Elmi nöqteyi nəzərindən: nə üçün biz fövqəltəbii qüvvələrə inanırıq?
Faktların, məntiqin və sağlam şüurun tam əksinə olaraq insanlar fövqəltəbii qüvvələrə və ağlasığmazlığa inanırlar. Bir çoxları məlum fizika qanunlarını pozmağa, möcüzələr yaratmağa, xəstələri əl basmaqla və mühakimə qüvvəsi ilə müalicə etməyə qadirdirlər. Lakin əgər bütün “möcüzələr” əslində bizim təxəyyülümüzün məhsuludursa, nə üçün milyonlarla insanlar bütün dünyada onun mövcud olmasına əmindirlər? Olmaya onların hamısı səhv edir? Britaniya antropoloqu və ilahiyyatçısı Ceyms Frezer 1890 cı ildə bu suala ilk olaraq cavab vermişdir. Alim “Qızıl budaq” (The Golden Bough) adlanan 12 cildlik elmi işində materialı ibtidai ecazkar, totemizm, mifologiya, tabu, dini etiqadlar və digərləri üzrə sistemləşdirmişdir. Frezer müqayisəli – tarixi məlumatların həcminə istinad edərək fövqəltəbii qüvvələrə meylimizin arxasında dayanan ezackar təfəkkür prinsiplərini ortaya çıxarmışdır.
Əgər sizin yolunuzu qara pişik keçirsə, o zaman pis heç nə baş verməyəcək.
Antropoloqlar
və ilahiyyatçılar qədim dövrün xalqlarının adət - ənənələri və çoxsaylı ayinlər
ilə yaxşı tanışdırlar. Lakin, ayinlərin və dini etiqadların varlığı deyil,
onların necə yayılması və nə üçün dünyanın müxtəlif yerlərində meydana çıxması
daha maraqlıdır. Əsatirlərin, ecazkar və dini təcrübələrin yayılması bir çox
hallarda insanlar arasındakı qarşılıqlı əlaqələr və adət - ənənələrin bir xalqa
digər xalqa keçməsi sayəsində meydana çıxmışdır. Lakin elmə bir – biriləri ilə
qarşılıqlı əlaqədə olmayan xalqlar arasında dünyanın müxtəlif hissələrində
meydana çıxmış ayinlərin və adət - ənənələrin böyük sayı məlumdur. Bu isə insan
təfəkkürünün xüsusilə oxşar halların təsiri altında oxşar qaydada işləmələri
haqqında bəhs edir. Hətta buna baxmayaraq, müxtəlif xalqlarda adət - ənənələr və
ayinlər bir – birindən güclü şəkildə fərqlənirlər.
Dini və
ezackar təcrübələrin necə formalaşması və inkişaf etməsi ilə bağlı əyani nümunələrdən
biri də karqo ayinidir (ingiliscə. cargo — yük deməkdir). Melaneziyada
dini hərəkatlar qrupunu bu terminlə adlandırırlar. İlk karqo – ayinlərin
meydana çıxmasını tədqiqatçılar XIX əsrin sonunda - ХХ əsrin əvvəllərində qeydə
almışdırlar. Lakin klassik ayin – karqo İkinci dünya müharibəsi illərində və
onun başa çatmasından sonra geniş yayılmışdır. ABŞ – nın Yaponiya əleyhinə
Sakin okean kompaniyası buna səbəb olmuşdur və bu kompaniyanın gedişatında
amerika hərbiçilərinin dəstəklənməsi üçün silahın, paltarın, konservaların və
digər lazımi əşyaların böyük sayı adalara tədarük olunmuşdur. Ada sakinləri həddən
artıq qonaqpərvərdirlər və hərbiçilərə böyük həvəslə kömək edirlər. Yüklərin tədarük
olunması zamanı əsgərlərin, dənizçilərin və pilotların fəaliyyətini müşahidə edən
ada sakinləri belə qərara gəlmişdirlər ki, məhz onların bu hərəkətləri faydalı
predmetlərin əmələ gəlməsinin səbəbidir. İkinci dünya müharibəsinin başa
çatmasından sonra hərbi qulluqçular adanı tərk etdilər və yüklərin tədarükü
dayandırıldı.
