Yoluxucu parotit virusu
haqqında yəyqin ki az eşidibsiz.
Yoluxucu parotiti ilk dəfə olaraq Hippokrat təsvir
etmiş, və törədici mikrobu XX əsrin 30 – cu illərində E. Qudpasçer və K. Cons
identifikasiya etməyə müəyəssir olmuşdurlar.
Diametri
100–600 nm təşkil edən virion MuV məhz 15 384 nukleotidlərdən ibarət
olan RNT minus – zəncirindən ibarətdir. Onun genomu nukleokapdisli zülalı
kodlaşdıran yeddi transkripsiyalı vahiddən V/P/I-zülallardan,
ana zülaldan (М), birləşmə zülalından (F), kiçik hidrofoblu zülaldan
(SH), qemaqqlütinindən – neyraminidazadan (HN), RNT – polimerazanın böyük
subvahidindən ibarətdir (L) (şəkil. 3).
Viruslar hüceyrə membranında reseptorlar ilə HN – sialin turşuları ilə qarşılıqlı fəaliyyət sayəsində hüceyrələrə bitişirlər. Daha sonra səthi zülallar HN və F (qalan beşi virionun daxilində olur) virusun hüceyrə ilə birləşməsini təmin edirlər. M-zülal virusun xarici qılafı ilə nukleokapsid arasındakı əlaqə üçün xidmət göstərir. O həmçinin, F və HN qlikoproteinlərdən ibarət olan sahib – hüceyrənin membranının sahələrində viruslu ribonukleoproteinin lokallaşmasına yardım edir. Bu virionların infeksiyaya yoluxmuş hüceyrələrdən çıxışını yüngülləşdirir. Müasir təsəvvürlərə əsasən SH və V zülalları törədici mikrobları orqanizmin virus əleyhinə reaksiyalarından müdafiə edir: birincisi — TNFa –vasitəli apoptozu bloklayır, ikincisi — interferon və onun əmələ gəlməsi siqnallarını inqubasiya edir. Р (fosfoprotein) və L molekulaları replikaza və transkriptaza funksiyalarını yerinə yetirən polimeraza kompleksini əmələ gətirir: o virus zülallarını sintez edən həm RNT, həm də mRNT plyus – zəncirini qurur. I zülalın funksiyası naməlumdur.
3 saylı şəkildə virionunun qurulması sxemi və elektron mikroskob altında parotit virusunun xarici görünüşü təqdim olunmuşdur.
Şəkil 3. Yoluxucu parotit virusu. а —
Virionun
strukturu. b — Transmissiyalı elektron mikroskopun köməyi
ilə alınan virionların təsviri.
Orqanizmdə
törədici mikrobun yolu
Yoluxucu
parotit virusu selikli qişalar vasitəsilə orqanizmə daxil olur– nəfəs alma zamanı, ağız boşluğuna
düşməklə və ya gözlərin konyuktivinə daxil olur (şəkil. 4).
İnfeksiyanın yayılmasının əsas yolu – hava – damcı yolu olub, xəstə ilə birbaşa
təmas zamanı yayılır (söhbət, öskürmə, asqırma). Ümumi predmetlərin istifadə
olunması zamanı isə nadir hallarda bu xəstəliyə youxmaq mümkündür (məsələn, qab
- qacaq).
Şəkil 4. Orqanizmdə parotit
virusunun təxmini yolunu əks etdirən klinik təzahürlər.
İlkin olaraq
törədici mikrob tənəffüs yollarının selikli qişasının hüceyələrini yoluxdurur və
burada replikasiya baş verir, və xanazır virusu həm bazal (“aşağı”), həm də
apikal (“yuxarı”, orqanın mənfəzinə doğru yönəlmiş) hissələrdə hüceyrəyə nüfuz
edir, və əsasən apikal yolla ifraz olunur. Daha sonra
viremiya inkişaf edir: virus qana düşür və bütün orqanizmə yayılır. Bu adətən
inkubasiya dövrünün sonuna uyğundur. Törədici mikrob hədəf – orqanlarda:
qulaqyanı tüpürcək vəzisində, gözlərdə, mərkəzi sinir sistemində, mədəaltı vəzidə,
böyrəklərdə, xayalarda, yumurtalıqlarda, oynaqlarda «çökür». Əsasən qulaqyanı
tüpürcək vəziləri zədələnir. Burada yenidən virusun replikasiyası baş verir,
iltihab reaksiyası inkişaf edir. daha sonra viremiyanın ikinci dalğası
başlanır: virus külli miqdarda qana daxil olur və vəzi orqanları ilə MSS
yayılır. Bu zaman immunitet virusla fəal şəkildə mübarizə aparmağa başlayır və
orqanizm tədricən törədici mikrobdan təmizlənir.