Kosmos

Yer kürəsi. Daha çox informasiya və faktlar.

Yer kürəsi

YER HAQQINDA DAHA ÇOX İNFORMASİYA VƏ FAKTLARI SİZƏ TƏQDİM EDİRİK.

Bəşər tarixi boyunca öz planetimizi dərindən başa düşməyə, anlamağa çalışmışıq. Bu müddət ərzində bir sıra nailiyyətlər əldə edilsə də, səhv mülahizələr də çox olub.

Məsələn qədim Romalıların dövrünə qədər dünyanın kürə formasında deyil, düz olduğu sanılırdı. Ikinci bir misal olaraq isə, insanların günəşin yer ətrafında fırlandığını hesab etməsini gətirmək olar. Lakin 16-cı əsrdə  Copernicusun səyləri nəticəsində  Günəşin Yer ətrafinda deyil, məhz Yerin Günəş ətrafında fırlandığı məlum oldu və insanlar tərəfindən qəbul edildi.

Çox gümanki, son iki əsr ərzində aparılan elmi araşdırmalar bizə Yer kürəsinin Günəş sistemində sıradan və eyni zamanda xüsusi yer oldugunu göstərdi. Yerin bir çox xüsusiyyətləri olduqca qeyri-adidir. Məsələn, elə gəlin Yerin ölçülərini, daxili quruluşunu, və geoloji proseslərini götürək:

Yer 8 planet arasinda ən böyük 5 ci planetdir, ölçülərinə görə mediana yaxındır. Onun daxili quruluşu demək olar ki,  3 “Yer qrupu planetləri” ilə eynidir. Səthini formalasdırmaqda mühüm rol oynayan geoloji proseslərə isə başqa planetlərlə yanaşı, həmçinin planetar peyklərdə də rast gəlinir. Lakin, Yerin ən vacib xüsusiyyəti həyat şərtləri olan yeganə planət olmasıdır.

ATMOSFER

Yer kürəsində həyatın olması bir çox cəhətdən atmosferdən asılıdır. Atmosfer təxmini 78%(N2) azot, 21%(O2) oksigen,1% argon, müəyyən miqdarda karbon qazı(CO2) və digər qazlardan ibarətdir. Azot ve oksigen, ATMOSFER - in əsas tərkibi, həyat üçün zəruri olan DNT (dezoksiribonukleinturşusu) və bioloji enerji istehsali üçün vacibdir. Bundan əlavə, atmosferin üst ozon qatında olan oksigen zərərli günəş radiasiyalarını udaraq planetin səthini qoruyur və bizim hava şərayitini bizim həyatımıza uyöün edir.

Atmosferdəki oksigenin mövcudluğu, bilavasitə Yer üzündə olan həyatdan aslıdır. Bitkilər atmosferdə olan  karbon qazını oksigen qazına çevirirler. Bu o deməkdir ki, bitkilərsiz atmosferdəki  karbon qazının miqdarı daha çox, oksigen qazının miqdarı isə daha az olardı. əgər   atmosferdə karbon qazının miqdarı çox olsaydı, Veneradakı kimi, Yer üzü də global istiləşmədən(istixana effektindən) əziyyət çəkərdi. Digər tərəfdən əgər atmosferdəki karbon qazının miqdarı az olsaydı, hava temperaturu kəskin şəkildə enərdi. Atmosferdəki karbon qazının hazırkı miqdarı temeperaturun  -88 ° C  və  58° C  arasında dəyişməsinə səbəb olur.

OKEANLAR

Yer kürəsini kosmosdan izlədikdə onun çox böyük bir xüsusiyyətini görəcəksiniz - okeanlar. Səthin sahəsi baxımından bu okeanlar yer səthinin təxminən 70%-nı tutur. Bu faiz dərəcəsindən daha təəccüblü olan isə odur ki, Günəş sistemindəki digər heç bir planetdə hələ də bir damla su belə tapılmayıb. Bu baxımdan Yer kürəsi həqiqətən də unikaldır.

Atmosfer kimi maye (okeanlar) suyun olması da həyat üçün çox əhəmiyyətlidir. Əslində, həyatın ilk olaraq 3.8 milyard il əvvəl okeanlarda yarandığına və yalnız sonradan quruda yaşama şəraitinin inkişaf etdiyinə inanılır.

Okeanların varlığı2 mənbəyə dayanır. Birinci Yer kürəsinin özüdür. Təxmin edilir ki, Yerin formalaşması zamanı onun daxilində böyük miqdarda su buxarı mövcud idi. Zaman keçdikcə planetin coğrafi mexanizmi, başlıca olaraq da vulkanik aktivliyi bu su buxarını atmosferə buraxıb. Zamanla atmosferdəki bu su baxarı mayeləşdi və Yerin səthinə maye su olaraq qayıtdı. Teorik olaraq düşünülür ki, 2 ci mənbə Yer kürəsinə zərbə endirmiş kometlərdir. Təsir nəticəsində, onlar əhəmiyyətli miqdarda buzu planete gətiriblər.

YERİN SƏTHİ

Yer səthinin əsas qismi okeanların altında qalsa belə, qalan quru sahə yetəri qədər gözəçarpandır. Yeri Günəş sistemindəki digər bərk halda olan cisimlərlə müqayisə etdikdə, onun səthi kraterlərin təsirinin azlığına görə diqqət çəkir. Bu Yerin kiçik göy cisimlərinin saysız təsirlərindən qorunduğunu yox, onların təsirlərinin izlərinin yox olduğunu göstərir. Buna  çoxlu coğrafi proseslərin səbəb olmasına baxmayaraq, 2 əsas səbəb eroziya və hava təsirlərinin nəticəsidir.

