Qaynaq: Avropa Molekulyar Biologiya
Laboratoriyası
Xülasə: Alimlər Yatmış Gözəl transpozazasının yeni bir variantını
hazırladılar. Bu, hüceyrə içinə nüfuz salan inkişaf etmiş sabitlik biokimyəvi xüsusiyyətlərə malikdir. Bu transpozaza, kök
hüceyrələrin və terapevtik T hüceyrələrinin genom mühəndisliyi üçün istifadə
edilə bilər. Buna görə bərpaedici dərman və xərçəng immunoterapiyasında istifadə
üçün son dərəcə qiymətlidir. Əsas genom mühəndisliyi prosedurları gələcəkdə xərcləri
azaldacaq və genom dəyişikliklərinin təhlükəsizliyini artıracaqdır.
Avropa Molekulyar
Biologiya Laboratoriyasının, Universitätsklinikum Würzburg və
Paul-Ehrlich-Institutun araşdırmaçılarından ibarət olan komanda, genomun dəyişilməsi üçün transpozaza zülalının
birbaşa istifadəsini təmin edən təkmilləşdirilmiş biokimyəvi xüsusiyyətləri
olan Yatmış Gözəl transpozazasının yeni bir formasını hazırlamağını bacardılar.
EMBL Heidelberg
qrupunun lideri Orsolya Barabas, "Bizim hazırladığımız protein hüceyrələrə
verilir və tələb olunan hədəf
hüceyrələrdə effektiv və sabit genom dəyişikliklərini təmin edərək funksional vəziyyətdə qalır," deyə məlumat verdi.
Çatdırılma və efektiv
gen mühəndisliyi insan hüceyrələri və T limfositləri də daxil olmaqla müxtəlif
hüceyrələrdə istifadə edilə bilər. Sonuncusu, xərçəng immunoterapiyasının
istifadəsində süni bir chimeric antigen reseptoru (CAR) istehsal etmək üçün
genetik olaraq dəyişdirilə bilər.
Tədqiqatçılar tərəfindən
hazırlanmış "Yatmış Gözəl" transpozazasının yeni növü yalnız protein
tədarükünü təmin etmir, həm də hüceyrələrə avtonom şəkildə nüfuz edir. Sonuncu
xüsusiyyətin hazırlanması planlanmamışdı və təcrübə zamanı aşkar edildi. Bu xoş
bir sürpriz oldu, çünki bu xüsusiyyətə malik olan ilk növdür.
"Bütün bu
xüsusiyyətlər CAR-T hüceyrə istehsalı və digər gen müalicəsi üçün yeni bir yol
açır", EMBL-nin doktorantı və araşdırmanın aparıcı müəllifi İrma Querques
izah edir.
Bu vəziyyət Yatmış
Gözəl transpozazasının digər mövcud variantları ilə müqayisədə bir irəliləyişdir.
Yatmış Gözəl
Yatmış Gözəl
transposon sistemi heyvanların genomlarına DNT-nin (dezoksiribonuklein turşusu)
xüsusi ardıcıllığını daxil etmək üçün bir transpozaz və transposondan ibarətdir.
Transpozaz bir
transposonun uclarına bağlanan bir zülaldır - bir genom içərisində mövqeyini dəyişdirə
bilən, bəzən mutasiyalar meydana gətirən və hüceyrənin genetik kimliyini dəyişdirən
DNT ardıcıllığıdır - və hərəkətini genomun başqa bir hissəsinə katalizasiya
edir (aparır).
Transposaz ya
transpozon daxilində kodlanır ya da başqa bir qaynaqla təmin edilə bilər, bu vəziyyətdə
isə transposon qeyri-avtonom bir elementə çevrilir. Qeyri-avtonom transpozonlar
ən çox genetik vasitələr kimi faydalıdır, çünki daxil edildikdən sonra müstəqil
şəkildə aksiz etməyə və yenidən özlərini daxil etməyə davam edə bilmirlər.
İnsan genomunda və digər məməlilərdə aşkar olunan DNT transposonlarının hamısı
avtonom deyil, çünki transpozaz genləri olsa da, bu genlər işləmir və
transpozonu hərəkət etdirə biləcək bir transpozaz yarada bilmirlər.
Yatmış Gözəl
transposazası 1997-ci ildə Zoltan İviks və həmkarları tərəfindən balıq
genomlarında olan hərəkətsiz kopyalardan geri gətirildi və onurğalı hüceyrələrdə
efektiv işləyən ilk transposon aləti yaradıldı. O vaxtdan bəri gen
terapiyasındakı bir çox tətbiqlərdə, o cümlədən gen terapiyasında istifadə
edilmişdir.
Birbaşa tətbiqi
EMBL araşdırmaçıları əsasən
fundamental tədqiqatlara diqqət yetirsələr də, bu nəticələr birbaşa tibbi tətbiqlərə
gedir. "Bizim hazırladığımız yeni transpozaza və genom mühəndisliyi
prosedurları birbaşa müalicəvi hüceyrə mühəndisliyində istifadə ediləcəkdir",
Würzburg Universitätsklinikumdan Michael Hudecek, nəticələrin əhəmiyyətini
vurğuladı. "Onsuz da bu ilk araşdırmada CAR-T hüceyrə istehsalı üçün
metodumuzun faydasını və siçan modelində effektivliyini nümayiş
etdiririk." İndi Hudecek və həmkarları insan xəstələrində istifadə üçün
transpozaz ilə araşdırmalara davam edəcəklər.
"Bizim metod kök
hüceyrə mühəndisliyində faydalı istifadəni təklif edir və əminəm ki, tətbiqlərini
bərpaedici tibbdə və əlaqəli sahələrdə tapacaqdır. Yeni texnologiyanın ən böyük üstünlüklərindən biri də transpozazın sənaye
miqyasında, əczaçılıq istehsalına imkan verir və Yatmış Gözəl gen çatdırma
sistemini gələcək terapevtik tətbiqlər üçün şirkətlərə daha cəlbedici hala gətirir,"
deyə Paul-Ehrlich-Institutdan Zoltán Ivics izah edir.
EMBL qrupu tərəfindən
hazırlanmış transpozazaların və protokolların dizayn prinsipləri digər
transposon sistemləri üçün də oxşar strategiyaların yaradılmasına kömək edəcəkdir.
Komanda, Yatmış Gözəl transpozazasının hüceyrəyə nüfuz edən xüsusiyyətlərini və
bu mexanizmlərin digər zülallara da keçə biləcəyini araşdırmaq istəyir.
EMBL-dən Cecilia
Zuliani – digər baş müəllif əlavə etdi: "Yeni Yatmış Gözəl variantımızın
mövcudluğu molekulyar mexanizmlərin araşdırılmasına kömək edəcəkdir. Bu da öz
növbəsində daha qabaqcıl transposon alətlərin rasional dizaynını təkmilləşdirəcəkdir".
Bu daha çox iş tələb
etsə də, Barabas onun bir vacib təsirini vurğulayır: "Hələlik isə yeni
hüceyrə mühəndisliyi prosedurumuz yaxşılaşdırılmış metod vasitəsilə xərclərin
azaldılmasına və tibbi genom dəyişikliklərinin təhlükəsizliyinə səbəb
olacaqdır".