Adanın sakinləri
hərbiçilərinin hərəkətlərini düzgün imitasiya etməyə başladıqları zamanı
ictimaiyyətin təəccübü necə olmuşdur: onlar kokosun yarısına qulağını dirəyərək,
taxta konstruksiya üzərində əyləşmişdirlər və bu konstruksiyalar dispetçer
köşkünü xatırladırdılar. Təyyarənin və ya gəminin gəlməsini gözləməklə ada
sakinləri məşəllər yandıraraq enmə siqnallarını və dəniz fənərinin işığını
imitasiya etmişdirlər. Nəticədə məlum olmuşdur ki, karqo – ayinin davamçıları əcnəbilərin
onlara sərvət verən əcdadları ilə xüsusi mənəvi əlaqəyə malik olduqlarına
inanmışdırlar. Ümumilikdə, karqo-ayin bizim növün nümayəndələrinə xas olan
ecazkar təfəkkürün iş prinsiplərini əyani surətdə təsvir edir.
Simpatik
ecazkarlığın iki qanunu
Oxşarlıq
qanunu (və ya imitasiya)
Ceyms Frezer məlumatların irimiqyaslı həcmi ilə silahlanaraq ezazkar təfəkkürün əsaslandığı prinsipləri – simpatik sehrin iki qanununu göstərmişdir. Simpatik sehr – sehrbazlığın bir forması olub, ona müvafiq olaraq xarici görünüşcə oxşar olan və ya bir – biri ilə əlaqədə olan bütün predmetlər möhkəm ezackar əlaqəni əmələ gətirir. Frezer birinci prinsipi oxşarlıq və ya imitasiya qanunu adlandırmışdır. Bu fikir çox tanışdır, elə deyilmi? Vudu sehri kimi karqo – ayin öz əsasını məhz simpatik sehr prinsipindən götürür — oxşarlıq oxşarlıqdan yaranmalıdır. Bir insana zərər vurmaq istəyirsiniz? Vudu gəlinciyini yaradın, ona iynələr batırın və həmin insan öləcəkdir. Sizin adanıza paltarın, çadırların və ləvazimatların gətirilməsini istəyirsiniz – o zaman hərbiçilərin hərəkətlərini imitasiya edin və dərhal da xoşbəxt olacaqsınız. Bu cür oxşarlıq qanununun müasir mədəniyyətdə kök atması təəəcüblü deyildir. Oskar Uayldın “Dorian Qreyin portreti” adlı məşhur əsəri parlaq nümunələrdən biri kimi çıxış edir və bu əsərdə əsərin qəhrəmanı əvəzinə onun portreti qocalır.
İndi isə vudu sehri ilə qarşılaşaraq siz ona qarşı necə qarşıdurmağın lazım olacağını biləcəksiniz (spoyler — hec cürə)
Yoluxma
qanunu (əlaqə sehri)
Yoluxma qanunun əsas prinsipi bəyan edir — bir dəfə əlaqə daimi əlaqə deməkdir. Frezer malaziya aborigenlərini nümunə kimi göstərir və onun əsas silahı ox və kamandır. Belə ki, düşmənə güllə atıb, onu öldürməsən də, aborigenlər kamanla oxu tonqala yaxın qoyur və tonqalın “alovunun” yanması oxa, daha sonra isə erkən düşmənə keçir və ona ağrı verir. Lakin, digər heyvanların və ya digər qabanların piyindən ibarət olan silah mazı ilə yaraların məşhur müalicəsi əlaqə sirrini daha yaxşı təsvir edir. Mazı yaraya deyil, bu yaranı vuran silaha çəkirdilər. Bu cür müalicə nəticəsində bir çoxları onu şəfa tapmaqla əlaqələndirib heyranlıqlarını gizlətmirdilər. Ola bilsin ki, siz heyrət edəcəksiniz, lakin yoluxma qanunu bu gün də gözəl işləyir, belə ki, silah mazını homeopatiya əvəz etmişdir. “Bir dəfə əlaqə daimi əlaqədə” prinsipi təsirli maddənin suda dəfələrlə həll edildikdən sonra necə təsirli maddə kimi qalmaqda davam etdiyini göstərir. Əgər hər hansı bir səbəbdən siz homeopatiyanın – yalançı elm olduğunu bilmirdinizsə, o zaman “Homeopatiyanın yalançı elm olması haqqında” Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində yalançı elm ilə mübarizə Komissiyasının memorandumu ilə tanış olmağı tövsiyyə edirik və bu Memorandumda şirin kürəciklərin köməyi ilə hər hansı bir xəstəliyin müalicəsinin qeyri – mümkün olması ətraflı şəkildə şərh olunmuşdur, belə ki, onlarda təsirli maddələr mövcud deyildir.
