Vaksinasiyanın əleyhedarlarının arqumentlərindən biri də - guya ki
peyvəndlərdən sonra inkişaf edən çoxsaylı ağır yan effektlərdir. Əlbəttə ki,
immunizasiyanı təmamilə təhlükəsiz tədbir adlandırmaq yalan olardı. Vaksinlər –
dərman preparatlarıdır və onlar təmamilə təhlükəsiz ola bilməzlər.
Burada məsələ
fayda ilə risklərin qarşılıqlı nisbəti ilə bağlıdır. Peyvəndlərər qədərki dövrdə
“uşaq” infeksiyaları çoxlu sayda insan həyatına son qoyurdu. Halbuki, bu qədər
diqqəti cəlb etmiş müasir vaksinlərin arzuolunmaz reaksiyalarına nadir hallarda
rast gəlinir. Bir çox hallarda yumşaq əlamətlər meydana çıxır ki, onlar da sərbəst
şəkildə keçir və hər hansı bir ciddi fəsadlara səbəb olmurlar.
Belə ki,
parotit əleyhinə peyvəndlərin daha tez – tez rast gəlinən yan effektləri – iynənin
vurulduğu yerdə şişkinlik və cüzi ağrılardır. MMR vaksinin vurulmasından təqribən
2-3 həftə sonra 50 uşaqdan birində xanazırın yüngül əlamətləri meydana çıxır:
qulağın yanında cüzi şişkinlik müşahidə olunur və o da bir – neşə
gündən sonra çəkilir. Bəzən bədəninin hərarəti bir qədər artır,
allergiya reaksiyaları və / və ya KRVİ – nı xatırladan əlamətlər meydaan çıxır.
Orxit və
qulaqla bağlı problemlər
Tədqiqatların
birində alman alimləri 1976–1989 – cu illərdə parotit əleyhinə
vaksinin 5,5 milyon dozasının vurulmasından sonrakı fəsadların
spekterini qiymətləndirmişdilər. Xayanın altı iltihabı halı aşkar olunmuş, və
onlarda ikisi həqiqətən də hidrosele olmuş, qalan dördündə isə əlamətlər 2-3
gündən sonra yoxa çıxmışdır.
Digər tədqiqatda vaksinadan sonrakı neyrosensor ağır eşitmə hallarının
geniş yayılması təhlil olunmuşdur. Həmin vaxtda Böyük Britaniyada 6
milyon doza MMR vaksini vurulmuşdur. Tədqiqatçılar doqquz neyrosensor ağır
eşitmə halları haqqında məlumat vermişdirlər. Pozuntu halı immunizasiyadan
sonrakı müxtəlif zaman kəsiyi ərzində - 3 həftədən 14 aya kimi inkişaf
etmişdir. Heç bir halda patologiyailə vaksinasiyanın əlaqəsini əminliklə sübut
etmək olmaz.
Aseptik
meningit
Aseptik
meningit (beyin qişalarının iltihabı) — yolxucu parotit əleyhinə vaksinasiyanın
kəskin fəsadıdır. Müxtəlif tədqiqatların məlumatlarınma əsasən onların tezliyi 400
000 – in 1 – dən 500 000 peyvəndin 1 qədər variasiya edir. Bu cür fərq üç məqamla
bağlıdır:
- vaksinləri
müxtəlif ştammlardan hazırlayırlar;
- istehsal
texnologiyaları fərqləndirirlir;
- müxtəlif
tədqiqatlarda qiymətləndirməyə yanaşma üsulları fərqlənir (məsələn, alimlər
diaqnostikanın müxtəlif meyarlarından istifadə etmişdirlər).
Aseptik
meningit qızdırma titrətmə, baş ağrıları, qıcıqlanma, yuxululuq, ürək
bulanması, və qusma, fotofobiya (işığa qarşı yüksək həssaslıq) şəklində təzahür
edir. İlk əlamətlər adətən vaksinin vurulmasından 7-30 gün sonra meydana
çıxır. Vaksinasiya ilə assosiasiya olunmuş aseptik meningit daha çox fəsadsız
keçir və pasiyentlər hər hansı bir ciddi nəticələr olmadan sağalırlar.
Hansı vaksin
ştammları aseptik meningitə səbəb olur?
2006 cı ildə
ÜST vaksinlərin təhlükəsizliyi üzrə qlobal konsultativ komitə (VTQKK)
parotit əleyhinə vaksinlərin yan effektlərini öyrənərək, aseptik meningitə
xüsusi diqqət yetirmişdir. Beyin qılaflarının vaksinadan sonra zədələnməsinin
tezliyini dəqiq müəyyən etmək mümkün olmasa da, onların əsasən
Urabe АМ9, Leninqrad-Zaqreb, Hoshino, Torii və Miyahara ştammlarının
vurulmasından sonra rast gəlindiyi qeyd olunmuşdur. Bəzən aseptik
meningit Ceril Linn və RIT 4385 ştammları ilə vaksinasiyadan sonra inkişaf
etmiş, lakin bu hallardan heç biri virusoloji tədqiqatlar ilə təsdiq
olunmamışdır. Leninqrad – 3 ştammı Ceril Linn ştammı ilə oxşar təhlükəsizliyə
malikdir.
Ümumilikdə, vaksinlərin
təhlükəsizliyi üzrə qlobal konsultativ komitənin (VTQKK) ekspert mütəxəssisləri
qeyd etmişdirlər ki, haqqında zəruri informasiyanın mövcud olduğu bütün parotit
əleyhinə vaksinlər eyni qaydada təhlükəsizdir və onlar immunizasiyaya qədər tətbiq
oluna bilərlər.
