Texnoloqiya

Yeni elektrik keçiricili maqnit materialı

Yeni elektrik keçiricili maqnit materialı

Yeni elektrik keçiricili maqnit materialı - Qrafen 2.0?


Bu həftə elektronika texnoloqiyasında inqilaba nail olmaq üçün potensiallı elektrik intiqalı və maqnitli  2D materialı anons olunmuşdur

Bir çox illər ərzində belə hesab olunmuşdur ki, Nobel mükafatına layiq görülmüş qrafen – elektron sənayesinin qarşılaşdığı bir çox məsələlərə cavabdır. Qrafen qrafitdən, yəni qələminizin mərkəzindəki boz materialdan yaradılmışdır. O arı şanıları kimi altıbucaqlıda yerləşmiş karbon atomlarının bir təbəqəsindən hazırlanmış və elektrik cərəyanını keçirə bilər. Bu nə qədər təsirli olsa da, lakin elektronikaya əlavə xassələrin verilməsi üçün qrafenin istifadə olunması bu texnologiyanı irimiqyaslı etmək üçün sadə deyildir.

Beləliklə, elm adamları daha əhatəli xüsusiyyətlərə malik olan yeni materialın axtarışındadırlar. Yeni nümunə  MOFs (metal organic frameworks) adlanan birləşmələr sinfinə aiddir. Onların ilk kəşfi anından etibarən 20 il əvvəl müxtəlif ekzotik üsullar ilə yerləşmiş karbon atomlarının zəncirlərindən və metal atomlarından ibarət olan MOFs 6000 artıq növündən ibarətdir.

Yüksək elektrik keçiriciliyi və maqnetizmi ilə yeni 2D materialını aşkar etmiş Danimarka Texniki Universitetindən olan qrup karbon və metal atomlarının zəncirinin ətraflı seçimini həyata keçirmişdir.

«Siz onlarda gizlin  enerji potensialını tapmaq üçün struktur bloklara fərqi qaydada baxmalıdır», — aparıcı alim Kasper Pedersen deyir.

Onlar tərəfindən tapılmış struktur kombinasiya materialdan keçən elektronlara metal atomları və karbon zəncirləri arasında asanlıqla tullanmağa icazə verir və bu da  elektrik keçiriciliyinə gətirib çıxarır. Daimi maqnit xassələri parazin adlanan azot və karbon atomlarının zənciri ilə birlikdə xromun ağıllı istiafdəsindən irəli gəlir.

«Ötən ilə qədər maqnetizm iki ölçülərdə mübahisəli mövzu olmuşdur» Pedersen deyərək “qrafendən sonrakı oxşar unikal xassələr ilə materialın ilk nümunəsini”  əlavə etmişdir.

Zəruri kimyəvi maddələri germetik qabda qızdıraraq və onu sobada müvafiq temperaturda 24 saat saxlayaraq yeni materialı hazırlanmasının asan olması vacib faktdır. O adi şəraitdə də stabildir və bu o deməkdir ki, onu məişət elektronikasında asanlıqla istifadə etmək mümkündür.

Beləliklə, bu yeni sehrli – materialı necə istifadə edə bilərik? Doğrusu, tədqiqatçılar materialların bu növünün elektronika, fövqəl keçiricilər, katalizatorlar, batareyalar və yanacaq elementləri dünyasında öz yerini tapacağını hələ bilməsələr də, buna əmindirlər.

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

dəvələr haqqında Dəvələrin iki növü var

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

kosmik səyahətə

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Gənc sahibkarların biznes təcrübələri

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo