Həyatın yer kürəsində necə meydana çıxması sualına cavab vermək çox çətindir, lakin yeni tədqiqat bunun necə baş verə biləcəyini açıqlamışdır…
Zülallar yer kürəsindəki həyatın ayrılmaz hissəsidir. Faktiki olaraq demək olar ki, hüceyrənin bütün həyat fəaliyyəti onlardan asılıdır. Bütün zülallar amin turşuları adlanan çoxsaylı balaca «kərpiclərdən» asılıdır və amin turşularının ardıcıllığı bizim orqanizmimizin bu və ya digər zülalı necə istifadə etdiyini müəyyən edir. Sizin DNT əsas rolu zülalları necə hasil etməyi sizin hüceyrələrinizə bəhs etməkdən ibarətdir: hər bir gen zülala uyğundur, gendə DNT ardıcıllığı isə zülalda amin turşularının ardıcıllığını təyin edir.
Zülların vacibliyini nəzərə alaraq amin turşularını “həyatın tikinti blokları” adlandırırlar. Lakin bu tikinti blokları karbon, hidrogen, oksigen və azot atomlarının unikal strukturuna malik olan kifayət qədər mürəkkəb molekulalardır. Onların strukturunun mürəkkəbliyi onların ilk dəfə olaraq necə formalaşması haqqında mübahisələr doğurur.
Alimlərin
əksəriyyət belə hesab edirlər ki, onlar Yer kürəsində bir – biriləri ilə
təsadüfən havanın tesiri
altinda reaksiyaya girən daha sadə molekulalardan əmələ gəlmişdir. Lakin, amin
turşuları və digər mürəkkəb moelkulalar kometalarda və meteoritlərdə aşkar
olunmuşdur. Bunun sayəsində alimlər belə bir qənaətə gəlmişdirlər ki, həyat
üçün tikinti blokları ilkin olaraq kosmosdan əmələ gələ bilərdi.
Əgər bu
həqiqətdirsə, o zaman onların necə əmələ gəlməsi haqqında sual meydana çıxır.
Kanadada Şerbruk Universitetindən olan Maykl Xuelsin başçılığı altında
fəaliyyət göstərən tədqiqatçılar komandası ola bilsin ki, cavabı tapmağa
müvəffəq olmuşdur.
Komet ulduzun
güclü şüalanmasının təsirinə məruz qalan zaman o fırlanır, kometi təşkil edən
molekulalar isə ionlaşa bilərlər. Bu o deməkdir ki, onların elektronları ayrıla
bilər və öz enerjisinin bir hissəsini itirə bilərlər. Onları aşağı enerjili
elektronlar və ya yubanan elektronlar adlandırırlar.
Mayklın komandası molekulalar arasındakı sonrakı kimyəvi reaksiyaların stimullaşdırılmasında cüzi enerjili elektronların potensial rolunda maraqlıdır.
Onlar kosmosda olan
kometlərin səthində tapılan metana və oksigenə bənzər donmuş metan və
oksigendən nazik membranları yaratmış və kosmos şəraitini imitasiya etmək üçün
onları vakuuma yerləşdirmiş, daha sonra isə onları aşağı enerjili elektronlar
ilə partlatmışdırlar. Onların Journalof Chemical Physics
jurnalında dərc olunmuş elmi işi maraqlı nəticələrdən ibarət
idi:
«Biz membranda oksigenli metandan fərqli olaraq daha mürəkkəb molekula olan etanol kimi molekulaların əmələ gəlməsini görmüşük», — deyə Maykl izah edir. «Şübhəsiz olaraq, etanol canlı varlıqların tikinti bloku deyildir, lakin siz astronomik zaman çərçivəsində amin turşularına bənzər molekulaların əmələ gəlməsi üçün bütün lazımi şəraitin olduğunu təsəvvür edə bilərsiniz».
Aşağı
enerjili bu elektronların sadə molekulaları mürəkkəb molekulalar ilə
birləşdirməyə qadir olduğunu nəzərə alsaq, o zaman ola bilsin ki, ilkin
membrana daha çox molekulyar “komponentləri” əlavə etməklə amin turşularını
almaq mümkündür. Əgər bu günəş sistemində kometlər ilə milyard il bundan əvvəl
baş vermişdirsə, o zaman bu Yer kürəsində həyatın əmələ gəlməsinin mənşəyini
izah edə bilər.
Ola bilsin
ki, amin turşularının bu tikinti blokları Yer kürəsinin mövcud olduğu və güclü
bombalanmağa məruz qaldığı ilk günlərdə Yer kürəsinə gəlmişdirlər.
Lakin əgər
bütün canlılar üçün tikinti blokları kosmosda formalaşmışdırlarsa... o zaman
kim bilir? Yer kürəsi onların düşə biləcəyi yeganə planet olmaya da bilər…