Havanın təsiri böyük səth strukturunun atmosfer vasitəsilə kiçik hissələrə bölünməsidir. Əlavə olaraq, 2 cür hava təsiri var Yer səthinə: kimyəvi və fiziki. Kimyəvi təsirə turşu yağışlarını misal çəkmək olar. Qayaların axan suyu dayandırması nəticəsində çay yataqlarının aşınması fiziki təsirin nümunəsidir. İkinci mexanizm-eroziya sadəcə olaraq su, buz, külək və ya cazibə qüvvəsi ilə hava hissəciklərinin hərəkətidir.

Beləliklə, kraterlərin təsiri hava təsiri və eroziya nəticəsində dağılıb yer səthinin başqa sahələrinə yenidən paylanması ilə “hamarlanmışdır”.

Yer səthinin formalaşmasına iki başqa coğrafi mexanizm kömək edib. Birincisi vulkanik aktivlikdir. Bu proses maqmanın(ərimiş süxurlar) yerin daxilindən çıxaraq səthinə yayılmasından ibarətdir. Vulkanik aktivliyin bəzi başqa təsirləri yer qabığının yenidən səthləşməsi və adaların yaranmasıdır (Havayi adalarını buna misal olaraq düşünmək olar). İkinci mexanizm orogeniya, və ya tektonik tavaların sıxılması nəticəsində dağların yaranmasıdır. Bu proses nəticəsində yaranan dağlara misal olaraq Qayalı dağları göstərmək olar.

YERİN DAXİLİ

Başqa quru sahəli planetlərdə olduğu kimi Yer kürəsi 3 hissədən əbarətdir: nüvə, mantiya və yer qabığı. Hal-hazırda nüvənin 2 fərqli qatdan ibarət olduğu düşünülür-bərk nikel və dəmirdən ibarət olan daxili nüvə və maye halda olan nikel və dəmirdən ibarət xarici nüvə. Mantiyanın sıxlığı çoxdur və demək olar ki, təmamilə bərk halda olan silikat minerallarıdır. Onun qalınlığı təqribən 2,850 kilometrdir. Son olaraq, yer qabığı da silikat minerallarından təşkil olunmuşdur və qalınlığı dəyişkəndir. Kontinental ərazilərdə(materiklərdə) yer qabığının qalınlığı 30-40 km arasında dəyişsə də, okeanlar boyu  daha nazik, 6-11 kilometrdir.

Başqa planetlərlə müqayisədə yer kürəsini fərqləndirən digər bir özəlliyi yer qabığının daha isti olan YERİN DAXİLİ nin mantiyasının üzərində yerləşən soyuq, sərt tavalara bölünməsidir. Bundan əlavə, bu tavalar hərəkətsiz haldadır. Bu tavaların sərhədləri boyunca subduktsiya və ayrılma kimi bilənən 2 proses baş verə bilər. Subduktsiya zamanı 2 tava bir-birinə yaxınlaşır və biri digərinin altına itələnir(bu proses şiddətli olarsa zəlzələ baş verir). Digəri yəni, ayrılma zamanı isə iki tava bir-birindən uzaqlaşır.

ORBİT VƏ DAİRƏVİ HƏRƏKƏT

Məlumdur ki, Yerin Günəş ətrafında 1 tam dövrü təxminən 365 gün çəkir. İlimizin uzunluğu Yerin orta orbital məsafəsinin 1.50 x 108 km olması ilə bağlıdır. Çox insana məlum deyil ki, bu məsafədən Günəş şüalarının Yerə  gəlməsi təxminən 8 dəqiqə 20 saniyə çəkir.

Yerin orbiti 0.0167 eksantriklik ilə Günəş sistemindəki ən dairəvi orbitlərdən biridir. Bu o demekdir ki, Yerin apelyonu və perihelionu arasındakı fərq çox kiçikdir. Bu kiçik fərqin nəticəsi olaraq Yerə gələn Günəş şüalarının intensivliyi demək olar ki, il boyu eyni olaraq qalır. Yerin orbitdə hərəkəti boyu mövqesinin dəyişməsi fəsillərin müşahidə edilməsinə gətirib çıxarır.

Yerin oxunun əyilmə dərəcəsi təxminən 23.45 dərəcədir. Budur ki, Yerin fırlandığı ox Yerin Günəş ətrafında hərəkət etdiyi orbitin müstəvisinə əsasən yavaş-yavaş əyilir. Əyilmənin bu təsiri ilə Yerin orbit boyu mövqesinə əsasən müəyyən vaxtlarda şimal qütbünün aldığı Günəş şüaları cənub qütbünə nisbətən daha çox olur və ya, əksinə. İntensivlikdəki bu dəyişiklik yayda iqlimin daha isti, qışda isə daha soyuq olmasına gətirib çıxarır.

İkinci ümumilikdə bilinən özəllik odur ki, Yerin oxu ətrafında 1 dəfə tam dövr etməsi təxminən 24 saatdır. Yer quru səthli planetlər arasında en sürətlisidir, amma bütün qaz planetlərindən yavaşdır.

 

Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo