Kosmos

Yer kürəsi haqqında faktlar

Yer kürəsi

Yer kürəsi - günəş sistemində quru səthinə malik olan və yeganə həyat olan planetdən bəhs edək.

Yer kürəsi Günəşdən məsafəsinə görə üçüncü və quru səthinə malik planetlərin ən böyüyüdür. Təəccüblüdür ki, o ölçü və kütləsinə görə beşinci planet olsa belə, planetlər arasında ən böyük sıxlığa malik planetdir(5,513 kg/m3). Yer kürəsi Günəş sistemindəki yeganə planetdir ki, ona mifalogi herhansı varlığın adı verilməyib. Əvəzinə, onun adı köhnəlmiş ingilis sözü "ertha" və yer, torpaq menası verən Anglo-Saxon sözü olan "erda" sözündən törəyib.

Yer təxmini olaraq 4.54 milyard il əvvəl formalaşmış və hal-hazırda həyatın mövcud olduğu yeganə planet kimi bilinir.

Ayla müqayisədə yerin ölçüsü

 


Yer və ayın ölçüsünün yanyana müqayisəsi.

Yer haqqında faktlar

●     Bir vaxtlar Yer kürəsinin kainatın mərkəzi olduğuna inanılırdı. 2000 il ərzində qədim astronomlar inanırdı ki, Yer kürəsi hərəkət etmir və onun ətrafında dairəvi hərəkət edən başqa kainati varlıqlar var. Onlar inanırdı ki, bunun səbəbi Günəşin və planetlərin onların baxış bucaqlarına əsasən mövqesinin dəyişməsidir. 1543-də Kopernik Günəşi Günəş sisteminin mərkəzinə qoyduğu öz Günəş sistemi modelini çap etdi. 

●     Yer kürəsi Günəş sistemindəki yeganə planetdir ki, ona mifalogi herhansı varlığın adı verilməyib. Digər Günəş sistemindəki yeddi planet Yunan Allahlarının adlarına əsasən adlandırılıblar. Beş gözlə görülən planet : Merkuri, Venera, Mars, Yupiter və Saturn qədim zamanlarda adlandırılıblar. Bu Yunan metodu Uran və Neptunun kəşfindən sonra da tətbiq olundu.  "Earth" (yer) sözü ise yer, torpaq mənasınl verən ingilis sözü "ertha"-dan götürülüb.

●     Yer kürəsi Günəş sistemindəki ən böyük sıxlığa malik planetdir. Yerin sıxlığı hər hissədə fərqlidir- məsələn, mərkəzi hissə Yer qabığından daha böyük sıxlığa malikdir, ümumilikdə ise planetin sıxlığı təxminən 1 kub santimetrdə 5.52 qramdır.

●     Yer və Ay arasındakı cazibə qüvvəsi qabarma və çəkilmələrə səbəb olur. Bu təsir Ayın yerə bir yerdən bağlı olduğunu göstərir- onun fırlanma periodu ilə  öz orbiti ətrafında fırlanma periodu eyni olduğu üçün onun həmişə eyni tərəfi Yerə baxır.

●     Yerin fırlanması tədricən yavaşlayır. Yerin fırlanmasının yavaşlaması təxmini olaraq 100 ildə 17 milli saniyə qədər yavaş prosesdir. Nəticə olaraq bu proses günlərimizi uzadacaq amma yalnız bugünümüzdən təxminən 140 milyon il sonra günlər 24 saatdan 25 saata uzanmış olacaq.      

●     Yer atmosferi 78% nitrogen, 21% oksigen və qalanı arqon və karbon dioksid olmaqla başqa qazlardan təşkil olunmuşdur. 

●     Yerdəki oksigenin böyük qismi bitki təbəqəsinin fotosintez zamanı karbon dioksid udması zamanı yaranır. 

●      Yerin çox güclü maqnetik sahəsi var. Bu sahə planeti Günəşdən gələn küləyin təsirləsindən qoruyur və bunun Yerin  nikel-dəmir özəyinin onun sürətli hərəkəti ilə birləşməsi nəticəsində yarandığına inanılır. 

●     Yerin onu Günəş radiasiyasından qoruyan ozon qatı var. Bu qat oksigenin Günəşin ultra-bənövşəyi şüalarını udan xüsusi birləşməsidir.

●     Yer səthinin 70% -i su ilə örtülmüşdür - qalanı isə gölləri və başqa çoxlu su resursları olan materik və adalardan ibarətdir. 

●     Yerdə ilk həyat abiogenez və ya biopiyoz adlanan proses boyu okeanlarda yarandı. Bu həyatın cansız sadə üzvi maddələrdən yarandığı təbii prosesdir.

●     Su ilk olaraq yerin daxilində yerləşirdi. Zamanla Yerin su qatı vulkanik aktivlik nəticəsində yer səthinə çıxdı.

●     Günəş sistemimizdəki digər bərk cisimlərlə müqayisədə Yerdə kraterlərin təsiri nisbətən az görünür. Bunun səbəbi Yerin geoloji cəhətdən aktiv olması və səthini deformasiya edən tektonika və eroziya kimi proseslərin olmasıdır.

●     Yer planetindəki ən yüksək nöqtə hündürlüyü 8.8 km-ə çatan Everest dağıdır.

●     Yer planetinin ən dərin nöqtəsi Challenger Deep adlanır və dəniz səviyyəsindən 10.9 km aşağıda yerləşir.

     Yer bütün səkkiz planetin ən dairəvi orbitlərindən birinə malikdir. Onun fırlanma oxu orbital müstəvisinin perpendikulyarına 23.4° bucaq altındadır. Bu, fəsilləri əmələ gətirir.

     Yer kürəsində bir il 365 gündən bir qədər çox davam edir. Əslində bu fərq 4/1 gündür. Buna görə də hər 4 ildə bir il 366 gün olaraq hesablanır.

 

 

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

Sümüklər danışa bilsəydi

Sümüklər danışa bilsəydi

Dil nitq insanları digər heyvanlardan ayıran bir və əsas əlamətlərdən biridir. Sözlər bizə mürəkkəb fikirləri çatdırmaq

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

Lesoto haqqında maraqlı faktlar

Lesoto haqqında maraqlı faktlar

Afrikanın yalnız üç ölkəsində monarxiya sistemi var və Lesoto da onlardan biridir. Digər ikisi isə Esvatini və

İsrail haqqında maraqlı faktlar

İsrail haqqında maraqlı faktlar

İsraildə rus dilini eşidə biləcəyiniz bir çox yer var. Buradakı rəsmi dil yalnız İvrit dilidir və ərəb əhalisinin çox

'Lazer' nə deməkdir?

'Lazer' nə deməkdir?

Elektromaqnit şüalanmasının stimullaşdırılmış emissiyasına əsaslanan optik gücləndirmə prosesi ilə işıq yayan lazerin,