Növbəti dəfə həkim sizə homeopatiya diaqnozu qoyduğu
zaman unutmayın, əgər insan tibbi təhsil almışdırsa, o demək deyildir ki, onun
tibbi təhsili vardır
Nifrət etmək
hissinin pozulması və OKR
Frezer
belə güman etmişdir ki, ezackar təfəkkürün populyarlığı insanların düzgün düşünməmələrindən ibarət deyildir. Əksinə, alim fikirləşmə tərzinin düzgün olmasına, fəaliyyətin gedişatının isə yanlış olmasına əmindir. Belə ki, hələ Hippokrat belə hesab etmişdir ki, xəstəliklər insandan insana görünməz canlı varlıqlar vasitəsilə keçir və buna görə də, o onları kimlə gəldi dəyişməməyə cəhd göstərir. Bu gün biz bilirik ki, Hippokrat haqlı olmuşdur, belə ki, külli miqdarda mikroorqanizmlərin mövcud olmasını görmək mümkün deyildir və bu elmlə sübuta yetirilmişdir. Bütün bunlardan savayı, epidemiyalardan və infeksiyalardan, eləcə də, çirkli məhsulların qidada işlədilməsindən bizi müdafiə edən nifrət hissinin bizim növə xas olduğu yaxşı məlumdur. Belə ki, siz çətin ki, sizə tanış olmayan insanın boşqabından qidanın qalıqlarını yeyəcək və ya zökəm xəstəsini öpəcəksiniz.
Lakin bütün
bunlara baxmayaraq, burada istisna hallar mövcuddur: bəzi hallarda nifrət hissi işə düşmür, və onun yerini ecazkar təfəkkür
tutur. Məsələn, avropalıların əksəriyyəti Hindistanın Qanqa
çayından su içməyi və çayı müqəddəs hesab edən yerli sakinlərdən fərqli olaraq
bu çayda çimməyi heç ağıllarına belə gətirmirlər. İnsanlar Qanqa çayının
suyunda çimirlər və ondan su içərək şəfa tapacaqlarına ümid edirlər, halbuki bu
suda külli miqdarda patogenlər, məsələn vəba aşkar olunmuşdur. Obsessiv –
kompulsiv pozğunluq və ya OKR nifrıt hissinin pozulmasının daha bir nümunəsidir.
OKR əziyyət çəkən insanlar külli miqdarda müxtəlif sayda ayinləri yerinə yetirərək
bu ayinlərin onların həyatına əhəmiyyətli təsir göstərməsinə inanırlar.
Leonardo Di Kaprionun başlıca rolu ifa etdiyi “Aviator” filmini
xatırlayırsınızmı? Bu film həyatı cəhənnəmə çevrilmiş amerikalı aviasiyaçısı və
mühəndisi haqqında bəhs edir və o belə hesab edir ki, bütün predmetlər və hətta
onlar ətrafında insanlar təhlükəli mikroblara yoluxurlar.
İnsanlar səhər tezdən Qanqa çayında çimirlər. Foto: National Geographic
Lakin bu, OKR
və dini təcrübələr arasında yeganə əlaqə deyildir. Stenford
Universitetinin professoru, neyroendokrinoloq Robert Sapolski “İlahiyyatın
biologiyası” mərizəsində obessiv – kompulsiv pozğunluq ilə ilahiyyat arasındakı
əlaqədən bəhs etmişdir. Həqiqətən də, əgər müxtəlif xalqların sehrli ayinlərinə
və ayinlərə diqqətlə nəzər salsaq, o zaman onların müəyyən fəaliyyəti ciddi
qaydada yerinə yetirdiklərini, eləcə də, sakral predmetləri istifadə etdiklərini
görmək mümkündür. Məsələn, xaç suyuna salınma və priçastiye kimi bu cür
xristian ayinləri və ya namaz kimi müsəlman ayinləri çoxlu sayda dəqiq
qaydaların yerinə yetirilməsini tələb edirlər və onların cüzi qədər pozulması
belə duaların və ayinlərin qeyri – effektivliyi ilə əlaqədardır. Ayin predmetlərinin
– ikonaların, şamların və qəndilin istifadə olunması ayini icra etməyə kömək edərək,
onları sakral edir. Bu cür hərəkətlərdə nəinki OKR ilə, eləcə də,
simpatik sehrin iki prinsipləri ilə əlaqəni izləyir.
Ezackar təfəkkürə
kim məruz qalmışdır?
Əgər siz
özünüzü heç bir dinə aid etmirsinizsə, o zaman bu o deməkdir ki, siz heç bir
ezackar təfəkkürə sahib deyilsiniz. Pensilvaniya Universitetinin professoru,
psixoloq Pol Rozin eczazkar təfəkkürün bizim gündəlik həyatımıza necə təsir
göstərdiyini yoxlamağı qərara almışdır. Rozinin komandası erkən eksperimentlərin
birində sınaqdan keçirilənlərdən şirə içməyi xahiş etmişdir və bir qədər əvvəl
həmin şirəyə dezinfeksiya olunmuş mətbəx böcəyi salınmışdır. Əksəriyyəti
şirədə heç bir təhlükəli patogenlərin olmadığını bilsələr də, şirəni içməkdən
imtina etmişdirlər. Tədqiqatçılar sınaqdan keçirilən digər şəxslərə içinə
tüpürdükləri şorbanı içməyi təklif etmişdirlər, lakin bu cür şorbanı heç kim
yemək istəmədi. Həmçinin, sınaqdan keçirilənlər bəyənmədikləri insanın təmiz
paltarını geyinməkdən imtina etdilər və nəcis şəklində olan şokoladı yeməyi istəmirdilər,
halbuki, adi formada olan şokaladı yeməkdən imtina etmədilər.
Lakin söhbət
marketinq qəbulu haqqında getdiyi zaman vəziyyət daha maraqlı olur. Aparılan tədqiqatlardan
birində Alıcının məhsul zənbilinə peçenyeni və qadının gigiyenik bezlərinin
qutusunu qoyurlar. Peçenye qutusunun qadının gigiyenik bezlərinin qutusu ilə
bir yerdə olduğunu görən alıcılar peçenyeni həvəslə yemədilər. İnsan qadının
gigiyenik bezlərinin qutusundan nə qədər çox iyərnirdisə, qadının gigiyenik
bezlərinin qutusunun yanında yerləşən bir qutu peçenyeni bəyənmirdi. Bu cəfəngiyyatdır,
elə deyilmi? Lakin bütün bunlara baxmayaraq, eksperiment nəticəsində
marketoloqlara bu cür təmasdan qaçmaq üçün zənbilə bir şöbənin mallarını əlavə
etməyi təklif etdilər.
QMO əleyədarları
da xurafatçıdırlar. Belə ki, sorğu olunanların 71% etiraf etdi ki, onlar QMO nə
olduqlarını anlamırlar və QMO məhsullarına neqativ yaxınlaşırlar. Bu qəribə
görünürmü? Əslində bu mövqe – ecazkar təfəkkürün daha bir nüminəsidir. Frezer tərəfindən
təqdim olunan oxşarlıq qanununa müvafiq olaraq insan belə düşünür ki, əgər o
QMO yeyərsə, o zaman o özü də QMO – ya çevriləcəkdir.
Əslində gündəlik
həyatda ezackar təfəkkürün nümunələrinin sayı kifayət qədərdir. Onun meydana
çıxması səbəblərinə gəldikdə isə Ceyms Frezer belə hesab etmişdir ki, insan
fayda əldə etmək üçün təbiətin qanunlarında ümumi qanun axtarırdı. Və bu
uzunmüddətli axtarışda ideyaların böyük sayı düzgün, qalanları isə səhv oldu.
