Xatirələrimizi
necə qoruyub saxladığımızı heç kim bilmir. Bu mövzu ilə bağlı kifayət qədər mübahisələr mövcuddur. Bir qism
tədqiqatçılar güman edirlər ki, xatirələr sinaptik əlaqədə olub,
digərləri bunun hesabına digər fərziyyələrə və nəzəriyyələrə malikdirlər. Lakin
bütün bunlara baxmayaraq, alimlər hər hansı bir detalı xatırldğımız zaman hər
dəfə sinapslarda hasil olunan bir zülalı xüsusi olaraq vurğulamışdırlar. Bu
zülal PKM Zeta adlanır. Elm adamları qeyd
etdikləri kimi, bu molekula hüceyrələrdə AMPA reseptorların qorunub
saxlanmasına yardım edir ki, sinapslar da məhz onlar ilə qarşılıqlı əlaqədə
olur və bununla da, neyronlar arasında güclü sinaptik əlaqəni dəstəkləyirlər.
Todd
Sektor və onun həmkarları bu cür mexanizmdən xəbərdar olub,
sinapslarda PKM Zeta molekulasını inqibasiya edən və xatirələrin silinməsinə
yardım göstərən ZIP adı altında preparatı icad etdilər.
Todd deyir
ki, baş beyində təxminən 86 milyard sinir hüceyrəsi vardır və belə təsəvvür
etmək olar ki, hər bir sinir hüceyrəsi minlərlə yarpaqlı ağac olub, onun hər
bir yarpağı başqa ağacın yarpağı ilə (digər sinir hüceyrəsi ilə) sıx şəkildə
bağlıdır. İki yarpaq bir – birinə toxunan zaman bir yarpaq
neyrotransmitter adlanan kimyəvi maddəni buraxır və bu da digər yarpağı
fəallaşdırır və titrəməyə başlayır və bu əlaqəni biz sinaptik əlaqə
adlandırırıq. Yaddaş kimyəvi maddənin xaric olunmasına qarşı reksiya bildirən
yarpağın iki dəfə artıq reaksiya bildirməsi zamanı formalaşır, və bu da, PKM
Zeta adı altında molekula ilə qarşılıqlı fəaliyyət nəticəsində baş verir.
Bu cür güclü
əlaqələr bizə assosiativ yaddaş verən geniş şəbəkələri əmələ gətirir. Bir
hüceyrənin fəallaşması qonşu hüceyrələrin fəallaşmasına gətirib çıxarır və
zəncirvari reaksiya ilə davam edir. Almanın necə göründüyünü xatırlamaq cəhdi
zamanı sizin beyninizdə bir sıra hadisələr baş verir. Alma haqqında xatirələrin
olduğu beyin şöbəsi qonşu
sahələri də fəallaşdırır və bu da öz növbəsində, sizin fikirlərinizdə öz əksini
tapır, məsələn, bu sizin təxəyyülünüzün məqsədi olmasa da Parisdə alma
piroqunun olduğunu xatırlayırsınız.
Bir çoxları
bu prosesin dönməz olduğuna adət etmişdirlər və bizim yadda saxladığımızı
bilərəkdən unutmaq olmaz, çoxsaylı unutqanlıq texnikaları isə bir o qədər də
effektiv deyildir. Bu belədirmi?
Alimlər belə
hesab edirlər ki, PKM Zeta tərəfindən dəstəklənən sinaptik əlaqə bu və ya digər
hadisələri xatırldağımız zaman molekulanı parçalayır və daha sonra isə o
yenidən sintez olunur. Məhz bu yaddaş mexanizmi konkret xatirələrin silinməsi
üçün istifadə olunur. Alimlər yalnız müəyyən xatirələri silmək üçün PKM Zeta –
nın təkrar sintezinə dərman preparatlarının vasitəsilə nəzarət edə bilərlər.
Bu o deməkdir
ki, əgər siz hər hansı bir preparatın təsiri altında müəyyən hadisəni yadınıza
salırsınızsa, o zaman bu PKM Zeta molekulalarının parmalanmasına gətirib
çıxarır və heç də onların bərpa olunması ilə nəticələnmir. Bununla
da, siz bu hadisəni unudursunuz.
Bu
eksperimental heyvanlar üçün nümayiş olunmuşdur. Təcrünə heyvanları üçün «ZIP»
adlı preparat tətbiq olunaraq aşkar olunmuşdur ki, müəyyən stimulla əlaqədar
olan bütün xatirələr, hətta bir neçə aylıq xatirələr də silinmişdir. Preparat
beynə ziyan vurmur, və preparatın orqanizmdən xaric olunması ilə təhsil almaq
və yeni xatirələri yadda saxlamaq imkanı qaydasında olur.
Alimlərin
mülahizələrinə görə, insana travma vuran xatirələri unutmaqda kömək etmək üçün
bu preparat əvəzolunmaz ola bilər. O, müharibə veteranlarına,
təcavüz, avtoqəza hallarını yaşamış insanlara kömək edə bilər və bununla da,
doğmaların faciəli ölümü ilə bağlı ağrılı – acılı xatirələrin öhdəsindən gələ
bilər.