Alsheymer
xəstəliyinin müalicə olunması üçün yeni dərman preparatlarının meydana
çıxmasına səbəb olan tədqiqatlara milyardlarla pul xərclənmişdir, lakin
əhəmiyyətli tərəqqi əldə olunsa da, bu xəstəliyin müaıicəsi yolları hələ də
mövcud deyildir. Bir yeni tədqiqat pəhrizin bu cür neyro degenerativ
xəstəliyin əlamətlərinin idarə olunması üçün vacib amil olduğunu nəzərdə tutur.
Əldə olunan məlumatlara müvafiq olaraq yaşıl çayın və yerkökününün tərkibində
olan kimyəvi birləşmələr siçanlarda Alsheymer xəstəliyinə xas olan əlamətləri
geriyə qaytarmağa qadirdirlər.
«Bu
yaxınlarda ilənib hazırlanmış preperatın bazarda meydana çıxması üçün 12 – 13
il gözləməyə ehtiyac yoxdur. Siz bunu bu gün də öz pəhrizinizdə istifadə edə
bilərsiniz», — deyə Cənubi Kaliforniya
Universitetinin fiziologiya və nevrologiya üzrə professoru, baş müəllif Torrens
Taun qeyd etdi.
Taun həmkarları ilə birlikdə diqqətini iki birləşmələrə yönəltdi: EGCG (epiqallokoxetin-3-qallat) — yaşıl çayın əsas komponentlərindən biridir və yerkökünün, pomidorun, düyünün, buğdanın və yulafın tərkibində olan FA (ferul turşusu). Alsheymer xəstəliyinin əlamətlərindən əziyyət çəkən 32 siçan sağlam siçanların 4 qrupu arasında təsadüfən bölüşdürüldü və hər bir qrupda bərabər sayda dişilər və erkəklər, eləcə də, bərabər sayda sağlam və Alsheymer xəstəliyindən əziyyət çəkən fərdlər mövcud idi. Üç ay ərzində siçanlara kombinasiyanı verdilər: EGCG və FA, və ya EGCG, və ya FA, və ya plasebo. Bütün bunlardan savayı, sağlam siçanların daha bir qrupu alimləri heyrətə gətirən ilkin statistik məlumatların alınması üçün istifadə olunmuşdur.
Üçaylıq pəhrizdən əvvəl və sonra gəmiricilər onların təfəkkürünü və yaddaş vərdişlərini ölçən çoxlu sayda testlərə məruz qalmışdırlar. Bu cür test Y-şəkilli labirintdən ibarət olmuş və məsələn, binadan çıxmaq yolunu tapdığımız zaman işə düşən siçanların işlək məkan yaddaşını qiymətləndirməyə xidmət edir.
Sağlam
siçanlar çıxış yolunu və ya qidanı axtarıb tapmaq istiqamətində Y – şəkilli
labirintin hər bir qolunu tədqiq edə bilərlər. Onlar təsadüfən deyil, ardıcıl
qaydada hər bir girişə tez – tez daxil olurlar. Lakin, Alsheymer
xəstəliyinin əlamətlərindən əziyyət çəkən gəmiricilər bunu etmirlər, çünki,
onların məkan yaddaşı pozulmuşdur və onlar labirintin bir qoluna iki dəfə daxil
olur və onu tədqiq edirlər.
«Üç aydan
sonra kombinə olunmuş müalicə işlək məkan yaddaşını bütünlüklə bərpa etmiş və
Alsheymer xəstəliyinin əlamətlərindən əziyyət çəkən gəmiricilər sağlam siçanlar
kimi bu tapşırığın öhsədindən gəlməyə müvəffəq olmuşdurlar», — deyə Raun qeyd edir.
Hüceyrələrin
funksiyasını pozaraq və neyronlar arasında pilək əmələ gətirərək yapışan
beta-amiloidli zülalların toplanması nəticəsində Alsheymer xəstəliyinin
yaranması fikri geniş şəkildə yayılmlşdır. Alsheymer xəstəliyinin
əlamətlərindən əziyyət çəkən xəstənin beyninin digər xarakteristikası onların
nəqliyyat sistemini bloklayaraq neyronların daxilində dolaşan tau zülallarının
toplanmasını nəzərdə tutur.
Terrens Taun
EGCG və FA birləşmələrinin böyük amiloidli zülalları neyronları tıxayan daha
kiçik amiloidli beta – zülallara parçalanmasının qarşısını alır. Bu birləşmələr
həmçinin də Alsheymer xəstəliyinin vacib əlamətlərindən biri olan baş beyində
neyro iltihabı və oksidləşmə stresini azalda bilərlər.
Tədqiqatın
ümidverici olmasına baxmayaraq, onun nəticələri siçanlar üzərində aparılan
eksperimentlərdə əldə olunmuşdur və bu cür kəşflərin əksəriyyəti insanın
müalicəsi üçün yararsızdır. Lakin bütün bunlara baxmayaraq, yaşıl çay və
yerkökü zərərsizdir və heç nə onları insanların qida rasionuna daxil
etməyə mane olmur. Gələcəkdə Taun bu kombinə olunmuş müalicə üsulunu daha
dərindən öyrənməyi planlaşdırır.