Son illər bizim cəmiyyət mexaniki kilidlərdən elektron kilidlərə keçmişdir və onlara həm müəssisələrin, həm də, xüsusi evlərin qapılarında tez – tez rast gəlinir. Evin və ya ofisin qapılarının avtomatik blokunun açılması üçün smartfondakı əlavəni istifadə etmək mümkün olmuşdur.
Bu çox yaxşı və rahat səslənir, və siz elektron kilidin qarətçilər üçün keçilməz olduğunu fikirləşə bilərsiniz, çünki, onlarda bu kilidi kilidaçan vasitə ilə açmaq imkanı olmayacaqdır.
Lakin təhlükəsizlik üzrə ekspert mütəxəssislər bunun belə olmadığını qeyd edirlər. Cinayətkarlar da texniki baxımdan yaxşı hazırlaşaraq, ən yaxşı qajetlər ilə təchiz olunan mütəxəssislər kilidi açmaq üçün istifadə etdiyiniz siqnalları WiFi və ya Bluetooth vasitəsilə tuta bilərlər. Əgər onlar şifrəni açmağa və parolu oğurlamağa müvəffəq olarlarsa, o zaman bu, onlara maneəsiz olaraq içəriyə daxil olmaq imkanı verəcəkdir.
Xoşbəxtlkdən, Vaşinqton Universitetinin tədqiqatçıları, bu cür xakerlərə mane olmağın ən bic üsulunu tapdılar. Bu yaxınlarda onlar, kilidi yaxın məsafədən açmaq üçün smartfonda barmaq izlərinin generasiya olunan skaneri ilə aşağı tezlikli siqnalın ötürülməsi məqsədilə sizin öz bədəninizdən nec istifadə etməyin yollarını təsvir etdilər, belə ki, bu zaman xakerlər siqnalı tuta bilməyəcəklər.
Sizə lazım olan isə qapıların açılması üçün koddan ibarət olan hər hansı bir digər elektron qajetin və ya telefonu olmasıdır. Siqnalı bilavasitə açılması mümkün olmayan WiFi və ya Bluetooth vasitəsilə kilidin qəbuledicisinə ötürməyin əvəzinə telefon siqnalı sizin bədəniniz vasitəsilə ötürəcəkdir.
«Mən eyni zamanda qapının dəstəyinə və ya telefonda barmaq izinin ötürücüsünə toxuna bilərən və bu zaman siqnal bədəndən keçəcək və kilid qapını açacaqdır. Hava ilə deyil, sizin bədəninizdən keçən məlumatları tutmaq çox çətindir»
Qapı kilidinin blokunun açılması üçün məlumatların təhlükəsiz ötürülməsi. Lakin yeni texnologiya məcburi olaraq telefonun olmasını tələb etmir. Tədqiqatçılar deyirlər ki, bu cibdə, biləngdə və ya boyunda saxlanılan hər hansı bir digər elektron qajet ola bilər.