Tibb

Yolxucu parotit. Vaksinasiya.

Yolxucu parotit. Vaksinasiya

Yolxucu parotitə qarşı aksinasiya varmı? Bu barədə bu günki söhbətimiz.

«Uşaqlıqda Yoluxucu parotit bir dəfə yoluxmaq və davamlı ömürlük immunitet əldə etmək» — ən yaxşı qərar deyildir. Vaksinin tətbiqinə qədər aparılan tədqiqatlar göstərmişdir ki, bütün yetkin insanların qanında xanazır virusuna qarşı anticisimlər mövcud deyildir. Deməli, xəstələnmək riski hələ də qalmaqda davam edir. Əlbəttə, peyvənd olunmuş insanlar da 100% müdafiə olunmamışdır. Lakin onlarda infeksiya əksər hallarda əlamətsiz keçir.

Əlbəttə, Yoluxucu parotit ölüm səviyyəsinə görə təbii çiçək virusu ilə müqayisə oluna bilməz, o taun kimi orta əsrlər Avropasının və Bizansın şəhərlərinin əhalisini məhv etməmişdir. ÜST ekspert mütəxəssisləri daha çox qızılca və məxmərək ilə mübarizəyə üstünlük verirlər, lakin onlar qeyd edirlər ki, əgər parotit əleyhinə vaksinasiyaya diqqət yetirməsək, o zaman infeksiya yayılacaq, və ona daha çox yetkin yaşlı insanlar yoluxacaqlar ki, bu zaman da ciddi fəsadların yaranması riski artır. Əgər peyvənd vaksin şəklində müdafiəni əldə etmək mümkündürsə, o zaman risk etməyin nə mənası var?

Yoluxucu  parotit əleyhinə vaksinin kəşf olunmasına qədərki dünya

Yoluxucu  parotit əleyhinə vaksinlərin geniş yayılmasına qədər bu xəstəliyə çox nadir hallarda, dünyanın bütün ölkələrində rast gəlinmişdir. Bu xəstəliyə yoluxma  100 000 əhalinin 100–1000 nəfərində baş vermişdir. Hər 2–5 ildən bir güclü epidemiya baş qaldırırdı.  Mülayim iqlimli ölkələrdə xəstəliyə yoluxmanın ən yüksək həddi  qış–yaz aylarına təsadüf edir, isti ölkələrdə isə insanlar il ərzində bu xəstəliyə yoluxurdular.

Hansı vaksin ştammları mövcuddur və onlar necə yaradılmışdır?

Yoluxucu  parotit virusu ilk dəfə olaraq 1945 – ci ildə ayrılmış,  artıq  1948 – ci ildə ABŞ – da ilk vaksin üçün lisenziya verirlər. O, inaktivasiyalı (ölmüş) virusdur. Bu hadisədən əvvəl  1946 cı ilin tədqiqatı başlanaraq, burada meymunların tüpürcək vəzilərindən virusu məhz formolinaktivasiyalı virusla vaksinasiya olunmuş 41 nəfərə və 32 nəfər vaksinasiya olunmamış uşaqlara vurulmuşdur. Tərqibən peyvənd olunmuş uşaqların yarısında xəstəliyin müqavimətini artırmağa müvəffəq olmuşdur.

1950 ci ildən 1978 ci ilə qədər ölmüş vaksini tətbiq etmişdir, lakin, kompaniya bir o qədər də effektiv olmamışdır: peyvənd etibarlı müdafiəni təmin etməmiş, ondan sonra isə immunitet müəyyən vaxt qorunub saxlanılmışdır. Müxtəlif ölkələrdə ötən əsrin  70-ci illərin ortasından başlayaraq canlı zəif parotit vaksinlər meydana çıxmağa başlamışdır. Öz variantlarını Yaponiyada, İsveçrədə, ABŞ – da, Sovet İttifaqında işlənib hazırlanmışdır. Bu zaman virusun müxtəlif ştammlarını və onların becərdilməsi variantlarını istifadə etmişdirlər  (toxumalarda törədici mikrobun ardıcıl şəkildə becərilməsi).

