” pəhrizini mənimsəmək barədə düşünün.

     c)  Alkoqol və ya ölçülü içkidən uzaq olun. Ölçülü içki dedikdə, 65 yaşından yuxarı kişilər və bütün yaş qruplarına aid olan qadınlar üçün       gündə bir dəfə və 65 yaş və daha gənc yaşda  olan kişilər üçün gündə iki dəfə nəzərdə tutulur.

3. Sağlam çəkidə qalın və hər gün ən azı 30 dəqiqə fiziki aktivlikdə olun.

4. Özünüzü günəşdən qoruyun.

    a)  Paltar ilə örtünün,gün eynəklərindən və papaqdan istifadə edin və mütəmadi olaraq günəş kremini vücudunuza tətbiq edin.

    b)  10:00 – 16:00 aralığında günəşdən uzaq olun.Bu saat aralığı günəş şüalarının ən intensiv olduğu vaxtdır.

    c)  Küçəyə çıxdığınız zaman mümkün olduğu qədər kölgədə qalın.

    d)  Solarium və gün işığından uzaq olun.Onlar sizin dərinizə günəş şüaları qədər zərər verə bilər.

5. Hepatit B və İPV kimi xərçəngə başçılıq edə biləcək virus infeksiyalarına qarşı peyvənd olun.

6. Təhlükəli davranışlardan uzaq olun. Qorunmuş sekslə məşğul olun və reseptli dərmanlardan və digər dərman preparatlarından istifadə zamanı iynələri başqası ilə paylaşmayın. Yalnızca lisenziyası olan salonlarda tatu vurdurun.

7. Həkiminizə mütamadi olaraq görünün ki, müxtəlif xərçəng növlərinin mümkün ola biləcək ən erkən zamanda tapılmasına nail olasınız.

Xərçəngin müalicəsi onun tipindən və inkişaf dərəcəsindən asılı olaraq müxtəlif hədəflərə sahibdir.

Bu hədəflərə aiddir:

     a)   Müalicənin tapılması: Bu bütün xərçəng tipləri üçün mümkün deyil.

     b)   İlkin müalicəni təmin etmək: Bədəninizdəki xərçəng hüceyrələrini  öldürmək

     c)   Yardımçı müalicəni təmin etmək: Xərçəngin geri qayıtma riskini azaltmaq üçün ilkin müalicədən sonra geriyə qalan xərçəng hüceyrələrini öldürmək.

     d)  Yüngülləşdirici müalicəni təmin ermək: Çətin nəfəs alma və ağrı kimi sağlamlıq simptomlarını rahatlaşdırmaq.

Ən geniş yayılmış müalicə tipləri bunlardır:

Cərrahi əməliyyat

Mümkün qədər çox xərçəngli hissə cərrahi yolla aradan qaldırılır.

Kimyaterapiya

Sürətlə bölünən xərçəng hüceyrələrini öldürmək üçün hüceyrələr üçün zəhərli olan dərmanlardan istifadə olunur.

Radioterapiya

Xərçəng hüceyrələrini öldürmək üçün güclü, fokuslanmış radiasiya şüaları bədəninizin daxilinə (brakiterapiya) və ya xaricinə (xarici şüa radiasiyası) yönəldilir.

Kök hüceyrə(Sümük iliyi) terapiyası

Xəstə sümük iliyini sağlam kök hüceyrələrlə sağaldır. Kök hüceyrələr bir çox funksiyalara sahib olan və digər hüceyrələrdən fərqlənməyən hüceyrələrdir. Bu transplantasiyalar xərçəngi müalicə etmək üçün həkimlərə yüksək dozalı kimyaterapiyadan istifadə etməyə izin verir.

İmmun terapiyası

Bədəninizin immun sisteminin xərçəngi tanıyıb onunla mübarizə aparmasına yardım etmək üçün antitellərdən istifadə edir.

Hormon terapiyası

Xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq üçün onları qidalandıran hormonları aradan qaldırır və ya bloklayır.

Hədəfləndirilmiş dərman terapiyası

Xərçəngin hüceyrələrinin böyüməsinə və həyatda qalmasına səbəb ola biləcək bəzi molekullara müdaxilə edən dərman preparatlarından istifadə olunur.

Tibbi araşdırmalar

Xərçəngin müalicəsi üçün yeni yolların araşdırılması.

Alternativ tibb

Xərçəngin ürək bulanma,yorğunluq və ağrı kimi simptomlarının və müalicənin yan təsirlərinin azaldılması üçün istifadə olunur.

Alternativ tibbə aiddir:

1. Akupunktur

2. Hipnoz

4.  Masaj

5. Yoqa

6. Meditasiya

7. Rahatlama metodları

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo