"Mənim üçün Yaponiya – tez – tez qəbul olunması tövsiyyə olunan kreativlik
həbidir ", - Farrell Uilyams
Yaponiya — 6852
adadan ibarət olan Yapon arxipelağında Sakit okean sahillərində yerləşmiş ada
dövlətidir. 127 milyondan artıq əhali sayına malik olan Yaponiya məhz əhali
sayına görə dünya ölkələri sırasında onuncu yeri tutur.
Avropalı üçün
Yaponiya mədəniyyəti qəribə və anlaşılmazdır. Heç bir başqa ölkədə ənənələr və
texnologiya bu qədər qəribə şəkildə vəhdət təşkil etmir. Yapon mədəniyyəti - ən
konservativ mədəniyyətlərdən biridir. Biz sizin üçün Yaponiya haqqında ən
maraqlı faktları toplamışıq.
- Yaponiyada
idarəetmə forması – monarxiyadır. Dövlətə inperator başçılıq edir və o dünyada
hökmranlıq edən yeganə imperatordur.
- Yponiya
— çoxmillətli ölkədir. Əhalinin 98% — yaponlardan ibarətdir.
- Yaponiyanın
demək olar ki, bütün dəmir yolları özəldir.
- Yaponiyada
dünyanın ən dəqiq qatarlarından biri fəaliyyət göstərir. Onların qrafikdən
yayınması adətən 18 saniyədən artıq olmur.
- Tokio – ən
təhlükəsiz şəhərlərdən biridir. Hətta altı yaşlı uşaqlar belə burada
valideynlərin müşayiəti olmadan nəqliyyatla hərəkət edirlər.
- Ölkənin
landşaftının 70% dağlardan ibarətdir və Yaponiyanın ərazisində
200 artıq vulkan mövcuddur.
- Ölkənin
şimalındakı bütün şəhərlərdə səkilər qızdırılır və buna görə küçələrdə buz
olmur.
- Yaponiyanın ərazisində
hal – hazırda 100 yaşı tamam olmuş 50 min insan yaşayır.
- Yaponiyada
ofisiant qismində meymunların işlədiyi restoran fəaliyyət göstərir.
- Yaponiya — hərbi
əməliyyatlar nəticəsində nüvə silahının hücumuna məruz qalmış yeganə ölkədir.
- Yaponiyada
viza təmamilə pulsuz olaraq tərtib olunur. Əgər sizin sənədləriniz qaydasında
deyilsə, sizə heç bir zaman rədd cavabı verməyəcək və sənədlərdə nəyin qaydaya
salınmasının vacib olduğunu izah edəcəklər.
- Yaponiyada
dördbucaqlı qarpız yetişdirirlər. Çünki yapon fermerləri üçün bu cür qarpızları
anbara yığmaq və mağazaya tədarük etmək daha rahatdır.
- Yaponiyada
zibilxana yoxdur. Bu zibilin təkrar emal olunması ilə əlaqədardır.
- Yaponiya dörd
iri adalardan (Xokkaydo, Xonsyu, Kyüsü və Sikoka) və çoxsaylı kiçik adalardan
ibarətdir. Onların arasında bərələr mövcuddur.
- Hamıya məlum
olan və bir o qədər də böyük olmayan ada — Miyadzima
adasıdır. Bu ada bal ayını keçirmək üçün çox gözəl yerdir.
- Yaponiyada
küçələrin əksəriyyətinin adı yoxdur. Ünvan kimi məhəllələrin nömrələri istifadə
olunur.
- Yaponiya
– heç bir zaman avropa müstəmləkəsi olmayan Koreya, Tayland və Liberiyadan
sonra dördüncü müasir ölkələrdən biridir.
- Hər il
Yaponiya müxtəlif təkan gücünə malik 1500 zəlzələdən əziyyət çəkir.
- Yapon alimləri
ölkədə uşaqlardan daha çox ev heyvanlarının olduğunu hesablamışdırlar.
- Yaponiyada məhbusların
seçkilərdə səs vermək hüququ yoxdur.
- Osakada
içindən avtomobil yolunun keçdiyi bina mövcuddur. 16 mərtəbəli biznes – mərkəzi Gate Tower Building adlanır.
Yaponiya
və yaponlular haqqında maraqlı faktlar
- Yaponiyada
doğum səviyyəsi o qədər aşağıdır ki, yaşlı insanlar üçün pamperslərin istehsalı
uşaqlar üçün pamperslərin istehsalından qat – qat artıqdır.
- Yaponlar
onların dilində heç olmasa iki kəlmə deməyi bacaran insanlara hörmət edirlər. Onlar
belə hesab edirlər ki, yapon dilini öyrənmək mümkün deyildir.
- Yaponiyada
delfinləri yeyirlər. Onlardan şorba bişirir, kusiyaki
hazırlayıt (yapon kababı), hətta onları çiy də yeyirlər. Delfinin
həddən artıq dadlı əti var və onu dadı qətiyyən balıq dadına bənzəmir.
- Yaponiyada ofisiantlara qəti olaraq çay pulu vermək
olmaz. Belə hesab olunur ki, müştəri
təyin olunan pulu ödəyənə qədər satıcı ilə bərabər statusa malikdir.
- Küçələrdə tez – tez güldanla çətir görmək
mümkündür. Yağış başlayan kimi yaponlar yaxınlıqdakı güldandan çətiri götürür və
yağış bitəndən sonra çətiri istənilən boş güldana qaytarıb qoyurlar.
- Yapon dilində ilin aylarının adı yoxdur. Onlar
nömrələr ilə işarə olunur.
- Yaponlar həddən artıq dürüst insanlardır. Əgər
siz metroda pul kisənizi itirmisinizsə,
90% onu tapıntılar bürosuna təhvil verəcəklər.