Ceril Linn ştampı

1963 cü ildə Merk əczaçılıq şirkətində işləyən alim Moris R. Xilleman  (şəkil 6), gecə beş yaşlı qızı tərəfindən yuxudan oyadıldı və uşaq boğazındakı ağrıdan şikayət etmişdir. Ata qızının üzündə xarakterik şişkinlik gördü və dərhal anladı ki, o Yoluxucu  parotitə yoluxmuşdur. O qızını yatağa uzatdı və onun boğazından yaxma götürdü. Bir qədər sonra virusun ştammından xanazır əleyhinə ilk amerika zəif vaksinini istehsal etmişdirlər. Vaksin ştammını toyuq embrionlarının toxumalarında, daha sonra isə toyuq embrionlarının hüceyrələrində becərməklə hazırlayırdılar.  Xilleman  bu ştamma qızı  — Ceril Linnin adını verdi (şəkil. 6).



Şəkil 6. Ata və qız Xillemanlar – Yoluxucu  parotit əleyhinə ilk canlı vaksini kəşf edən alimlərdir. а — Moris Xilleman, işlənib hazırlanmış vaksinlərin sayına görə rekordsmenb — Vaksinin yaradılması üçün bioloji materialı təqdim etmiş və hazır məhsula öz adını vermiş Ceril Linn Xilleman. İndi o, biotexnologiyalar sahəsində startaplar üzrə maliyyə məsləhətçisi kimi Silisium vadisində işləyir.


Yeni vaksini  1967 ci ildə ABŞ – da bəyənmiş, 1977 ci ildən isə planlı vaksinasiya üçün tövsiyyə etmişdirlər. 30 il ərzində o, ABŞ – nın ərazisində tətbiq olunan parotit əleyhinə təbii vaksin idi.  500 milyondan artıq  dozanı  digər ölkələrə ixrac edirdilər. Nəticələr tez bir zamanda əldə olundu: Amerikada Yoluxucu  parotit  yoluxma peyvəndin tətbiq olunmasına qədər 1% - ə qədər azalmışdır. Ceril Linn əsasında vaksinin bir dozası 80–100% hallarda kükürdün konversiyasına (immunizasiyadan sonra qanda törədici mikroba qarşı anticisimlərin əmələ gəlməsi) gətirib çıxarır, klinik Yoluxucu  parotitə qarşı münasibətdə effektivlik 63–96% təşkil edir.

RIT 4385 ştammı                

RIT 4385 — həmin Moris Xillemanın məhsuludur (o alimlik fəaliyyəti ərzində 40 – dan artıq vaksin icad etmişdir). O, Ceril Linn ştammının dominant klonundan alınmışdır. Müqayisəli tədqiqat zamanı Ceril Linn və  RIT 4385 külürdün konversiyasının təxminən eyni səviyyəsini göstərmişdir — buna müvafiq olaraq 97% və 96% təşkil etmişdir. Ceril Linn ştammını alan insanlarda törədici mikrob əleyhinə anticisimlərin ən yüksək səviyyəsi qeydə alınmışdır. Lakin, preparatların müqayisə olunması üçün klinik tədqiqatlar keçirilməmişdir.

Leninqrad-3 ştammı

Ötən yüzilliyin 50 – ci illərində canlı vaksinləri yaratmaq cəhdlərini nəinki amerikalı, eləcə də, sovet alimləri göstərmişdirlər. Toyuq embrionlarında yetişdirilən ilk vaksinlər geniş şəkildə tətbiq olunmamışdır, belə ki, onlar dəridaxilinə vurulma zamanı güclü reaktogenliyə malik olmuşdurlar. Paster adına Leninqrad epidemiologiya və mikrobiologiya İnstitutunun əməkdaşları A.A. Smordinsev və N.M. Nəsibov uğur əldə etmişdirlər. Sovet vaksin ştammını dəniz donuzlarının böyrəklərinin hüceyrəsində produksiya edərək, sonralar yapon bildirçinlərinin embrionlarının hüceyrələrində becərmişdirlər. Bu texnologiyalar reaktogenliyi azaltmağa imkan verdi.

