Yoluxucu
parotit əleyhinə peyvəndlərin effektivliyi şübhə doğurmur. Kütləvi immunizasiya
ilə yoluxma və fəsadlardan ölüm halları kəskin şəkildə azalmışdır. Əgər
vaksinasiya olunmuş insan parotitə youxarsa, o zaman infeksiya yüngül: yəni,
vaksinasiya olunmamış insanlar arasında 30–50% qarşı nisbətdə 66% əlamətsiz
keçəcəkdir. MMR vaksini ikitərəfli parotit və orxitin inkişafı, eləcə də,
sidikdə virusun meydana çıxması riskini əhəmiyyətli şəkildə azaldır (o böyrəklərin
zədələnməsini təsdiq edir).
Lakin bütün
bunlara baxmayaraq, müasir dövrümüzdə epidemiyalar baş verir – bu faktdır.
Onlar haqqında məlumatlar mütəmadi olaraq müxtəlif ölkələrdən daxil olur. Alimlər
bunun nə üçün baş verdiyini və bu problemlə mübarizə yollarını
araşdırmağa çalışırlar.
Səbəb
№1: Vaksinasiya ilə cüzi ərazinin əhatə olunması
Nümunə — Yaponiya 1993 cü ildə parotit əleyhinə vaksini peyvəndlərin standart qrafikindən çıxarmış ölkədir. Urabe АМ9 ştammının vurulmasından sonra aseptik meningit faktı nəticəsində bu cür qərar qəbul olunmuşdur. Nəticə özünü uzun müddət gözlətmədi: Yoluxucu parotit xəstəliyi Gündoğan ölkədə kəskin şəkildə artdı. Digər ölkələrdə immunizasiyanın səviyyəsinin azalması məhz peyvənd əleyhinə hərəkatların fəal iştirakçılarının sayəsində baş verir. Yoluxucu parotit epidemiyasının bu cür izahı sadə ola bilərdi, lakin həqiqətdə isə hər şey çox mürəkkəbdir. İş burasındadır ki, yoluxanlar arasında vaxtilə vaksinin iki dozasını almış insanlar çox da az deyildir. 3 saylı cədvəldə əsas epidemiyalar ilə bağlı məlumatlar təqdim olunmuş və vaksinasiya olunmasına baxmayaraq, xəstələnmiş insanların payı göstərilmişdir.
Cədvəl 3. Son illər müxtəlif ölkələrdə Yoluxucu parotitin
epidemiyaları | |||
Epidemiya ili |
Ölkə |
Yoluxanların sayı |
Vaksinasiya olunnaların payı |
2017 |
ABŞ |
5629 | |
2016–2017 |
ABŞ |
2706 |
66% — 2 doza, 7% — 1 doza |
2015–2016 |
ABŞ |
317 |
16% — 3 doza, 73% — 2 doza, 4% — 1 doza |
2014 |
ABŞ |
1151 | |
2012–2013 |
Belçika |
4061 |
69% — 2 doza, 30% — 1 doza |
2009–2011 |
Yərusəlim |
3130 |
46,9% — 2 doza, 28,3% — 1 doza |
2013 |
Böyük Britaniya |
28 |
84% — 2 doza, 8% — 1 doza |
2013 |
Polşa |
2436 |
10,3% — 2 doza, 43,2% — 1 doza |
2009 |
ABŞ |
1521 |
75% — 2 doza, 13% — 1 doza |
2006 |
Avstraliya |
214 |
10,7% — 2 doza, 30,2% — 1 doza |
2006 |
ABŞ |
6584 |
62,5% — 2 doza, 24,8% — 1 doza |
2005–2006 |
Çex Respublikası |
5998 |
70,6% — 2 doza, 1,1% — 1 doza |
3 saylı cədvəldə iki doza vaksin almış insanların faizi yüksəkdir, lakin bunda
qəribə heç nə yoxdur. Tədqiqatın aparıldığı ölkələrdə az sayda vaksinasiya
olunmamış və vaksinin yalnız bir dozasını almış insanlar yaşayır və buna görə də,
xəstəliyə yoluxanlar arasında belə insanlar daha az idi. Əgər vaksinasiya
olunmuş və olunmamış insan üçün parotitə yoluxmaq ehtimalını hesablasaq, o
zaman o ikinci halda daha yüksək olacaqdır.