- Tokioda metro illik sərnişin axınına görə dünyada
birinci yeri tutur (o il ərzində 3 milyarddan artıq insan daşıyır). Tokio
metrosunda ağzına kimi dolu vaqonlara “sərnişinləri itələyən” adlı xüsusi vəzifə
mövcuddur
- Yaponiya ən sevimli içki çaydır.
- Yaponlar düyünü səhər, nahar və şam yeməyi zamanı
yeyirlər.
- Yaponlar hər şeyə inanırlar və onları bu səbəbdən həddən
artıq sadəlövh insanlar hesab etmək mümkündür.
- Yapon ailələrində bacı ilə qardaşın bir –
biri ilə ünsiyyətdə olmaması təmamilə normal haldır. İş hətta o yerə çatır ki,
onlar bir – birinin telefon nömrələrini belə bilmirlər.
- Yaponiyada
dərs ili 1 apreldə başlayır və üç rübə bölünür.
- Yaponiyada
polislər dünyanın ən dürüst polisləridir, çünki onlar ümumiyyətlə rüşvət
almırlar.
- Yaponlar
tez – tez ictimai yerlərdə və hətta işdə də yatırlar. Bu cür təcrübə inemuri
adlanır.
- Təxminən
1 milyon yapon xikikomoridir, yəni, sosial həyatdan könüllü surətdə imtina
etmiş insanlardır.
- Yaponiya savad
səviyyəsi demək olar ki, 100% çatır.
- Yaponiyada
küçə avtomatlarından: İncildən tutmuş qələmə qədər nə istəsən almaq mümkündür.
- Yaponların sevimli televiziya verlişləri – kulinar
şoudur. Statistikaya görə, ölkədə fəaliyyət göstərən bütün telekanalların 70% -
də heç olmasa bir dənə kulinariya şou verilişi yayımlanır.
- Yaponiya
“təqaüdçü” anlayışı yoxdur. Qanuna görə hər bir əmək müqaviləsi insanla ömürlük
bağlanır və istənilən işçinin səhhəti buna nə qədər imkan verərsə, o öz vəzifəsini
icra edə bilər.
- Yaponiyada
həddən artıq qısa donluqlar norma hesab olunur, lakin dekolte paltar ədəbsizlik
kimi qəbul olunur.
- Yaponiyada ən
liberal tütüb qanunlarndan biri fəaliyyət göstərir. Dəmiryolu platformalarından
və hava limanlarından savayı, tütünü hər yerdə çəkmək olar.
- Yaponiyada
yaşlı insanları qəyyumluğa götürmək geniş yayılmışdır və 98%
hallarda kişilərin bəxti gətirir. Yaşlı insanları qəyyumluğa götürmək –
biznesin başqa əllərə verilməmək və bu biznesin bir ailə və ya sülalə üçün
qoruyub saxlanmaq məqsədi daşıyır.
Yaponiya
haqqında həddən artıq maraqlı faktlar. Ənənələr
- Yaponiyada evlərdə
və bir sıra ictimai müəssisələrdə ayaqqabı çıxarmaq adəti qəbul olunmuşdur.
Ayaqqabını çıxararaq onun ucunu çıxışa tərəf çevirirlər – qədim ənənəyə malik
olan bu cür tələb mövcuddur.
- Əl sıxmaq
Yaponiyada qəbul olunmur, onun əvəzinə təzim edirlər və təzimi qarşı
tərəf eyni tezliklə və hörmətlə qaytarmalıdır.
- Yaponiyada qar
adamını digər ölkələrdə olduğu kimi üç deyil, iki qar topasından yapırlar.
- Yaponiyada indiyə
qədər 30% toy mərasimi valideynlər tərəfindən təşkil olunmuş elçilik
nəticəsində baş verir.
- Yaponiyada ən
birinci olaraq kişilərə qulluq etmək ənənəsi mövcuddur. Restoranda kişi birinci
sifariş verir və ona işkini hamıdan əvvəl gətitirlər. Mağazalarda əvvəlcə kişilər
ilə salamlaşırlar.
- 8 yaşa qədər
balaca yaponlar öz valideynləri ilə birlikdə vanna qəbul edirlər.
- Şorbanı ənənəvi
olaraq qaşıqla yemək lazım deyil, içmək lazımdır; yeni il şorbası olan
“o-zoni” istisna təşkil edir, eləcə də, adətən böyük boşqablarda verilən əriştə
şorbasını taxta çubuqların köməyi ilə yemək, bulyonu isə içmək mümkündür.
- Ümumi
masa arxasında içkiləri ən gənc iştirakçılardan biri tökür. O, bütün qonaqlara
yaşlısından başlayaraq cavana qədər qulluq edərək şüşə butılkanı masanın üstünə
qoyur və öz növbəsində, yaşlı qonaqlardan birinin onun qədəhini doldurmasını
gözləyir.
- Yaponlarda ad soyaddan sonra gəlir. Əksər yaponları
adı ilə çağırmaq onların xoşuna gəlməyə bilər – bunun üçün adı ilə çağırılan
ayponlar sizin ən yaxın tanışınız olmalıdır.
- Həmçinin,
Yaponiyada məişət ənənələrinə yaşlı insanlara qarşı hörmət və
ehtuiramı da aid etmək lazımdır. İnsanın necə bir peşə, aylıq məvacib, xarici
görünüş və ya xasiyyətə sahib olması vacib deyildir, əgər o yaşca böyükdürsə, o
zaman ona hprmət və ehtiramla yanaşmaq lazımdır.
- Yaponiyada ahıl
yaş hörmətə layiqdir və onunla fəxr edirlər.
İndi isə sizə Yaponiya haqqında ən maraqlı faktlar sizə yaxşı məlumdur.