Leninqrad-3 ştammını 1980 cı ildən etibarən Sovet İttifaqında planlı vaksinasiya üçün istifadə edirdilər. Aparılan tədqiqatlardan göründüyü kimi 1–7 yaşlı uşaqlarda kükürdün konversiyası 89–98%, effektivliyi isə — 92–99% çatmışdır. Rusiya federasiyasında epidemiya zamanı 1-12 yaşlı 113 967  uşağın təcili profilaktikası tədbiri kimi vaksinlə aparılan sınaqlar onun 97% effektivliyini göstərmişdir.

Leninqrad-Zaqreb ştammı

Bu  Leninqrad-3 ştammının «xələfidir»: virusu toyuq embrionunun fibroblastlarında adaptasiya yolu ilə Xorvatiyada zəiflətmişdirlər. Leninqrad – Zaqreb ştammının əsasında alınan  vaksin Xorvatiyada və Hindistanda  tətbiq olunur, onları milyonlarla uşaqlara vurmuşdurlar. Tədqiqatmılar göstərmişdirlər ki, preparatın təmin etdiyi klinik müdafiə praktiki olaraq Leninqrad – 3 üçün eynidir.

AM9 Urabe ştammı (Urabe AM9)

Urabe АМştammı əsasında alınan canlı vaksini ilk dəfə olaraq Yaponiyada, daha sonra isə Fransada, Belçikada, İtaliyada lisenziya əsasında tətbiq etmişdirlər. Onu toyuq embrionunun hüceytəsində və ya embrionlu tiyuq yumurtasının qılafından alırlar.

Urabe AM9 bir neçə ölkələrin ərazisində uğurla tətbiq olunmuşdurTədqiqatçılar göstərmişdirlər kiimmunizasiya olunmuş şəxslərdə kükürd konversiyası 12-20 aydan sonra 92–100% təşkil edir. Böyük Britaniyadan olan alimlər üçvalentli vaksinlərdən ibarət olan Ceril Linn və Urabe AM9 ştammları üçün kükürd konversiyasını müqayisə etmişdirlər  (qızılcaməxmərəkparotit): o müvafiq olaraq 81%  85% təşkil etmişdir. 5–6 ildən sonra Kanadada eyni prosedur həyata keçirilmiş və Ceril Linn ştammı üçün kükürdün konversiyası  85% və Urabe AM9 ştammı üçün kükürdün konversiyası  93% təşkil etmişdir.

Bəzi ölkələrdə meningit şəklində fəsadların daha yüksək tezliyi nəticəsində  Urabe AM9 ştammından imtina etmişdirlər — 143 000 dən 1 – i Ceril Linn üçün  227 000 – dən  1.

Ceril Linn, Urabe AM9 və Leninqrad-3 ştammı əsasında alınan vaksinlər birdən artıq zəif viruslu klondan ibarətdirlər. Yan effektlərin effektivliyi və yüksək ehtimalı baxımından bunun pis və ya yaxşı olması – hələ ki, məlum deyildir.

Rubini ştammı (Rubini)

Preparatı 1985 ci ildə İsveçrədə işləyib hazırlamış və onun üçün lisenziyanı təqdim etmişdirlər. Vaksinli ştamm WI-38 diploidli insan hüceyrəsinin zəncirində passajlar ilə alınmış, daha sonra isə MRC-5 diploidli insan hüceyrəsinin zəncirində sonradan adaptasiya ilə embrionlu toyuq yumurtalarında alınmışdır. Tədqiqatlar zamanı isveçrə ştammı daha aşağı kükürd konversiyasını və Ceril Linn və  Urabe AM9 ştammları ilə müqayisədə daha cüzi effektivliyi göstərmişdir və buna görə də, ÜST ekspert mütəxəssisləri onu planlı vaksinasiya üçün tövsiyyə etməmişdirlər. İstehsalçı daha güclü ştamm almağa cəhd göstərmiş, lakin sonra bu ideyadan imtina etmişdir.

S79 ştammı

S79 — çin məhsuludur. S79 əsasında alınan vaksini Çinin 100 milyondan artıq sakininə vurmuşdurlar. Bu ştammın immunogenliyinə görə Urabe AM9 ştammından geri qalmaması haqqında məlumatlar mövcuddur, lakin bu zaman müqayisəli klinik tədqiqatlar aparılmamışdır.