Britaniyalı antropoloq düzgün ideyaları elm, səhv ideyaları isə - sehr
adlandırırdı. Bəs siz Frezerin bu iddiası ilə razısınız? Bizim teleqram
çatımızın iştirakçıları ilə şərhlərdə öz fikrinizi bölüşün.
Xurafat və
göyərçinlər
1940 ci illərin
əvvəllərində amerika psixoloqu – bixevioristi Berres Skinner heyvanların
davranışını öyrənmişdir. O göyərçinləri öyrənən zaman ac quşları laboratoriya
qutusuna yerləşdirdi – nəticədə bu qutu “Skinner qutusu” adlandırıldı – və
onlar qida aparatında açarı dimdiklədikləri zaman hər dəfə onları qida ilə
mükafatlandırırdılar.
Skinner qutusunda göyərçin qida almaq ümidi ilə açarı dimdikləyir.
Daha sonra
Skinner cihazı elə quraşdırdı ki, o təsadüfən qida versin. Göyərçindən tələb
olunan isə - oturmaq və gözləmək idi, lakin quşlar belə etmədilər. Bunun əvəzində
göyərçinlərin əsas hissəsi Skinnerin xurafatçı davranış adlandırdığı davranışı
nümayiş etdirdilər. Göyərçinlərdən biri təsadüfən sol çiyni üzərindən baxdığı
zaman qidanın verilməsi mexanizmi məhz bu anda işə düşdü, və göyərçin artıq sol
çiyni üzərindən baxan zaamn qida alacağını fikirləşdi və o hər dəfə bu hərəkəti
təkrarlamağa başladı. Əgər göyərçin yenidən sol çiyni üzərindən baxdığı zaman
mexanizm yenidən işə düşərdisə, o zaman quş dəli kimi sol çiyni üzərindən tez –
tez baxmağa başlayır, sanki, məhz bu hərəkətin qidanın verilməsinə səbəb
olduğuna əmin olmaq istəyirdi.
Biz göyərçinlərdən
heç nə ilə yaxşı deyilik. Yanlış səbəb – nəticə əlaqəsini yaradaraq, belə bir nəticəyə
gəlirik ki, əgər yolu qara pişik keçən kimi insanın başına dərhal kərpic düşərsə,
o zaman bu işdə qara pişik günahkardır (hərçənd yazıq heyvanın heç bir günahı
yoxdur). Məşhur “yağış rəqsi” də bu cür meydana çıxmışdır – bizdən kimsə rəqs
etdi və bundan sonra yağış yağdı, lakin insan belə qərara aldı ki, yağışa səbəb
qeyri – adi rəqs oldu. Ezackar təfəkkürün prinsiplərinə əsaslanan bu cür
yanlış səbəb – nəticə əlaqələrini biz, keşişlərə, təbiblərə və ya
homeopatlara müraciət etdikdən sonra sağalan kimi qururuq. İş
burasındadır ki, bir çox xəstəliklər zaman keçdikcə özbaşına yoxa çıxa bilərlər,
lakin, təbibə müraciət etmiş insan əmindir ki, onun sağalması – məhz türkəçarənin
xidmətidir.
Lakin hər şey ilk baxıçdan göründüyü kimi sadə deyildir. Biz sizinlə milyonlarla illik təkamüldən sonra yarandıq və bu milyon illər ərzində hər bir vərdiş, insan bədəninin hər bir güşəsi və insanın beyni yonulub hamarlanmışdır. Nəticədə biz ağacı döyəcləyir, pendir buterbrodunda insan üzləri görür və çay yarpaqları arasında gələcəyə boylanmağa çalışır və bir sözlə, məna illüziyasını yaratmağa çalışırıq. Biz bu qədər mürəkkəb dünyada bizim üçün təşkilatçı qüvvənin çalışdığını hiss etməyə can atırıq. Belə çıxır ki, bu gün əksəriyyəti özlərini mənəviyyatlı, inanclı və ya xurafatçı insanlar adlandırırlar və hətta çoxsaylı koqnitiv təhriflərə və insana xas olan ezackar təfəkkür nəticəsində fövqəltəbii obrazları gerçəyə çevirəcəklərindən şübhələnirlər.