Əgər
psixoloqdan biznesi olan insanlarda hansı problemlərin daha tez – tez meydana
çıxdığını soruşsaq, o zaman o şübhəsiz olaraq biznesmenlərin heç olmasa bir dəfə
yuxusuzluqdan şikayət etdiklərini söyləyəcəkdir. Bəli, görünür, sahibkarlar – həqiqətən
də, bu işdə əsl cahildirlər. Öz cəsarətinə görə mükafat olaraq sərt
qrafikdən “azadlığı” və rəhbərliyin təzyiqini əldə etmiş biznesmenlərin əksəriyyəti
bu cür möhtəşəm imtiyazların yan təsirindən – yuxusuzluqdan qaçmağa müvəffəq
olmamışdırlar.
Sən demə,
xüsusi biznesin idarə olunması – böyük sarsıntıdır!
Ola bilsin
ki, siz yataqda uzanmısınız və sizin başınızda milyonlarla yeni ideyalar
dolanır:
«Bu
konversiyanı necə artıra bilərəm? Bəlkə, sosial şəbəkələrdə iştirakımın sayını
artırım? Bəlkə, yeni kopirayterləri işə cəlb edim? Sergeyi isə işdən çıxarmağın
vaxtı çatmışdır, o ümumiyyətlə işləmir».
Ola bilsin
ki, siz mürgüləmisiniz, lakin qəflətən ayılaraq həmin anda sizin üçün vacib
olan hansısa bir məqamı unutmamağa cəhd göstərirsiniz. Və ya ola bilsin ki, siz
sadəcə narahatsınız və biznesinizin gələcəyi haqqında bədgüman fikirlər ilə
çarpayıya uzanmağa hazırlaşırsınız, və bu fikirləri sizin bir şəxsiyyət kimi
uğursuz olmağınız və həyatınızın boş – mənasız olması kimi fikirlər əvəz edir.
Əgər siz
özünüzü bu sətirlərdə tapa bildinizsə, o zaman növbəti cümlə bundan sonra sizin
həyat çüarınıza çevrilməlidir. Onu vərəqdə çap edin və yataq otağınızın
divarından asın:
Özün üçün işləmək
və yaxşı yuxu – bunların ikisindən birini seçmək olmaz.
Bu məqalədə şərh
olunan məsləhətlər və tövsiyyələr sayəsində siz tezliklə öz gəminizin kapitanı
olmaqda sizə mane olan vəziyyətdən xilas olaraq eyni zamanda fantastik gecə
istirahətindən həzz almağı bacaraqsınız.
Siz yuxunun nə
qədər vacib olduğunu anlamırsınız
Qısa fəaliyyəti
ərzində sürətlə inkişaf edən şirkətlər arasında daha geniş yayılmış bütün gecəni səhərə
qədər işləmək həvəsi – uzaqgörən olmamağın və həvəskar fəaliyyətin nəticəsidir.
Belə düşünürəm
ki, çoxları heç olmasa bir dəfə hər hansı bir işgüzar görüşdə olan zaman iki gənc biznes adamlarının söhbətinin şahidi olmuşdur və
onlardan hər biri qürur hissi ilə uca səslə digərini çox az yatdığına
inandırmaq istəyir. Şəxsən mən bu gəncləri qumluqda oynayan iki dalaşqan oğlan
uşaqlarına bənzədirəm, çünki onlar yağışın başlamasını hiss etmədən qumdan
yapdıqları təpədən hansı birinin daha uzun müddət dayanacağı və dağılmayacağı
ilə bağlı mübahisə edirlər,
Bu çox gülməli
təsir bağışlayır, lakin əgər dərindən düşünsək, burada gülməli heç nə yoxdur –
bəzi sahibkarlar həqiqətən də, ağlasığmaz təcrübələr aparırlar və bu təcrübələrin
məqsədi yuxularının vaxtını maksimal surətdə ixtisara salmaqdan ibarətdir.
Sonra isə onlar zombi kimi gəzir və səbəb oldu olmadı əməkdaşları danlayırlar.
Əziz sahibkarlar balaca
uşaqlar kimi davranmayın
Belə hesab
olunur ki, insan 8 saat yatmalıdır. Bəzi insanlara özlərini yaxşı hiss etmək
üçün 7 və ya 6 saat da kifayət edir. İstənilən halda əgər yuxu zamanı sizin
orqanizminiz bütünlüklə bərpa oluna bilmirsə, o zaman yekun nəticələr sizi
sevindirməyəcəkdir.
Harvard tibbi yuxu məktəbinin ekspert mütəxəssisi Çarlz
Çeysler, sübut etdi ki, beş gecə sərasər dördsaatlıq yuxu sərxoş olan zaman
alkoqolun yaddaşa, diqqətə və fikirləşmə sürətinə təsir göstərdiyi kimi təsir
edir.
Beş gecə sərasər
dördsaatlıq yuxu – kifayət qədər ekstremal hal olsa da, bu tədqiqatın nəticəsində
cəsarətlə söyləmək olar ki, əgər siz daima az yatsanız, yekun nəticədə bu, bir
– iki stəkan pivədən sonra əldə etdiyiniz effektivliyin azalmasına səbəb
olacaqdır.
Bütün bunlar nəyə lazımdır: yuxu sizə sahibkar kimi vacib olan psixiki funksiyalar üçün çox vacibdir. Ola bilsin ki, siz orqanizmə tələb olunandan az yatırsınız, lakin bu sizin dayanmadan işləməyinizə dəlalət edir.... Lakin bu şüursuz əməkdir.
Yuxsuzluğa qalib gəlmək və Yuxsuzluğun ölüm təhlükəsi məqalələri oxuyun