MMR və onun parotit üzrə «həmkarları»

Yoluxucu  parotit əleyhinə vaksinlər üç növdə olur:

-  monovalentli — yalnız bir xəstəliyin əleyhinə (Yoluxucu  parotit);

-  ikivalentli — qızılca və parotit əleyhinə;

-  üçvalentli — qızılca, parotit və məxmərək əleyhinə.

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan üçvalentli vaksinlərin daha geniş yayılmış müxtəlif növləri 2 saylı cədvəldə təqdim olunmuşdur.


Cədvəl 2. Qızılca, məxmərək, parotit əleyhinə daha geniş yayılmış üçvalentli vaksinlər

Vaksinin adı

İstehsalçı

Yoluxucu  parotit virusunun ştammı

MMR II

Merck (qərargahı Almaniyada)

Ceril Linn

Priorix

GSK (Böyük Britaniya)

RIT 4385

Trimovax

Aventis (Hindistan)

Urabe AM9

Tresivac

Serum Institute of India (Hindistan)

Leninqrad - Zaqreb

Trivarten

Berna Biotech (İsveçrə)

Rubini

MMR Berna

Berna Biotech (İsveçrə)

S12 Razi-strain


Rusiyada beş vaksin qeydiyyata alınmışdırmonovaksindivaksin və üç üçvalentli vaksinlərMonovə divaksina planlı və təcili profilaktika üçün nəzərdə tutularaq hər ikisi Rusiyannı ərazisində istehsal olunur. Üçvalentli vaksinlər – idxal olunmuş vaksinlər olub, yaxın vaxtlarda yalnız onlardan biri kommersiya bazarında əlçatan olacaqdır.

Rusiyanın ərazisində qeydiyyata alınan Yoluxucu  parotit əleyhinə vaksinlər

-  Parotitli canlı quru vaksin   «Mikrogen» EİB tərəfindən buraxılır. Onu Leninqrad – 3 ştammından hazırlayaraq yapon bildirçinlərinin embrionlarının fibroblastlarında becərirlər. Bir doza   20 000 az olmayan ТSD50 virusundan  (toxumanın sitopatogen dozalarında canlı vaksinlərdə rast gəlinən viruslu hissəciklərin tərkibi mövcuddur ), və 25 mkq qədər qentamisin sulfatdan ibarətdir.  Vaksinin tərkibinə stabilizatorlar – jelatin və ya sorbit və jelatoza LS-18 daxildir. Planlı vaksinasiya zamanı  ilk dozanı 12 ay, ikinci dozanı isə — 6 il ərzində vururlar. Təcili vaksinasiya zamanı bir yaşından yuxarı, əvvəllər xəstələnməmiş və ya peyvənd olunmamış uşaqlara  xəstə ilə davamlı təmasda olduqdan sonra ilk 72 saat ərzində vurmaq lazımdır.

-  Parotitli – qızılcalı canlı quru vaksin   elə ordaca istehsal olunur və Leninqrad-3 ştammından ibarətdir. Ştammı yapon bildirçinlərinin embrionlarının hüceyrəsində becərirlər. Virusun tərkibi, köməkçi maddələr və vaksinasiya qrafiki – monovalent vaksinlərdə olduğu kimidir.

-  Üçvalentli vaksin MMR-II  Merck Sharp & Dohme Niderland şirkəti tərəfindən isrehsal olunur. Onun tərkibinə virusların ştammları daxildir: Yoluxucu  parotit  — Ceril Linn, qızılca — Edmonston, məxmərək — Wistar RA27/3. Parotit virusunu toyuq embrionunun hüceyrəsində becərirlər. Bir doza  5000 TSD50 xanazır virusundan ibarətdir. Köməkçi komponentlər — neomisin (təxminən 25 mkq), sorbit, jelatindir. MMR-II vaksinasiyası 12 yaşından həyata keçirilir – bu cür tövsiyyələr xüsusilə də, Rusiyanın dərman vasitələrinin Registrində və dərman preparatları və qida məhsullarının keyfiyyətinə nəzarət üzrə amerika İdarəsinin  saytında əksini tapır (Food and Druq Administration, FDA).