Parotit əleyhinə
milli vaksinaya dair Təlimatda göstərilmişdir ki, peyvənd olunan insanların əksəriyyətində
vaksina prosesi əlamətsiz keçir.
Peyvənddən
sonra müxtəlif ifadə dərəcəli bəzi yan reaksiyalar müşahidə oluna bilər:
Tez - tez (1/10
— 1/100):
5 sutkadan 15 sutkaya qədər — небольшое
кратковременное повышение температуры тела, ринит, легкое покраснение слизистой
оболочки зева. Когда вакцину вводят большому количеству людей, допустимо
повышение температуры до 38,5 °С не более чем в 2% случаев. Если температура
превышает 38,5 °С, применяют жаропонижающие средства.
Nadir
hallarda (1/1000 — 1/10000):
- Vaksinasiyadan sonrakı ilk 48 saat ərzində — dəridə
reaksiya: qızarma (hiperemiya), iynənin vurulduğu yerdə cüzi şişkinlik müşahidə
olunur. Adətən, bu əlamətlər özbaşına, müalicəsiz keçir.
- 5 sutkadan 42 sutkaya
qədər — qulaqyanı tüpürcək vəzilərinin cüzi böyüməsi. Onlar 2-3
sutkadan sonra normaya qaytarılır.
- Halsızlıq, pis
yuxu, narahatlıq.
Çox nadir
hallarda (<1/10000):
- İlk
24–48 saat ərzində allergiyaya meylli insanlarda allergiya reaksiyaları müşahidə
olunmuşdur.
- 2–4
həftə sonra — xoşxassəli gedişatı olan serozlu meningit qeydə
alınmışdır.
- Xayalıq
nahiyəsində ağrı, şişkinlik. Bu cür əlamətlər tez keçir.
Allergiyalı insanlar üçün toyuq embrionları təhlükəlidirmi?
Xarici
üçvalentli vaksinlər üçün virusları (Rusiyada yalnız ММР2
münasibdir, belə ki, qalanlarının qeydiyyatı aparılmamışdır) toyuq
embrionlarının hüceyrələrində becərirlər. Hazır preparatda yumurta zülalının
ağının rast gəlinir. Belə bir sual meydana çıxır: bu cür peyvəndlər yumurta
ağına qarşı allergiyadan əziyyət çəkən insanlar üçün nə qədər təhlükəlidir?
Aparılan tədqiqatlar göstərmişdir ki, toyuq embrionlarının hüceyrələrində becərilən
viruslar ilə parotit əleyhinə vaksinlər yumurtaya qarşı allergiyalar zamanı təhlükəsizdir.
Toyuq
embrionlarının hüceyrələrində becərilən virusla hər hansı bir konkret vaksinlər
ilə peyvənd etmək münaibdirmi: əgər insan toyuq yumurtasının ağından ibarət
olan qidanı yeyə bilərsə, o zaman onu cəsarətlə peyvənd etmək mümkündür.
Zamanla
ekspert mütəxəssislərin tərkibi yumurta ağından ibarət olan vaksinlərə qarşı
münasibətinin dəyişdiyini izləmək mümkündür. Belə ki, 2000 ci ildə
Böyük Britaniyada yumurtaya qarşı allergiyalı uşaqların immunizasiyası ilə
bağlı tövsiyyələr çap olunmuşdur. Onlar yüngül allergiya reaksiyaları
zamanı MMR vaksinasiyasını ilkin tibbi müəssislərdə, ağır allergiya
reaksiyaları zamanı isə MMR vaksinasiyasını klinikalarda
aparmağı tövsiyyə edirlər. Bir neçə ildən sonra allerqologiya və klinik
immunologiya üzrə Britaniya cəmiyyəti (British Society for Allergy &
Clinical İmmunology, BSACI) yeni vəsaiti dərc etdirmiş və o artıq
yumurtaya qarşı istənilən allergiya reaksiyasına malik olan insanlara da tibbi
müəssisələrdə peyvənd olunmasını tövsiyyə edirdi. Yalnız vaksinin özünə qarşı
anafilaktik reaksiyaya malik olan uşaqlar risk qurupuna daxil idilər.
Əks göstərişlər
Əgər Rusiya
haqqında danışsaq, o zaman parotit əleyhinə mono – və divaksinin vurulmasına
dair əks göstərişlər preparatların təlimatlarında təqdim olunmuş və
aşağıdakılardan ibarətdir:
- anafilaktik
reaksiyalar və ya aminoqlikozidlərə (qentamisin sulfata), toyuq və / və ya
bildirçin yumurtalarına qarşı allergik reaksiyaların ağır formaları;
- ilkin
immun çatışmazlıq vəziyyəti (QİÇS-yoluxma əks göstəriş deyildir), bədxassəli
törəmələr və qan xəstəlikləri;
- güclü
reaksiya (bədənin hərarətinin 40 °С qədər qalxması, hiperemiya və/və ya
vaksinin vurulduğu yerdə 8 sm – dən artıq diametrdə şişkinlik) və ya parotit və
ya parotit – qızılca vaksininin əvvəllər vurulması zamanı meydana çıxmış fəsadlar;
- hamiləlik
və ya laktasiya dövrü;
- kəskin
xəstəlik və ya xroniki xəstələliklərin kəskinləşməsi.
Rusiya
preparatının təlimatında əks göstəriş kimi hamiləlik və ya laktasiya dövrü qeyd
olunmuşdur. İnsan immunoqlobulininin vurulması anından etibarən 2 ay ərzində
peyvənd etmək qeyri – effektivdir.