2017 ci ildə 2016
cı il ilə müqayisədə Rusiyada parotitə yoluxma dörd dəfə artmışdır. Vəziyyət
böhranlı deyildir və bu cür dinamikanın səbəblərini dəqiq sadalamaq mümkündür
(şəkil. 7). Bu həm vaksinasiyadan imtina halları, həm də, yoluxma səviyyəsinin
təbii tərəddüdləri – epidemiya dövrü ola bilər.
Səbəb №2:
İlkin vaksina çatışmazlığı
İlk vaksina
çatışmazlığı — immunitetin vaksinin vurulmasına cavabın “işə düşmədiyi” vəziyyətdir.
Aparılan tədqiqatlar göstərir ki, vaksinin iki dəfə vurulması vaksinin bir dəfə
vurulması ilə müqayisədə daha etibarlı müdafiəni təmin edir. Böyük Britaniyada,
Kanadada və İsveçdə baş qaldırmış epidemiyaların təhlili göstərmişdir ki,
yalnız bir dəfə peyvənd olunmuş insanlar xəstəliyə yoluxmuşdurlar. Genetik
olaarq təkrar vaksinasiyaya cavab verməyə qadir olmayan insanlar çox azdır—
populyasiyada 2–3% çox deyildir.
Səbəb №3:
Virus antigenlərində fərqlər
Aşkar
olunmuşdur ki, Avropada və Şimali Amerikada epidemiyaya səbəb olmuş virus G
genotipinə malik olmuşdur və o, Ceril Linn vaksin ştammının A genotipindən fərqlənir.
Vaksin gözəl immunitet yaradır və buna görə də, törədici mikrobun antigen müxtəlifliyinin
bu yaxınlarda baş vermiş epidemiyalarda vacib rol oynaması az ehtimal olunur.
Lakin bu amili də diqqətdən kənarda saxlamaq olmaz.
Səbəb №4: İkinci
vaksina çatışmazlığı
Vaksinin
vurulmasından sonra illərlə parotit virusu əleyhinə immun müdafiə azalır. Bəzi
tədqiqatların məlumatları bunu təsdiq edir.
- 2006
cı ildə ABŞ – da baş vermiş epidemiyanı tədqiq etmiş alimlər
aydınlaşdırmışdırlar ki, 10 il və ondan da əvvəl peyvənd olunmuş insanlar daha
çox yoluxma riskinə məruz qalmışdırlar.
- Fransada
və Belçikada baş vermiş epidemiyaların təhqiqatı göstərmişdir ki,
vaksinasiyadan sonra hər il yoluxma riski 10–27% artır.
- Ayova
ştatında epidemiyadan sonra başlanan və 20 000 insanı əhatə etmiş 2017 ci ilin
tədqiqatı göstərmişdir ki, vaksinasiya olunmuş insanlar arasında yoluxma riski
iki il bundan əvvəl 1 000 nəfərdən 1,6 nəfər təşkil etmiş, son 13 il
ərzində peyvənd olunanlar arasında —1 000 nəfərdən 11,3 nəfər təşkil etmişdir.
Bu vəziyyətin
öhdəsindən gəlmək üçün “vəhşi” və “vaksin” viruslarına immun cavabı və illər ərzində
müdafiənin zəifləməsi mexanizmlərini öyrənmək mümkündür.
Hələ də
qalmaqda davam edən problemlərə baxmayaraq, epidemik parotit əleyhinə
vaksinasiya öz effektivliyini sübuta yetirmişdir. Peyvənd nəinki yataqda
“şişmiş yanaqlar” ilə keçirilən həftəyə qənaət etməyə, eləcə də, sağlamlığını və
bəzən də, həyatı qoruyub saxlamağa kömək edir. Yoluxucu parotit uşaq
infeksiyaları arasında bu qədər təhlükəli olmasa da, bu yalnız ani görüntüdür.
Yoluxucu parotitin profilaktikası — vacib tapşırıq olub, bu zaman məsuliyyət nəinki
dünyanın güclü şəxsiyyətlərinin, alimlərin, həkimlərin, eləcə də, hər
bir valideynin öhdəsinə düşür.
Yoluxucu
parotit məğlub olmur