-  Üçvalentli vaksin Priorix («Prioriks») — britaniya şirkətinin məhsuludur GlaxoSmithKline (GSK). Onun tərkibinə virusların ştammları daxildir: Yoluxucu  parotit — RIT 4385, qızılca — Schwarz, məxmərək — Wistar RA27/3. Qızılca və parotit viruslarını toyuq embrionlarının hüceyrəsində ayrıca olaraq becərirlər. MMR-II olduğu kimi preparatın bir dozasında  5 000 TSD50 parotit virusu, 25 mkq qədər  neomisin dulfat mövcuddur. Prioriks vaksini 12 aydan etibarən planlı vaksinasiya üçün tətbiq olunur. Yaxın vaxtda Rusiya Federasiyasına tədarük olunmayacaqdır.

-  Qızılca, parotit və məxmərək əleyhinə zəif həlledici vaksin — Rusiyada tətbiq olunan üçüncü üçvalentli vaksin olub, Hindistanda zərdablar İnstitutunda istehsal olunur (Serum Institute of India). Preparatın daxilinə növbəti virus ştammları daxildir: parotit — Leninqrad-Zaqreb, qızılca — Edmonston-Zaqreb, məxmərək — Wistar RA27/3. Parotit virusunu toyuq embrionlarının hüceyrəsində becərirlər. Doza 5 000 TSD50 parotit virusundan, lakin 10 mkq artıq olmayan  neomisin, jelatin, sorbitoldan ibarətdir. İlk vaksinasiya 12 ayında, təkrar vaksinasiya isə 6 ay ərzində aparılır. Bu vaksini artıq bir neçə il ərzində qeydiyyata almaq mümkün olmur, və buna görə də, onu hələ ki, Rusiyada tətbiq etmirlər.

Peyvənd təqvimi nəyi əlavə olaraq qeyd edir?

ÜST ekspert mütəxəssisləri mütəşəkkil immunizasiya sisteminin mövcud olduğu bütün ölkələrdə Yoluxucu  parotit əleyhinə planlı vaksinasiyanın aparılmasını tövsiyyə edirlər. Bu zaman ekspert mütəxəssislər qeyd edirlər ki, immunizasiya ilə əhatə olunma 80% - dən aşağı düşməməlidir. Onun kifayət qədər əhatə olunmaması zamanı xəstəliyə yoluxma səviyyəsi artır, və yuxarı yaşlı insanlar tez – tez xəstələnir – xatırladığımız insanlarda isə Yoluxucu  parotit daha ağır formada keçir.

Effektiv immunizasiyanın təmin olunması üçün ÜST vaksini iki dəfə vurmağı tövsiyyə edir. İlk peyvənd 12 – 18 aylıq uşağa vurulmalıdır, çünki bu yaşda ananın anticisimləri onu daha müdafiə etmir. İkinci peyvəndin müddətləri dəyişir, lakin onu daha çox birinci sinfə gedən 6 yaşında uşağa vururlar. Birinci və ikinci vaksinasiyalar arasındakı minimal müddət 3 ay təşkil etməlidir. Bu tələblərə bütün ölkələr riayət etmir: onların bəzilərində uşaqlara yalnız bir peyvənd vururlar. Lakin ÜST ekspert metəxəssisləri iki dozanın vurulmasını təkid edirlər: təcrübədən göründüyü kimi, bu xəstəliyi daha yaxşı nəzarət altında saxlamağa kömək edir.

Rusiyada vaksinlərin vurulması müddəti Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin “Milli profilaktik peyvəndlər təqviminin və profilaktik peyvəndlər təqviminin epidemik göstərişlərə əsasən təsdiq olunması haqqında” 125н  saylı 21 mart 2014 cü il tarixli Əmrlə nizama salınmışdır.  Milli səhiyyə ÜST təövsiyyələrinə dəqiq riayət edərək peyvəndlər təqvimində qızılca, məxmərək və Yoluxucu  parotit əleyhinə iki planlı vaksinasiya nəzərdə tutulmuşdur:

-   Birinci immunizasiya — 12 aylıqda. Eyni zamanda yüksək risk qrupuna daxil olan uşaqlara viruslu B hepatiti əleyhinə peyvənd də vururlar.

-  İkinci immunizasiya —  6 yaşında.

