Yuxsuzluğa qalib gəlmək və daha effektiv
işləmək haqqında 9 məsləhət
1. Qəhvəyə
münasibətinizi dəyişin
Əgər möcüzəli
təsirə malik olan bu narkotik maddə - işinizin məhsuldarlığını artırmaq üçün
sizin ən sevimli içkinizdirsə, o zaman bu qaçılmaz olaraq yuxusuzluğa gətirib
çıxaracaqdır. Hətta əgər siz günorra saatlarında müəyyən dozada kofein qəbul
etməyinizə baxmayaraq yaxşı yatdığınızı düşünürsünüzsə, bir qədər keçmiş vəziyyət
radikal surətdə dəyişilə bilər. Əlbəttə ki, pis tərəfə.
Zamanla sizdə
(əgər hələ yaranmamışdırsa) absistent sindrom əmələ gələ bilər ki, bu da gecələr
dişləri qıcıtmaqla (dişin minasına yazığınız gəlmir?), lunatizm (mənim bir
tanışım gecə gəzintisi zamanı az qala özünü eyvandan atacaqdı) və
qorxulu yuxular ilə (brrr...) təzahür edə bilər.
Bununla əlaqədar
olaraq sizi qəhvədən imtina etməyə və ya onun istifadəsini minimuma salmağa səmimi
şəkildə çağırıram. İradəniz zəifdir? O zaman qəhvəni daha faydalı içkilər, məsələn,
portağal şirəsi, yaşıl və ya zəncəfilli çayla əvəz edin. Ən yaxşısı isə səhər
saatlarında banan və ya qoz – fındıq yeməyi vərdiş edin – onlar sizin
orqanizminizi daha sürətlə enerji ilə təchiz edəcək və sizin işinizi məhsuldar
edəcəklər.
Sətirbaşını
oxudum – sanki hər hnası bir qadın jurnalından kəsilmiş parçadır. Bəli, cənablar,
bayağı səslənir. Bəs nə edək? Bu real olaraq faydalı məsləhətdir və siz onun
barəsində eşitmisiniz, lakin ona heç kim əməl etmir (fransız dilimə görə üzr
isyətirəm). Belə ki, qoyun o bir dəfə də təkrarlansın – birdən kimsə ayıldı.
2. Yuxudan əvvəl
qida qəbulunuza diqqət yetirin
Məqalənin əsasən
daha çox psixologiyaya həsr olunmasına baxmayaraq, bu barədə xatırlamamaq
mümkün deyildir, axı psixiki durum (o cümlədən də, yuxunun keyfiyyəti) qidalanma
ilə sıx şəkildə əlaqədardır. Bu sizin düşündüyünüzdən də artıqdır…
Əgər siz
yatmazdan əvvəl daha çox şirin qida qəbul edirsinizdə, o zaman siz daha çox
enerji əldə edirsiniz ki, bu da o deməkdir ki, siz yatağınızsa tələb olunandan
da artıq o yana bu yana çönəcəksiniz. Nə üçün sağlam yuxu üçün sizə lazım olan
vaxtı boş yerə itirəsiniz? Daha az şirniyyat yeyin və “yaxşı” yağlara və
zülallara üstünlük verin ki, onlara da soyutma yumurta, süd məhsulları, yüngül
omlet, mayonezsiz salat, bal aiddir. Bütün bunlar gecə yeməyi üçün münasibdir.
Ən əsası, onları da külli miqdarda qəbul etmək olmaz
Axşamlar şirniyyat yeməyin
3. Öz iPhonunuzu başqa otağa qoyun
Günorta
saatlarında smartfonlar, şübhəsiz olaraq, sizin məhsuldarlığınızı güclü şəkildə
artırırlar. Lakin, bu o demək deyil ki, siz yatan zaman da öz email poçtunuzu
yoxlamalı və faktiki olaraq biznesinizə nəzarət etməlisiniz. Özünüz fikirləşin:
ən yaxşı halda ən gözəl ideyaları siz səhər həyata keçirəcək, ən pis
halda isə - şirkətinizin qarşılaşa biləcəyi çətinliklərə və pis xəbərlərə görə əsəb
keçirməyə başlayacaqsınız.
Smartfonunuzu
başqa otaqda yüklənməyə qoyun. Onu söndürün.
4. “Bu –
super – puper vacibdir” kateqoriyasından olan fikirləri qeyd etmək üsulunu
tapın
Siz –
sahibkarsınız, deməli, sizin başınızda biznesinizi yaxşılaşdırmaq üçün edə biləcəklərinizlə
bağlı 150 ideya dolaşır. Təbii olaraq, sizin təhtəl şüurunuz sizə gecə
saatlarında yeni ideya verir. Bu da məhz ən yaxşı ideyanız
olacaqdır.
Əsas məsələ
bloknotu çarpayının yanında saxlamaqdır. Yatana qədər ən yaxşı ideyalarınızı
bloknota yazın və beyninizi boşaldın. Narahatlıq yaradan fikirlər üçün bu üsul
keçərlidir.
5. Yuxudan əvvəl
sakitləşin
E-mail vasitəsilə qızğın mübahisədən sonra dərhal
yatmaq – axmaqlıqdır. “İşlər” və “yuxu” – sizin beyininizin təmamilə müxtəlif
rejimləridir və sizin təhtəl şüurunuza bir rejimdən başqa rejimə
keçmək üçün vaxt lazımdı. Sizin biznesinizin zəmanətli şəkildə məhsuldar olması
üçün siz iş qrafikinizi elə qurmalısınız ki, yuxudan əvvəl sizin minimum iki
saatlıq istirahətiniz olsun.
İşə ciddi yanaşmaq istəyənlər üçün kömək: yuxudan 45 dəqiqə əvvəl işığı söndürün. Ailənizlə söhbət edin. Kitab oxuyun. Sakit otaqda əyləşin (əgər belə imkan varsa).
Bədəninizi yuxuya hazırlayın
6.
Çarpayınızı yalnız yuxu üçün nəzərdə tutulmuş müqəddəs məbədə çevirin
Leptopları
noutbukları istifadə etməklə öz çarpayınızda narahatlıq yaratmayın. Hətta səhərlər
də bunu etməyin. İşlərdən istirahət etmək üçün bir az televizora baxa bilər və
beyininizi fikirlərdən təmizləyə bilərsiniz. Sizə sözsüz olaraq darıxdırıcı
kitabın necə “möcüzəli” təsirə malik olması yaxşı məlumdur: bir neçə səhifə
oxumaq lazımdır və siz dərhal yuxuya gedəcəksiniz. Sizin leptonun digər otaqda
yeri Ayfonun yanında olmalıdır.
7.
Rahatlığınıza qənaət etməyin
Siz
sahibkarsınız, deməli, sizin vaxtınızın dəyəri vardır. Siz nəinki yataqda həyatınızın
üçdə birini keçirir – həmçinin, sizin yuxunuzun keyfiyyəti ilə qalan vaxt əldə
etdiyiniz praktiki nəticələr təyin olunur. Öz yuxunuzun keyfiyyətini mümkün qədər
yaxşılaşdırın.
İstehsal
itkilərinin zərurəti istənilən biznesmen üçün şübhəsizdir. Matrasın sizə yüksək
məhsuldarlıq şəklində “dividendlər” gətirəcəyi fikri də heç bir şübhə
yaratmamalıdır. Yuxu – qənaət olunası şey deyildir.
8. Gününüzü
elə planlaşdırın ki, səhər boş vaxtınız qalsın
Bir çox
insanlar belə hesab edirlər ki, ciddi yuxu rejimi – çox vacibdir, buna görə də,
hər səhər tezdən eyni vaxtda gecikmə olmadan yuxudan oyanmağa özünü məcbur etmək
lazımdır. Lakin bütün bunlara baxmayaraq, əgər siz ciddi yuxusuzluq ilə mübarizə
aparırsınızsa, o zaman sizin narahatlığınızın səhər saat 8 – zə təyin olunmuş
görüşdən əvvəl doyunca yata bilməmək qorxusu ilə bağlı olması ehtimalı daha
böyükdür.
Buna görə də, bir neçə həftə ərzində səhər saat 10-11 – dən tez işlərinizi planlaşdırmayın. Bəzən, ehtiyacınız olduqda günorta yatın. Səhər tezdən yuxudan durmaqla bağlı gərginlik hissindən özünüzü xilas edin. Siz buna görə o qədər narahat olursunuz ki, yata bilmirsiniz. Artıq həyəcan sizə ümumiyyətlə lazım deyil. Sizin yuxunuz qaydasına düşəndən sonra zəngli saatı səhər tezdənə qoşa bilərsiniz.
Erkən görüşləri planlaşdırmayın
9. Düşünün
Uzun müddət
yuxu problemi yaşayan bir çox insanlar yatağa girən kimi min bir səylə yatmağa
çalışırlar. Siz yəqin beyninizdə min bir fikrin dolaşdığı zaman yuxuya lənət
oxumusunuz, elə deyilmi? Bu ona görə baş verir ki, sizin orqanizminiz normal vəziyyətdə
yuxuya getməyi unudubdur. Başqa cür ola da bilməz! Axı siz sahibkarsınız.
Buna görə
sonuncu məsləhəti dinləyin – özünüzə qarşı amansız olmayın. Əgər siz artıq yuxu
problemi yaşayırsınızsa, deməli, siz özünüzə qarşı əsəbisiniz. Gecənizin çox
pis keçəcəyi barədə fikirlərdən xilas olmağa çalışın, və siz bu problemi həll
edəcəksiniz.
Çox fikiləşdiyinizə
görə özünüzü danlamağın əvəzinə başqa cür davranın: mütəmadi olaraq yaşadığınız
günü bütün təfsilatı ilə xatırlamağa çalışın. Tezliklə siz qeyri – adi şeylər
haqqında düşündüyünüzü aşkar edəcəksiniz – bu o deməkdir ki, artıq sizin
orqanizminiz yatmağa çalışır. Buna fikir verməyin və yata bilməyəcəyinizlə
bağlı narahat olmayın, - sadəcə qoyun beyniniz öz işini görsün.
Əgər bu
variant da alınmırsa, o zaman yuxuya getməyin yeganə sadə və təsirli üsulu
qalır (mən yata bilməyəndə ondan istifadə edirəm).
Gərginliyi
atın və boş, mənasız dialoq qurun
Ağlınıza gələn
ilk şeyi fikrən söyləyin. Əvvəlcə bu sizin səsiniz olacaq, daha sonra
tanışlarınızın və qohumlarınızın səsini eşidəcəksiniz. Bundan qorxmayın. Sadəcə
davam edin. Tezliklə boş fikirlər obrazlara çevriləcək. Valeybol oynayan pişik,
nənənizə çevrilən masa – bu o deməkdir ki, siz artıq yuxuya gedirsiniz. Əsas məsələ
(əvvəlki məsləhətdə oldugu kimi) – dayanmamaqdır.
Əgər siz – sahibkarsınızsa, və yuxusuzluq sizin fikirləşmə qabiliyyətinizə məhvedici təsir göstərirsə, və qarşıya qoyulan məqsədlərə nail olmağa mane olursa, bununla heç cürə barışmayın. Yuxarıda qeyd olunan tövsiyyələrə əməl edərək, onlardan birdəfəlik və həmişəlik xilas ola bilərsiniz.