Parotit əleyhinə peyvəndləri  planlı şəkildə 18 yaşına qədər vururlar. Əgər uşaq təqvimə əsasən 1 və 6 yaşlarında peyvənd olunmamışdırsa, o zaman 6 yaşından sonra o 3 aydan az olmayan intervalla iki peyvənd almalıdır.

Epidemik göstərişlərə əsasən  bütün yetkin yaşlı insanları peyvənd edirlər, və bunun üçün

1 - insan xəstələnməməli;

2 - məlum olduğu kimi uşaqlıqda peyvənd almamalı;

3 - vaksinasiyanın keçirilməsinin sənədli təsdiqi olmamalı;

4 - laborator tədqiqatlardan göründüyü kimi, Yoluxucu  parotit əleyhinə immuniteti olmamalıdır.

Yetkin yaşlı insanlar minimum bir doza vaksin almalıdırlar. “Epidemik göstərişlərə əsasən profilaktik peyvəndlər təqviminə” (125н saylı Əmrə dair 2 saylı Əlavə) müvafiq olaraq parotit ocaqlarında olan, peyvənd olunmayan və ya peyvənd olunmaları haqqında sənəd təqdim edə bilməyən insanlar peyvənd olunmalıdır  .

 

Yoluxucu parotit

Yolxucu parotitə necə yoluxurlar

Yoluxucu parotit virusu haqqında

Yolxucu parotit. Vaksinasiya. Təhlükəsizlik.

Yoluxucu parotit məğlub olmur

Вконтакте

Axırıncı

Nə üçün su yanmır?

Nə üçün su yanmır?

Bir qism əşyaları güclü şəkildə qızdıran zaman onlar alışır. Digərləri isə hətta zəid qızma zamanı da yanır. Ümumiyyətlə,

Coronavirus triviası

Coronavirus triviası

2019- 20 koronavirus pandemiyası, 2019-cu ildə koronavirus xəstəliyi ilə əlaqəli hələ də davam edən beynəlxalq sağlamlıq vəziyyətidir.

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Leonardo da Vinçi fiziki xüsusiyyəti sayəsində dahi olmuşdur

Yağlı boya ilə çəkilən rəsm əsərlərinin, heykəllərin və şəkillərin təhlili göstərmişdir ki, İntibah dövrünün dühası ola bilsin

dəvələr haqqında Dəvələrin iki növü var

Uşaqlara dəvələr haqqında əyləncəli faktlar

Dəvənin iki növləri arasındakı fərqi öyrənin, dəvələrin tarix boyu insanlar tərəfindən necə istifadə edildiyi, sürətlənə biləcəyi və

kosmik səyahətə

Hər kəsi kosmik səyahətə göndərməyə hazır olan şirkətlər

Bu gün hər kəsi kosmosa səyahətə göndərmək daha real olub. Qeyd etmək lazımdır ki, planetlər arası turlar – çox bahalı zövqdür,

Mobil oyunların faydası

Mobil oyunların faydası

Mobil oyunlar oynamaq çox yayğındır. Dünyadakı insanların hər üçündən biri mobil oyunçulardır. Mobil oyunlar dünya

Güclü qalmaq üçün tövsiyələr  Emosional

Güclü qalmaq üçün tövsiyələr

Çətin şəraitdə bir çox insanların duyğuları partlayır. Çox vaxt əziyyət çəkirlər və özlərini idarə edə bilmirlər.

Elektron kontakt linzalar

Elektron kontakt linzalar

Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən

Amerikanın ən gənc sahibkarların təcrübələriylə tanış olun.

Gənc sahibkarların biznes təcrübələri

Sahibkarlıq istedadı və ilhamı yaş tanımır. Bəzi istedadlı gənc təşəbbüskarların lotereya bileti almaq və ya sürücülük vəsiqəsi

Tarixin ən böyük moda sahibkarları Ralf Lauren Phil Knight Levi Strauss

Tarixin ən böyük moda sahibkarları

Ralf Lauren dedikdə ağıla dəbdəbəli lüks həyat yaşayan amerikalı gəlir. Nyu-Yorkda doğulan modelyerin istədiyi də məhz bu idi.

ufo